Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-4819/2025 17.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızı, X1 İşlər Nazirliyi Baş X5i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən, Müəyyən etdim: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, **-OM-*** dövlət nömrə nişanlı avtomobilinə xx.xx.2021 - 19.06.24 tarixə kimi qərarlı və qərarsız cərimələr gəlib. Lakin, o, həmin avtomobili xx.xx.2020 tarixdə baş etibarnamə sənədi ilə satmışdır. Həmin avtomobillə bağlı ona cərimələr gəldiyinə görə o. Bakı şəhəri DYP idarəsinə yazılı müraciət edərək xahiş etmişdir ki, mülkiyyətində olan ** OM *** avtomobili o, idarə etmir. Ancaq, avtomobillə bağlı cərimə və bildirişlər ona gəlir. Bakı şəhəri DYP-dən xahiş etmişdir ki, maşın saxlanılıb cərimə meydançasına qoyulsun. Belə ki, o, həmin maşını idarə edən insanı heç tapa bilməmişdir. Bakı şəhəri DYP avtomobilin saxlanılaraq cərimə meydançasına qoyulacağı haqda ona xx.xx.2022-ci ildə müraciətini cavablandırmışdır. Ancaq buna baxmayaraq ona yenə də bu neçə il ərzində cərimə və bildirişlər gəlməkdədir. 25.07.24-cü il tarixində Nərimanov rayonu DYP idarəsinə şikayət etmişdir. Avtomobilin saxlanılmaması nəticəsində ona yenidən cərimələr gəlmişdir. Cəriməyə görə onun sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmuşdur. O, məcbur olub cəriməni ödədikdən sonra məhdudiyyətə xitam verilmişdir. Xahiş edir ki, avtomobillə bağlı lazımi qərarı verilsin. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 130-cu maddəsinə əsasən Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə qəbul olunmuş, həmin qərardan şikayət vermə müddəti şikayətçi X2 tərəfindən buraxılmış, həmçinin sonuncu tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Qeyd olunanlara əsasən və İXM-nin 118, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-4819/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-4819/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver