Məhkəmə qərarları › İş №3(005)-482/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-482/2021

25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-482/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, X1 iştirakı ilə, X1 barəsində qəbul edilmiş ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, barəsində qəbul edilmiş ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, özünə məxsus “Toyota Camry” minik markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, C.Hacıbəyli küçəsindən hərəkət edərək, həmin küçə ilə Ak.H.Əliyev küçəsinin kəsişməsindəki işıqforun yaşıl işığında, qarşıdan gələn avtonəqliyyat vasitələrini buraxıb, sola yəni Ak.H.Əliyev küçəsinə doğru dönüb bir qədər hərəkət etdikdən sonra həmin ərazidə olan DYP-nin inspektoru avtomobili saxlamağı işarə etdi, o, avtomobili saxladıqdan sonra inspektor ona yaxınlaşaraq sənədləri təqdim etməyini bildirmişdir. O, sənədləri təqdim etdikdən sonra inspektor sənədləri nəzərdən keçirib, onun C.Hacıbəyli küçəsindən Ak.H.Əliyev küçəsinə dönən zaman Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsinin, yəni “yolayrıcını keçmə qaydalarının” tələblərini pozduğunu və əlindəki planşetə nəsə qeyd edərək, ona hər-hansı bir protokol təqdim etməyərək 60 manat cərimə olunduğunu və 10 gün müddətində ödədiyi halda 54 manat ödəyəcəyini bildirmişdir. O, bu qayda pozuntusu ilə razılaşmamış və YPX inspektorunun dediyi ərazidə, yəni C.Hacıbəyli küçəsindən Ak.H.Əliyev küçəsinə dönən zaman yolayrıcını keçmə qaydalarına tam əməl edərək, qarşı-sol tərəfdən hərəkət (keçmək) üstünlüyünə malik nəqliyyat vasitələrinə yol verdikdən sonra hərəkət etdiyini və bununla da yol hərəkəti qaydalarının tələblərini (yolayrıcını keçmə qaydalarını) pozmadığını bildirmişdir. Lakin DYP-nin inspektoru onun dediklərinə məhəl qoymayaraq DYP-nin xidməti patrul avtomobili ilə ərazidən çıxıb getmişdir. Bir müddət sonra o, EHP-da olan şəxsi kabinetnə nəzər yetirərkən oraya İXP ******* nömrəli protokol yerləşdirilərək, onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə tətbiq olunduğunu görmüşdür. Bundan sonra o, bununla bağlı DİN Baş Dövlət X9 elektron qaydada şikayət ünvanlayaraq aşağıda qeyd edilən əsaslara görə barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli “inzibati xəta haqqında” protokolun ləğv edilməsini və hazırki iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, heç bir qayda pozuntusuna yol vermədiyini israr etdiyi halda, YPX inspektoru onun hüquq və vəzifələrini izah etməklə bu barədə protokol tərtib etməli, (həmçinin xətanın törədildiyini sübut edən foto və ya video materiallar protokola əlavə edilməli) olduğu halda, eyni zamanda o, etiraz etdiyi təqdirdə həmin protokolda öz etirazını qeyd etməyi təmin edərək sözügedən protokolu inzibati xətalar haqqında işlər üzrə icraatın həyata keçirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə (DYP orqanının yuxarı vəzifəli şəxsinə) göndərməli olduğu halda o, bunu etməyərək və inzibati qərar qəbul etmək səlahiyyəti olmadan onun 60 manat məbləğində cərimə olunmağı barədə inzibati qərar qəbul etmişdir. Yuxarıda qeyd olunan əsaslarla DİN Baş Dövlət X9 etdiyi şikayət üzrə ona zəng edilərək şikayətin araşdırılması ilə bağlı Bakı Şəhər DYPİ-nə dəvət etdilər və o, xx.xx.2020-ci il tarixdə qeyd olunan orqana getmişdir. Şikayətin araşdırılması həvalə edilmiş əməkdaşa bir daha şikayət üzrə qeyd olunanlar barədə məlumat vermişdir və bu barədə kamera görüntülərinin əldə edilərək ona baxış keçirilməsini tələb etmişdir. Bundan sonra həmin əməkdaş guya xx.xx.2020-ci il tarixdə bu barədə (onun məlumatı olmadan, formal olaraq) qərar qəbul edildiyini bildirmişdir. Onun tələbi ilə həmin qərar və protokolun kserosurətləri xx.xx.2020-ci il tarixdə ona təqdim edilmişdir. Qeyd: Şikayətin nəticəsi barədə indiyədək ona nə rəsmi, nədəki, şifahi məlumat verilməmişdir. Bundan sonra onun tələb və təkidi ilə həmin anları əks etdirən videogürüntünü izlədilər. Qeyd olunan videogürüntüdən aşkar müəyyən olunur ki, o, avtomobil ilə xx.xx.2020-ci il tarixdə saat 11.35 radələrində C.Hacıbəyli küçəsindən Ak.H.Əliyev küçəsinə dönən zaman yolayrıcını keçmə qaydalarına tam əməl edərək, qarşı-sol tərəfdən hərəkət (keçmək) üstünlüyünə malik nəqliyyat vasitələrinə yol verdikdən sonra hərəkət etmiş və qeyd olunan ağ rəngli “Mitsubshi Pajero” markalı avtomobil isə o, yolayrıcını keçdikdən sonra sərbəst hərəkətlə öz yolu üzrə getmişdir. Görüntüdən aydın müəyyən olunur ki, o, həmin yolayrıcını keçən zaman heç bir nəqliyyat vasitəsinin hərəkətinə maneə törətməmiş, eyni zamanda ağ rəngli “Mitsubshi Pajero” markalı avtomobilin hərəkətinə hər-hansı bir məhdudiyyət yaranmamışdır, eləcə də tərəfindən həmin yolayrıcını keçən zaman qeyd olunan avtomobilin (ağ rəngli “Mitsubshi Pajero” markalı) hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur edən hal baş verməmişdir. Şikayətə əlavə edilmiş CD diskdə olan videogörüntüdən aydın şəkildə müəyyən olunur ki, “Toyota Camry” minik markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx.xx.2020-ci il tarixdə saat 11:35 radələrində C.Hacıbəyli küçəsindən Ak.H.Əliyev küçəsinə dönən zaman yolayrıcını keçmə qaydalarına tam əməl edərək, qarşı-sol tərəfdən hərəkət (keçmək) üstünlüyünə malik nəqliyyat vasitələrinə yol verdikdən sonra hərəkət etmiş və qeyd olunan ağ rəngli “Mitsubshi Pajero” markalı avtomobil isə hərəkətinə hər-hansı bir məhdudiyyət olmadan sərbəst hərəkət etmiş, həmin vaxt onun avtomobilinin hərəkəti nəticəsində, onun hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur edən hal baş verməmişdir. Bu əsaslarla Nərimanov Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Bakı Şəhər DYPİ-nin polis mayoru Elçin Ələkbərov tərəfindən onun barəsində qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli «İnzibati tənbeh vermə haqqında» qərarı ləğv edərək inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3485/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri BPİ-nin Dövlət X6 əməkdaşı X3 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, barəsində İXM-nin 327.2-ci maddəsi ilə iş yenidən baxılması üçün Bakı şəhəri BPİ-nin Dövlət X10 göndərilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarının icrası ilə əlaqədar bir neçə dəfə qeyd olunan orqanla əlaqə saxlayıb məhkəmə qərarı əsasında müəyyən edilmiş, çoxsaylı kobud qanun pozuntularının aradan qaldırılaraq, qanuni və obyektiv araşdırma aparılmaqla ədalətli qərar çıxarılması üçün müvafiq inzibati araşdırmanı onun iştirakı ilə aparılmasını xahiş etmişdir. Lakin Bakı şəhəri BPİ-nin Dövlət X6 məsul əməkdaşları onun iştirakı ilə işə yenidən baxılacağını bildirsələr də, sonradan qeyri müəyyən səbəbdən heç bir araşdırılma aparılmadan və onun iştirakı təmin edilmədən artıq iş üzrə qərar qəbul edildiyini və həmin qərarın ünvanına göndəriləcəyini bildiriblər. xx.xx.2021-ci il tarixdə poçt vasitəsi ilə ona təqdim edilmiş ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarla o, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. Hesab edir ki, ******* saylı xx xxxxxx 2021-ci il tarixli qərar qəbul edilən zaman Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuş göstərişlərə məhəl qoyulmadığından, hazırki iş üzrə ciddi və çoxsaylı qanun pozuntularına yol verildiyindən, eyni zamanda onun əməlində inzibati xəta tərkibi olmadığından, həmin qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi X2 şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri BPİ-nin Dövlət X6 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri BPİ-nin Dövlət X6 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri BPİ-nin Dövlət X6 polis serjantı X4 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli “İnzibati xəta haqqında” Protokoldan görünür ki, X2 tərəfindən xx.xx.2020-ci tarixdə, saat 11:40-da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhəri BPİ-nin Dövlət X6 əməkdaşı X3 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx xxxxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X1 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* saylı protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq, X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(005)- 3485/2020 saylı qərarından görünür ki, şikayətin qismən təmin edilməsi, Bakı şəhəri BPİnin Dövlət X6 əməkdaşı X3 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi, X2 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında işin yenidən baxılması üçün Bakı şəhəri BPİnin Dövlət X9 göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri BPİ-nin Dövlət X6 əməkdaşı X3 tərəfindən qəbul edilmiş ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X2 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayət verən şəxs X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri BPİ-nin Dövlət X6 əməkdaşı X3 tərəfindən qəbul edilmiş ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar