Məhkəmə qərarları › İş №3(005)-4821/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4821/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4821/2025 04.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqiliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483 maddəsi ilə 00800- 01541/25 nömrəli, 30 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 3100/021/033894 nömrəli raporta əsasən AZ1069, Bakı şəhəri Nərimanov rayonu, X2, ev 27, mənzil 94 olan “BS2 Azerbaiian’’ MMC (VÖEN:**********) tərəfindən xx.xx.2025-ci il tarixli **********9099 sorğu nömrəli gömrük bəvannaməsi üzrə 5850 avro məbləğində xarici valyuta vəsaitinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qavdaları”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (islərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. "xxxx" MMC-nin hüquqi ünvanına (AZ1069, Bakı şəhəri Nərimanov rayonu, X2, ev 27, mənzil 94) 3-33- 3100/2-003962/2025 nömrəli xx.xx.2025-ci i; tarixli məktub göndərilmiş və səlahiyyətli nümayəndəsinin izahat verməsi xahiş olunmuşdur, hüquqi şəxsin hər hansı nümayəndəsi üzrlü səbəb bildirmədən çağırış üzrə gəlməmişdir. Gömrük xidmətinin X1 Sisteminin (VAİS) “Konsiqnasiya əməliyyatları üzrə hesabat” bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, “BS2 Azerbaiian’ MMC (VÖEN: **********) tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləsdirilmis xx.xx.2025-ci il tarixli **********9099 sorğu nömrəli gömrük bəyannaməsi üzrə cnsiqnasiya yolu ilə ixrac etdikləri malın müqabilində ümumilikdə 5850 avro məbləğində əsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, xarici valyuta vəsaitinin xaricdən qaytarılması təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına əsasən malların (islərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalan”nın 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (islər, xidmətlər) .bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qavtarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli. 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qavdaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Eyni zamanda qeyd edilmişdir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və va hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qavtarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. "xxxx" MMC ixrac gömrük proseduru altında rəsmiləşdirdiyi mallara dair təqdim olunan xx.xx.2025-ci il tarixli **********9099 sorğu nömrəli gömrük bəyannaməsinin 20-ci qrafasının üçüncü varımbölməsində qarşılıqlı hesablaşmanı üsulu “002-malın dəyəri mal ixrac olunduqdan sonra ödənildikdə (ixracatçının bank hesabına köçürülməklə və va hesaba mədaxil edilməklə)” qeyd olunmuşdur. Belə ki, "xxxx" MMC (Satıcı) ilə İraqda fəaliyyət göstərən “CPS Service and Support LTD” şirkəti tərəfindən qaytarılmamış xarici valyuta vəsaitlərinin (5850 avro) Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqpozmanın törədildiyi günlərdə olan avronun rəsmi məzənnəsinə (1 avro = 1,8499 AZN) uyğun olaraq dəyəri 10821.91 manat təşkil etmişdir və həmin məbləğ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin qeydinə əsasən az miqdar hesab olunur. Beləliklə, "xxxx" MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həvata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 3100/021/033894 nömrəli raport, xx.xx.2025-ci il tarixli **********9099 sorğu nömrəli gömrük bəyannaməsi, VAİS informasiya resursuna baxış protokolu və isdə olan digər sənədlərlə tam təsdiq olunur. Hüquqi şəxs: "xxxx" MMC - ********** eyniləşdirmə nömrəsi İqtisadiyyat Nazirliyi vanında Dövlət Vergi Xidmətinin Bakı səhəri X3 İdarəsinin hüquqi şəxslərin dövlət reyestrində hüquqi ünvanı AZ1069, Bakı səhəri Nərimanov rayonu. X2, ev 27, mənzil 94 göstərilməklə qeydə alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə olardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs tərəfindən ixrac edilen malların müqabilində müvəkkil bankın hesabına köçürülməli olan məbləğin köçürülməsi haqqında 3-33-3100/2-003505/2025 nömrəli, xx.xx.2025-ci il tarixli bildiriş Şəxs ünvanına göndərilmişdir. Lakin Şəxs tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına dair” 00800136 nömrəli bildirişdən görünür ki, Şəxs MMC-yə **********9099 sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrac etdiyi malların müqabilində 5850 Avro (EUR) ekvivalentində olan vəsaitin bankda olan hesaba köçürülməsinə 30 (otuz) gün qalması ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-3100/021/033894 nömrəli raporta əsasən "xxxx" MMC tarafindən yüklər xx.xx.2025-ci il tarixli **********9099 sorğu nömrəli gömrük bəyannaməsi əsasında Hava Nagliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilərək ixrac olunmuş, ancaq qanunvericilikla müəyyən olunmus müddətin basa çatmasına baxmayaraq, malı alan tarafdan malın dəyərinə dair 4850 avro ödəniş barədə məlumatlar müvəkkil banka təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC ixrac proseduru altında rasmiləşdirdiyi mallar üzrə təqdim etdikləri gömrük bəyannaməsinin 20ci grafasının üçüncü vanmbölməsində qarşılıqlı hesablaşmanın üsulu "002 - malın dəyəri mal ixrac olunduqdan sonra ödənildikdə (ixracatçının bank hesabına köçürülməklə və ya hesaba mədaxil edilməklə)" qeyd olunmuşdur. "Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydadaköçürülməli olan xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. Gömrük xidmətinin X1 Sisteminin (VAİS) "Konsiqnasiyaəməliyyatları üzrə hesabat"xxxx"xxxx" MMC (VÖEN: **********) tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş xx.xx.2025-ci il tarixli **********9099 sorğu nömrəli gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdikləri malın müqabilində ümumilikdə 5850 avro məbləğində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, xarici valyuta vəsaitinin xaricdən qaytarılması təmin olunmamışdır. "xxxx" MMC-nin hüquqi ünvanına (AZ1069, Bakı şəhəri Nərimanov rayonu, X2, ev 27, mənzil 94) 3-33-3100/2-003962/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilmiş və səlahiyyətli nümayəndəsinin izahat verməsi xahiş olunmuşdur. Hüquqi şəxsin hər hansı nümayəndəsi üzrlü səbəb bildirmədən çağırış üzrə gəlməmişdir.Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama və ya müəyyən edilmiş müddətdə xaricdən qaytarmama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətinə səbəb olur. xx.xx.2025-ci il tarixli **********9099 sorğu nömrəli gömrük bəyannaməsi üzrə paytarılmamış xarici valyuta vəsaitlərinin (5850 avro) Azərbaycan Respublikası Mərkəzi Bankının quqpozmanın törədildiyi günlərdə olan avronun rəsmi məzənnəsinə (1 avro = 1.8499 AZN) İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin qeydinə əsasən az miqdar hesab olunur wdun olaraq dəyəri 10821.91 manat təşkil etmişdir və həmin məbləğ Azərbaycan Respublikası Reləliklə, toplanılmış sənədlərdən müəyyən olunmuşdur ki, "xxxx" MMC (VOEN **********) tərəfindən xarici iqtisadi fəaliyyətin həyata kecirilməsi nəticəsində əldə edilmiş və Azarbaycan Respublikasının müvəkkil olunmus banklarının hesablarına olan az miqdarda xariciməcburi qaydada köçürülməli valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 5850 Avro məbləğində pul vəsaitinin 30 (otuz) faizi inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə və İXM-Nin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 5850 (beş min səkkiz yüz əlli) Avro məbləğində pul vəsaitinin 30 faizi, yəni 1755 (min yeddi yüz əlli beş) Avro məbləğində pul vəsaiti (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar