Məhkəmə qərarları › İş №3(005)-483/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-483/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-483/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X15 iştirakı ilə, X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin əməkdaşı tərəfindən vəzifəli şəxs olaraq barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokola əsasən X10 xx.xx.2024-cü il tarixdə əmək fəaliyyətini yerinə yetirən zaman xəsarət alması, araşdırma nəticəsində MMC-nin qanuni təmsilçisi olaraq tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxsin işlərin görülməsinə cəlb edildiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İXM-nin tələbləri pozularaq xx.xx.2025-ci il tarixli protokol məlumatı və iştirakı olmadan tərtib edilmiş, protokolun tərtibatında, işin icraatında iştirakı təmin edilməyərək qanunla ona verilmiş hüquqlarından istifadə edə bilməmişdir. Protokolda “protokolu imzalamaqdan, onun alınmasından, İXM-də nəzərdə tutulmuş hüquqların və vəzifələrin izah edilməsindən imtina edildi” qeyd olunması isə tamamilə qanunsuzdur. Protokolun tərtib edilməsindən və protokol üzrə qəbul edilmiş qərardan məlumatı olmamışdır. Tərtib edilmiş protokol və qərardan məlumatı olmayan bir şəxsin protokolu qəbul etməkdən, onu imzalamaqdan imtina etməsi isə gülüncdür. Barəsində aparılan inzibati icraat haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar isə xx.xx.2025-ci il tarixdə ona təqdim edilmişdir. "xxxx" MMC-nin vəzifəli şəxsi olaraq protokolda qeyd edilmiş X11 adlı şəxsin MMC-də işçi kimi işlərin yerinə yetirməsinə cəlb edilməmiş, ümumi şəxsin cəmiyyətlə əmək münasibətləri olmamışdır. X11 onun yoldaşlarından biridir. Digər yoldaşları kimi arabir Həsən ofisə gəlmiş, birlikdə söhbətləşir, masaüstü oyunlar oynayarq vaxt keçirmişlər. xx.xx.2024-cü il tarixdə dostu X14 ofisdə olarkən bir nəfər şəxs ofisə yaxınlaşmış, üzərindəki mobil telefondan X5 şəkilini Valehə göstərərək Həsənlə görüşmək istidyini bildirmişdir. Bundan sonra Valeh Həsənlə əlaqə saxlamış, Həsən ofisə gəldikdə həmin şəxsdə onun ardınca ofisə daxil olmuş, əlindəki kəsici alətlə Həsənə bədən xəsarətləri yelirmiş, ona müqavimət göstərən Valehə də xəsarətlər yetirərək oradan qaçmışdır. Həmin şəxsi əvvəllər nə o, nə də həmin yoldaşları tanımamışlar. Bildirir ki, onun və ya MMC-nin X12 ilə hər hansı əmək münasibətləri vermiş hadisə isə istehsalatda baş vermiş bədbəxt hadisə deyil, məlum şəxs tərəfindən törədilmiş cinayət hadisəsidir. Hüquq mühafizə orqanının əməkdaşları tərəfindən cinayət hadisəsini törətmiş həmin şəxs müəyyən edilərək həbs edilmişdir. İdarə əməkdaşı gərgin vəziyyətində ondan alınmış izahat onların sözləri ilə yazılaraq iradəsini ifadə etməmiş, sonrakı izahat və ərizə səlahiyyətli şəxs tərəfindən inizbati icraat sənədlərinə əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il ******* saylı protokol və həmin protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il MN ******* saylı qərar ləğv edilməli və başlanılmış inzibati işin icraatına xilam verilməlidir. 05 mart 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında X9 iştirak edərək şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əmək müfəttişinə izahat verərkən həyacanlı olmuş və ona görə də Həsən Bayramovun sınaq müddətində işçi olduğu vaxt xəsarət almasını bildirmişdir. Daha sonra Əmək Müfəttişliyinə ərizə ünvanlayaraq bildirmişdir ki, özü həm müdir, həm də işçidir və Həsən Bayramovla heç bir əmək münasibətləri olmamışdır. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X21 bildirmişdir ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozmuşdur və barəsində müvafiq olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Əlavə olaraq bildirmişdir ki, Həsən Bayramovun xx.xx.2024-cü il tarixdə xəasrət alması ilə bağlı məsəslənin araşdırılması məqsədilə Məhəmməd Babazadə ifadə verərkən bildirmişdir ki, sınaq müddətində işçi olan Həsən Bayramov xx.xx.2024-cü il tarixdə saat 10:05 radələrində tanımadığı şəxs tərəfindən nə məqsədlə olduğu ona aydın olmayan səbəbdən bıçaqla xəsarət yetirilib. Verilim şikayətin təmin edilməməsini xahiş edir. Qərardan şikayət vermiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, X11 xx.xx.2024-cü il tarixdə əmək fəaliyyətini yerinə yetirən zaman xəsarət almış, araşdırma nəticəsində X9 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi məlum olmuşdur. X2 İXMin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 3.000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən X3 vəzifəsində çalışmışdır. Əmək müqaviləsinə xitam verilmişdir. “İcarəyəverən” “Ruslan 93” ilə “İcarəçi” X9 arasında bağlanmış 05 oktyabr 2024-cü il tarixli “qeyri-yaşayış sahəsinin icarəsi haqqında” müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Qara Qarayev 7A ünvanda yerləşən qeyri-yaşayış sahəsi X6 bir il müddətinə icarəyə verilmişdir. X9 şikayətdə tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, X4 Həsəsn Bayramovla əmək münasibətlərində olmamasına dair verdiyi ifadəyə tənqidi yanaşır və məsuliyyətdən yayınmaq məqsədilə verilməsi qənaətinə gəlir. Belə ki, o, hadisədən 10 gün sonra əmək müfəttişinə sərbəst şəkildə ifadə verərkən Həsən Bayramovun sınaq müddətində işçi olmasını etiraf etmişdir. Məhkəmə həmin ifadəni daha inandırıcı hesab edir və sübut kimi qəbul edir. Beləliklə də, məhkəmə iclasında sənədlərin qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, X1 Həsən İntiqam oğlunu əmək müqaviləsi olmadan əmək fəaliyyətinə, işlərin görülməsinə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, digər sənədlərlə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X9 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbləri pozulmuş və bu səbəbdən barəsində səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN seriyalı xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan, həmçinin inzibati işin materiallarında olan sübutlardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta X9 tərəfindən törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar