Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4839/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili Union Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin EQ seriyalı 31671906 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin EQ seriyalı 31671906 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-nin avtobazasında sürücü vəzifəsində işləyir və şirkətə məxsus “Man” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2025-ci il tarixində saaaat 10:50-də onun idarə etdiyi avtomobil hərəkət edərkən limit həddinin 32000 kq olması nəzərdə tutulduğu halda guya 34160 kq olması göstərilməklə İXM-nin 353.5-ci maddəsi ilə təqsirli bilinmişdir. xx.xx.2025-ci il tarixli elektron qərar qəbul edilmişdir. İdarə etdiyi avtomobil şirkətə məxsus olmaqla reysə çxıarkən avtomobilə yüklənən yanacağın növü, markası və çəkisinin ona heç bir aidiyyəti yoxdur. O, yalnız avtomobili idarə edir. Hər dəfə reysə çıxarkən şirkətdən yol vərəqəsi götürüərək yola çıxır. Təlimata uyğun olaraq o, yalnız yük çənlərinin qapağına vurulmuş plombların salamatlığına vı toxunulmazlığına görə məsuliyyət daşıyır. Avtomobilə 17796 kq yanacaq yüklənmişdir ki, bu da avtomaşının yüksüz kütləsi olan 13580 kq çəki ilə birlikdə 31376 kq təşkil etmişdir. xx.xx.2025-ci il tarixində tərəzidə çəkilməni təsdiq edən qəbzin əslindən də görünür ki, çəki 31410 kq olmuşdur. Göründüyü kimi xx.xx.2025-ci il tarixində "xxxx" MMC-yə məxsus idarə etdiyi “Man” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Qaradağ rayonu, Səngəçal qəsəbəsi,Ələt istiqamətində hərəkətdə olarkən çəkisinin 34160 kq olması qeyri-mümkündür. Müvafiq halda tərəfimdən «eftbazada “yanacağın göndərilməsi haqqında” 01 sentyabr 2025-ci il tarixli, r-2314 saylı Qaiməyə imza edilməklə 17511 kq yanacaq tərəfimdən qəbul edilmiş ə YDM-də məsul şəxsə imza etdirilməklə təhvil verilmişdir. Saat 10:50:54 'edələrində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Elektron tərəzilərin vahid -onitorinq mərkəzinə məxsus Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən tərəzidən keçərək yoluma davam etmişəm. Bundan bir neçə dəqiqə sonra Şirkətə cərimə barədə mesaj gəlmiş və bu məlumatı aldıqdan dərhal sonra, avtomaşının çəkisini bir daha dəqiqləşdirmək məqsədilə Şirkətin məsul şəxsləri tərəfindən mənimlə telefon əlaqəsi yaradılmış, avtomaşın yolda saxlanılaraq yol kənarında quraşdırılmış, yük avtomaşınları üçün nəzərdə tutulan digər bir elektron tərəzidə çəkilmiş və avtomaşının çəkisi 31410 kq təşkil etməklə bu barədə elektron qəbz alnımışdır (qəbzin surəti və tərəzinin göstəricisinin fotoşəkili əlavə edilir). Həmçinin bunun ardından Şirkətin məsul şəxslərinin telefonla verilmiş göstərişi ə avtomaşın yolda saxlanılaraq Bakı şəhəri istiqamətində geriyə qaytarılmış və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Elektron tərəzilərin vahid monitorinq mərkəzinə məxsus Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən həmin tərəzidə yenidən çəkilmiş və hər hansı bir pozuntu olmadığı aşkar edilmişdir. Eynilə də, onların göstərişi ilə avtomaşın dönərək əks istiqamətdə əvvəlki marşrutu üzrə nərəkətə başlamış və bu zaman da həmin avtomaşının çəkisində heç bir uyğunsuzluq və ya inzibati xəta pozuntusu qeydə alınmamışdır. Göründüyü kimi, xx.xx.2025-ci il tarixində, saat 10:50:54 radələrində Azpetrol Ltd.” MMC-yə məxsus, idarə etdiyim “MAN” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil, M-2 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində hərəkət edərkən limit həddinin 32 000 kq olması nəzərdə tutulduğu halda guya çəkisinin 34160 kq olması, elə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Elektron tərəzilərin vahid monitorinq mərkəzinə məxsus Qaradağ 'ayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən eyni tərəzidə 2 dəfə, qaytarılaraq Bakı şəhəri istiqamətində hərəkət edərkən, həmçinin də öz marşrutum üzrə yenidən -ərəkətə başlayıb təkrar həmin tərəzidən keçərkən hər hansı bir uyğunsuzluq təşkil etməməsi ilə birbaşa təkzib edilir. Hesab edir ki, inzibati tənbeh vermə haqqında EQ 31671906 nömrəli xx.xx.2025-ci il tarixli qərar qanunsuzdur və ləğv olunmalıdır. Odur ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili Union Vəkil Bürosunun vəkili Nümayəndə1 çıxış edərək tərəfindən verilmiş şikayətin təmin edilməsini xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR DİN Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 31671906 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X4 xx.xx.2025-ci il tarixində inzibati pozuntu törətmiş və xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1200 manat miqdarında cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 barəsində yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən Bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 124.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45-2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “İCMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir 353.5-ci maddəsinə əsasən Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir; 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Bununla yanaşı, səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir ki, qərarın əsaslılığını məhkəmədə sübuta yetirsin. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, X4 xx.xx.2025-ci il tarixdə inzibati pozuntusunu törətsə də onun barəsində elektron qərar xx.xx.2025-ci il tarixində, yəni 01 ay 30 gün sonra qəbul edilmmişdir bu isə iş üzrə icraata xitam verilməsinə birbaşa əsasdır. Belə ki, İXM-in: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.5-1-cı maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası DİN Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 31671906 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-4839/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4839/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver