Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4847/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan “HZR Group » Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Ceyhan Kalaycının iştirakları ilə, X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən tərtib olunmuş 14 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs MMC tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar X4 Xidmətinin xx.xx.2025ci il tarixli, 3-17-5/2-66399/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmiş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri Məhkəmə iclasında Şəxs nümayəndəsi Ceyhan Kalaycı bildirmişdir ki, şirkətləri daim eyni ünvanda fəaliyyət göstərir, telefonları aktivdir, lakin müfəttişlik tərəfindən onlara xəbərdarlıq bildirişi və ya sorğu daxil olmamışdır. Onların sorğularını alsa idilər, icra edərdilər. Qeyd olunanları nəzərə alaraq, icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli, xx.xx.2025 tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin direktoru Kalaycı Ceyhan tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar X4 Xidmətinin xx.xx.2025ci il tarixli, 3-17-5/2-66399/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmiş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar icra edilməsi üçün Şəxs MMC-yə göndərilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 529.1-1-ci maddəsinə əsasən, Bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında işin materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, Xidmətin nümayəndəsinin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları qiymətləndirərək, iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Protokol tərtib etmiş orqanın mövqeyinə görə, cəmiyyət Xidmətin ona ünvanladığı xx.xx.2024-cü il tarixli cərimənin ödənilməsi ilə bağlı tapşırığı icra etməmişdir. Beləliklə, məhkəmənin araşdırmasının predmetini təşkil edən əsas məsələ, X4 Xidmətinin xx.xx.2024-cü il tarixli cərimənin ödənilməsi ilə bağlı göstərişin Şəxs MMC-yə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə müəyyən edilmiş prosessual tələblərə riayət olunmaqla rəsmi qaydada verilib-verilməməsinin müəyyən edilməsindən və bunun nəticəsi olaraq, hüquqi şəxsin hərəkətsizliyində İXM-nin 539.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xəta tərkibinin mövcud olub-olmamasının hüquqi qiymətləndirilməsindən ibarətdir. İnzibati xəta haqqında protokolda qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə inzibati məsuliyyət müəyyən edilir. İnzibati məsuliyyətə cəlbetmə institutu, hüquqi dövlətin təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına əsaslanır. İXM-nin 8.1-ci maddəsində təsbit olunduğu kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu prinsipdən irəli gələn nəticə isə ondan ibarətdir ki, sübutetmə yükü heç bir halda barəsində icraat aparılan şəxsin üzərinə qoyula bilməz və o təqsirsizliyini sübut etməyə borclu deyildir. Mövcud iş üzrə bu o deməkdir ki, Şəxs MMC müvafiq məktubu almadığını deyil, məhz X4 Xidmətin həmin sorğunu qanunvericiliyin tələblərinə uyğun qaydada və mübahisəsiz şəkildə təqdim etdiyini sübuta yetirmək vəzifəsi daşıyır. Eyni zamanda, İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində aradan qaldırılması mümkün olmayan şübhələr onun xeyrinə həll edilir. Bu o deməkdir ki, təqdim edilmiş sübutlar toplusu inzibati xətanın törədilməsi faktı ilə bağlı hər hansı ağlabatan şübhəyə yer qoyursa, bu şübhə barəsində icraat aparılan şəxsin təqsirsizliyinin lehinə şərh edilməlidir. Sənədlərin rəsmi qaydada verilməsi: İnzibati xəta haqqında iş üzrə icraatın qanuniliyi və ədalətliliyi, ilk növbədə, məlumatlandırılma hüququnun təmin edilməsindən asılıdır. Sənədlərin rəsmi qaydada verilməsi sadəcə texniki bir prosedur deyil, bu hüquqi dövlət prinsipinin təzahürü, şəxsin özünü müdafiə hüququnun gerçəkləşməsi üçün ilkin və zəruri şərtdir. İXM-nin 57.2-ci maddəsinə əsasən, hüquqi şəxsə ünvanlanmış sənəd, həmin hüquqi şəxsin müvafiq vəzifəli şəxsinə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bu norma, sənədin təsadüfi bir şəxsə deyil, məhz hüquqi şəxsin adından hərəkət etmək səlahiyyəti olan və ya sənədləri qəbul etmək vəzifəsi daşıyan bir nümayəndəsinə təqdim edilməli olduğunu birmənalı şəkildə təsbit edir. "Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir". Bu tələb sənədi qəbul edən şəxsin hüquqi şəxslə olan əlaqəsinin eyniləşdirilməsinə, onun bu sənədi qəbul etmək üçün legitimliyinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən inzibati xəta haqqında protokolda qeyd edilən inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar göndərilmiş məktubda nəzərdə tutulmuş tədbirlərin görülməməsi müəyyən edilmir. Belə ki, ümumiyyətlə həmin şəxsə sənədin çatdırılması müəyyən edilmir. Məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, Xidmət ilk dəfə 30 avqust 2024-cü il tarixdə və təkrarən xx.xx.2025-ci il tarixdə analoji sorğunu hüquqi şəxsə göndərsə də, təqdim edilmiş izləmə çıxarışlarından görünrü ki, həmin məktubların heç biri çatdırılmamış və səlahiyyətli orqana geri qaytarılmışdır. Eynilə, sonuncu, yəni xx.xx.2025ci il tarixli məktubda nəzərdə tutulmuş tədbirlərin görülməsini özündə əks etdirən müvafiq məktubun da Şəxs MMC-yə rəsmi qaydada çatdırılması sübuta yetirilmir. Belə ki, iş materiallraına bununla bağlı hər hansı təsdiqedici sənəd əlavə edilməmişdir. Eyni qaydada, məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi qeyd edilən məktubun rəsmi qaydada göndərildiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmə iclası sübutların təqdim edilməsinə şərait yaradılması üçün təxirə salınsa da, növbəti məhkəmə iclasında müfəttişliyin nümayəndəsi həmin məktubun çatdırılmasını təsdiq edən məktubun təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. İş materiallarında olan sorğulardan görünür ki, məktubların heç biri hüquqi şəxsə çatdırılmadan Əmək Müfəttişliyinə geri qaytarılmışdır. “ASİS” elektron sisteminin sübut kimi qəbul olunmaması: Xidmət nümayəndəsinin sorğunun “ASİS” elektron sistemi vasitəsilə də cəmiyyətin elektron kabinetinə yerləşdirilməsi iddiası da hüquqi əsasa malik deyil. Sənədlərin elektron qaydada rəsmi verilməsi yalnız qanunvericiliklə xüsusi olaraq tənzimlənmiş hallarda və qaydada mümkündür (məsələn İXM-də olduğu kimi “Asanpay”). Belə bir hüquqi tənzimləmənin mövcudluğu sübuta yetirilmədiyi üçün bu iddia hüquqi əhəmiyyət kəsb etmir və mülahizədən başqa bir şey deyildir. “Əsaslı şübhədən kənar” sübutetmə standartı: İnzibati xəta haqqında işlər üzrə icraatda təqsirliliyin müəyyən edilməsi üçün sübutetmənin ən yüksək standartı olan “əsaslı şübhədən kənar” (beyond a reasonable doubt) standartı tətbiq olunmalıdır. Bu standart, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda və Ali Məhkəmənin qərarlarında dəfələrlə vurğulandığı kimi, səlahiyyətli orqanın irəli sürdüyü iddianın doğruluğuna dair hər hansı ciddi, məntiqi və əsaslı şübhənin olmamasını tələb edir. Bu, sübutların mütləq həqiqətə uyğunluğu demək deyildir, lakin o deməkdir ki, təqdim edilmiş sübutlar məcmusu, işin hallarının alternativ və ağlabatan izahını istisna etməli, yeganə məntiqi nəticə kimi şəxsin təqsirliliyini göstərməlidir. Hazırkı işə bu standartın tətbiqi göstərir ki, X4 Xidməti öz sübutetmə vəzifəsinin öhdəsindən gələ bilməmişdir. Bu şübhələrin məcmusu, məhkəmədə sorğunun Şəxs MMCyə rəsmi qaydada verilməsi faktının sübuta yetirilmədiyi barədə qəti daxili inam formalaşdırır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsi kimi hərəkətlər edilmədiyindən onun İXM-in 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin təqsirliliyi sübuta yetirilmədiyindən, tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-4847/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4847/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver