Məhkəmə qərarları › İş №3(005)-4879/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4879/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4879/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, «Real İnşaat» firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 518.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmət 3-cü Ərazi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmət 3-cü Ərazi X3 İdarəsi «Real İnşaat» firması barəsində İXM-nin 518.1-ci maddəsi ilə MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, «Real İnşaat» firması tərəfindən xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən «Real İnşaat» firmasına məxsus yüksək mərtəbəli yaşayış binasında keçirilmiş X1 zamanı məlum olmuşdur ki, X2 01-2001, b-1.9.4, 6.5, 6.1,10.4 ,8.3, 8.4-ün tələbləri pozulmuşdur. Nəticədə «Real İnşaat» firması tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmət Qarabağ regional X3 İdarəsindən nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, qeyd edilən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli KY252289807 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışdan görünür ki, «Real İnşaat» firması tərəfindən “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilib-edilməməsinin yoxlanılması müəyyən edilmişdir. Yoxlamanın müddəti xx.xx.2025 - xx.xx.2025-ci il. “Yanğın-texniki müayinənin aparılması haqqında” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin xx.xx.2025-ci il tarixli, qərarından görünür ki, «Real İnşaat» firmasında plandankənar (növbədənkənar) yoxlamanın aparılması qərara alınmışdır. “Yoxlama suallarının siyahısı”ndan aydın olur ki, yoxlama zamanı “İcbari Sığorta Haqqında” Qanunun tələbləri, həmçinin yanğın baş verdiyi zaman insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində vəzifələr və bu sahədə tədbirlərin təşkili qaydaları üzrə tələblər pozulmuşdur. xx.xx.2025-ci il tarixli, 5191 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, Obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsinə dair tədbirlər planı işlənib hazırlanmayıb, Obyektin ərazisində fərdi avtomobillərin park edilməsi nəticəsində binaya və yanğın su hovuzuna yanğın avtomobillərinin sərbəst yaxınlaşması məhdudlaşdırılıb-Yanğın su hovuzundan yanğın avtomobillərinin sərbəst su götürə bilməsi üçün şərait yaradılmayıb, Obyektin zəruri sahələri avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə tam təmin edilməyib, Obyektin norma və qaydalara uyğun olaraq ilkin yanğınsöndürmə alət və vasitələrlə, eləcədə odsöndürən balonlarla təmin edilməyib, -Obyektin işçilərinin yanğın təhlükəsizliyi qaydaları ilə təlimatlandırılması barədə xüsusi təlimat jurnalı tərtib edilməyib və müvafiq qeydlər aparılmır; Obyektin elektrik təsərrüfatına profilaktiki baxış keçirilməsi barədə sınaq protokolu tərtib edilməyib, -Obyektin müəyyən yerlərində elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılmadan istismar edilir, -Obyektin daxili yanğın su kranlarının qutuları nömrələnməyib və möhürlənməyib; -Obyekti nasosxanasına və daxili yanğın su kranlarına profilkatiki baxışın keçirilməsi və texniki qulluğun göstərilməsi barədə müvafiq sənədlər təqdim edilmədi, Obyektin müəyyən mərtəbələrində və pilləkən qəfəsində sakinlər tərəfindən maneəedici əşyalar saxlanılır, -Ərazidə yerləşən yanğın su hovuzu yerini və həcmini bildirən işıqlandırıcı və ya flyüoreset lövhələrlə təmin edilməyib, -Obyektin çardağının taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb, -Binanın tüstü bacaları təmizlənməsi barədə mütəxəssis akti tərtib edilməyib, Obyektin ərazisində fərdi avtomobillərin park edilməsi nəticəsində binaya və yanğın su hovuzuna yanğın avtomobillərinin sərbəst yaxınlaşması məhdudlaşdırılıb; -Yanğın su hovuzundan yanğın avtomobillərinin sərbəst su götürə bilməsi üçün şərait yaradılmayıb;-Obyektin zəruri sahələri avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə tam təmin edilməyib: -Obyektin norma və qaydalara uyğun olaraq ilkin yanğınsöndürmə alət və vasitələrlə, eləcədə odsöndürən balonlarla təmin edilməyib; Obyektin işçilərinin yanğın təhlükəsizliyi qaydaları ilə təlimatlandırılması barədə xüsusi təlimat jurnalı tərtib edilməyib və müvafiq qeydlər aparılmır, əsas: -Obyektin elektrik təsərrüfatına profilaktiki baxış keçirilməsi barədə sınaq protokolu tərtib edilməyib, -Obyektin müəyyən yerlərində elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılmadan istismar edilir; -Obyektin daxili yanğın su kranlarının qutuları nömrələnməyib və möhürlənməyib; -Obyekti nasosxanasına və daxili yanğın su kranlarına profilkatiki baxışın keçirilməsi və texniki qulluğun göstərilməsi barədə müvafiq sənədlər təqdim edilmədi, -Obyektin müəyyən mərtəbələrində və pilləkən qəfəsində sakinlər tərəfindən maneəedici əşyalar saxlanılır, -Ərazidə yerləşən yanğın su hovuzu yerini və həcmini bildirən işıqlandırıcı və ya flyüoreset lövhələrlə təmin edilməyib; -Obyektin çardağının taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb, -Binanın tüstü bacaları təmizlənməsi barədə mütəxəssis akti tərtib edilməyib: İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC-nin İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək, yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək, yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək, yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq yanğın təhlükəsizliyi sahəsində müəssisələrin vəzifəsidir. Həmin Qanunun 36-cı maddəsinə əsasən bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur. İXM-nin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görəfiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar