Məhkəmə qərarları › İş №3(005)-4881/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4881/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4881/2025 19.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində protokol tərtib edilmiş şəxs Şəxs, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(001)-3315/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borc tələbi icra edilməmişdir. Bununla da, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru X6 protokola uyğun izahat verərək, X7 tərəfindən məhkəmə qərarı ilə müəyyən edilmiş boşanmadan sonra xanıma qaytarılmalı əmlakların geri verilməsinə dair tələbi icra edilməmişdir. Qeyd olunanlara əsasən protokol tərtib olunmuş, müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, X4 cehiz qismində heç bir əşya gətirməmişdir. İfadəsində qeyd edilənlər şər və böhtan xarakterlidir. Şəxs hazırda işsiz olduğundan və yalnız İİİ qrup əlilliyə görə 170 manat aldığından icra tələbi üzrə göstərilən məbləği ödəmək imkanında deyildir. Göstərilənlərin nəzərə alınmasını və barəsində inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş Nərimanov Rayon Məhkəməsinin 2(005)-3315/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında olan 190 manat dəyərində ət çəkən maşın, 150 manat dəyərində tvovka, 600 manat dəyərində televizor, 200 manat dəyərində sək çəkən maşın, cəmi 1100 manat dəyərində 2 ədəd xalça, 720 manat dəyərində samsung markalı paltaryuyan maşın, 40 manat dəyərində ütü, 150 manat dəyərində qazan dəsti tefal, 25 manat dəyərində soğan doğrayan maşın, 15 manat dəyərində tort çalan (mikser), 150 manat dəyərində elektrik somovarı və üstündə çayniki, 30 manat dəyərində ləpəçəkən, 2 manat dəəyərində qazan götürən tutağac, 60 manat dəyərində 4 ədəd süfrə, 30 manat dəyərində, 6 ədəd, çay dəsmalları, parça salfetkalar, 90 manat dəyərində 2 ədəd ikinəfərlik pastel, 60 manat dəyərində 3 ədəd birnəfərlik pastel, 60 manat dəyərində 6 dəst hamam və üz dəsmalları, 10 manat dəyərində 2 cüt tək dəsmal, 110 manat dəyərində 10 metrlik pərdə, 3 manat dəyərində 1 cüt hamam silgisi, 350 manat dəyərində 2 dəst balınc üzlükləri, çexollar, prostinalar, 250 manat dəyərində taxt örtüyü, adyal(yay, qış), 75 manat dəyərində göy nişan donu, 1500 manat dəyərində brilyant qaşlı nişan üzüyü, 4500 manat dəyərində boyunbağı, qolbaq, üzük, sırğadan ibarət komplekt, bu mümkün olmadıqda isə onların pul əvəzi cavabdehlər Şəxs, X2 iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan və “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3315/2022-032 saylı, xx.xx.2023-ci il tarixli icra vərəqəsinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə - vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək məhkəmə qərarı ilə müəyyən edilmiş tələbləri icra etməmişdir. Məhkəmə iclası zamanı da məhkəmə qərarını icra edə biləmədiyini etiraf etmişdir.. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar