Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-489/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X2 şöbəsinin təhqiqatçısı X3 Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 00100-0230/21 nömrəli, xx xxxxxx 2021ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC-nin adına xx.xx.2021-ci il tarixdə 61TZ325/61K4496 nömrəli avtomobil nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********0183 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükdə mallara dair sənədlərin araşdırılması zamanı Şəxs MMC tərəfindən həmin mal partiyasına aid əvvəlcədən təqdim edilmiş **********2011 nömrəli qısa idxal bəyannaməsi ilə **********0183 nömrəli gömrük bəyannaməsində brutto və netto çəkilər arasında uyğunsuzluq aşkar edilmişdir. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna və qısa idxal bəyannaməsinə əlavə edilmiş sənədlərə baxış keçirilərək müəyyən olunmuşdur ki, **********2011 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə daxil olanadək verilmiş olsa da, həmin qısa idxal bəyannaməsində ümumi malların netto və brutto çəkisi düzgün göstərilsə də, 1-ci və 2-ci mal mövqeyi (1-ci mal mövqeyi üzrə netto çəkisi-2082.01 kq, brutto çəkisi- 2388.1 kq., 2-ci mal mövqeyi üzrə netto çəkisi- 1276.89 kq, brutto çəkisi- 1464.60 kq) üzrə yüklərin brutto və netto çəkisi **********0183 sorğu nömrəli gömrük bəyannaməsindən fərqli (1-ci mal mövqeyi üzrə netto çəkisi- 2802.4 kq, brutto çəkisi- 3073 kq., 2-ci mal mövqeyi üzrə netto çəkisi- 556.5 kq, brutto çəkisi- 779.10 kq) göstərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Gömrük prosedurları və ödənişləri şöbəsinin raportuna əsasən Şəxs MMC-nin adına xx.xx.2021-ci il tarixdə 61TZ325/61K4496 nömrəli avtomobil nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********0183 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükdə mallara dair sənədlərin araşdırılması zamanı Şəxs MMC tərəfindən həmin mal partiyasına aid əvvəlcədən təqdim edilmiş **********2011 nömrəli qısa idxal bəyannaməsi ilə **********0183 nömrəli gömrük bəyannaməsində brutto və netto çəkilər arasında uyğunsuzluq aşkar edilmişdir. İş materiallarında olan Şəxs MMC-nin direktoru X1 Respublikasından xx.xx.2018-ci il tarixli FM01 nömrəli müqaviləyə əsasən “X4 X9” şirkətindən xx.xx.2021-ci il tarixli TER**********037 nömrəli invoysla, 2021/1273 nömrəli CMR sənədi ilə 61TZ325/61K4496 nömrəli nəqliyyat vasitəsilə yük gətirilmiş və burada göndəricinin əsas sənədlərinin hər birində dəyəri və çəkisi doğru olduğu halda ixrac bəyannaməsində isə invoys dəyəri və ümumi brutto və netto çəkisi düzgün göstərilsə də, iki yük üzrə ayrı ayrılıqda netto və brutto çəkiləri fərqli göstərilmişdir. Bu halı qısa idxal bəyannaməsində maşın sərhəddə çatırdı deyə rüsumda heç bir dəyişiklik olmadığına görə tələsik bu şəkildə bəyan etdirmişdir. Gömrük bəyannaməsini isə tərtib edərkən ixrac bəyannaməsində olan yanlış məlumatı fərq edərək netto və brutto çəkilərini yüklər üzrə ayrılıqda düzgün şəkildə bəyan etdirmişdir. Düşünürəm ki, qısa idxal bəyannaməsində ümumi netto və brutto çəkini düzgün bəyan etdikləri üçün ayrı-ayrılıqda səhv bəyan edilməsi bir əhəmiyyət kəsb etmir. Qısa idxal bəyannaməsi ilə gömrük bəyannaməsi arasında uyğunsuzluq olduğu üçün mallara baxış zamanı risk şöbəsinin inspektorunun iştirakı ilə maşın açılıb və yükə baxış keçirilmişdir. Mallar sayılıb tərəzidə çəkilmiş, gömrük bəyannaməsi üzrə mövcud mallar arasında heç bir uyğunsuzluq aşkarlanmamışdır. Və bu hal xx.xx.2021-ci il tarixdə yazılmış aktda da öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük ərazisindən keçmə barədə və ya görük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatların verilməsinə, yaxud malların və nəqliyyat vasiələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə -vəzifəli şəxslər 70 manatdan 100 manatadək məbləğində, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs MMC-nin ünvanına 61TZ325/61K4496 nömrəli avtomobil nəqliyyat vasitəsi ilə gələn yüklərə dair **********0183 nömrəli gömrük bəyannaməsində brutto və netto çəkiləri arasında uyğunsuzluq aşkar edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük ərazisindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 485.1-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-489/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-489/2021
02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver