Məhkəmə qərarları › İş №3(005)-490/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-490/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-490/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən 09 fevral 2023-cü il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Səlahiyyətli orqana və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və tərəflər məhkəmə iclasına gəlməmişlər. Buna görə də, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: HK-1-N-68 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 03:00-da PPXB-nün 8236 çağrışlı a/p-da xidmət aparan əməkdaşın məlumatına əsasən A.Neymətulla küçəsi, Təbriz küçəsinin kəsişməsində baş vermiş YNH-si zamanı xəsarət alan olmuşdur. HK-2-N 983 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tairxdə saat 03:30-da 1 saylı TTYS-dan həkim Gəncəliyev məlumat verdi ki, YNH-si zamanı 2002-ci il təvəllüdlü Şəxs və 2000-ci il təvəllüdlü X2 xəsarətlər almışlar. Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 02:45 radələrində özünə məxsus idarə etdiyi “MOON AF50“ markalı moped ilə Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi ilə H.Əliyev prospekti istiqamətindən üzü F.X.Xoyski küçəsi istiqamətində 2 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saat da 40 km sürətlə düzünə hərəkət edirmiş. Həmin vaxt qardaşı X2 da, mopeddə sərnişin qismində əyləşmişdir. O, idarə etdiyi moped ilə A.Nemətulla küçəsi ilə Təbriz küçələrinin kəsişməsinə çatdıqdan sonra o, Təbriz küçəsi istiqamətində hərəkət etmək üçün mopedin sükanını sola doğru hərəkət etdirmişdir. Bu zaman A.Nemətulla küçəsi ilə F.X.Xoyski küçəsi istiqamətindən H.Əliyev prospekti istiqamətində düzünə hərəkət edən “GEELY CK-minik“ markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş və nəticə də idarə etdiyi mopedin ön və ön sağ qanad hissəsi ilə avtomobilin ön sağ hissəsi toqquşmuşdur. Zərbənin təsirindən idarə etməni itirmiş və nəticə də asfalt örtüyün üzərinə yıxılmışlar. Bundan sonra ətrafdan təsadüfi keçən şəxslər və polis əməkdaşları köməyə gəlmişlər. Bundan sonra isə hadisə yerinə TTYS-nin həkim briqadası gələrək onları müayinə olunmaqları üçün xəstəxanaya aparmışdır. O və qardaşı xəstəxanada müayinə olunduqdan sonra Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişlər. Araşdırma zamanı X2 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə qeyd olunan tarixdə saat təxminən 02:45 radələrində qardaşı Şəxs idarə etdiyi “MOON AF50” markalı moped ilə Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi ilə H.Əliyev prospekti istiqamətindən üzü F.X.Xoyski küçəsi istiqamətində 2 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saat da 40 km sürətlə düzünə hərəkət edirmişlər. Həmin vaxt o, mopeddə sərnişin qismində əyləşmişdir. Onlar moped ilə A.Nemətulla küçəsi ilə Təbriz küçələrinin kəsişməsinə çatdıqdan sonra Sənan Təbriz küçəsi istiqamətində hərəkət etmək üçün mopedin sükanını sola doğru hərəkət etdirmişdir. Bu zaman A.Nemətulla küçəsi ilə F.X.Xoyski küçəsi istiqamətindən H.Əliyev prospekti istiqamətində düzünə hərəkət edən “GEELY CK-minik” markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş və nəticə də mopedin ön və ön sağ qanad hissəsi ilə avtomobilin ön sağ hissəsi toqquşmuşdur. Zərbənin təsirindən idarə etməni itirmiş və nəticə də asfalt örtüyün üzərinə yıxılmışlar. Bundan sonra ətrafdan təsadüfi keçən şəxslər və polis əməkdaşları köməyə gəlmişlər. Bundan sonra isə hadisə yerinə TTYS-nin həkim briqadası gələrək onları müayinə olunmaları üçün xəstəxanaya aparmışlar. O, və qardaşı xəstəxanada müayinə olunduqdan sonra Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 xx.xx.2023-cü il tarixli, 56 saylı rəyindən görünür ki, vətəndaş Şəxs almış olduğu xəsarətlər – sağ əlin yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan sıyrıqlar, sağ budun qançır - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 03 fevral 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə“inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına“və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə“uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar