Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-4940/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Dövıət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 496.1.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 08 noyabr 2025-ci il tarixli, 00800-01648/25 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X4 Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 3100/012/036130 nömrəli xx.xx.2025-ci il tarixli raporta əsasən, hüquqi ünvanı AZ1033, ünvan 1ə Geologiya İdarəsi” MMC (**********) tərəfindən xx.xx.2022-ci il tarixli **********4952 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 111286,48 AZN, netto çəki 659,45 kq) mal müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Yükün bir hissəsi (gömrük dəyəri 1312,4 AZN, netto çəki 9,2 kq) **********6166 sorğu gömrük bəyannaməsi əsasında sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləsdirilərək buraxılmışdır. **********4952 sorğu nömrəli gömrük bəyannaməsi ücün müvəqqəti idxal müddəti xx.xx.2025-ci il tarixdə bitməsinə baxmayaraq ( 3 il ) malın qalıq hissəsi (gömrük dəvəri 109974,08 AZN, netto çəki 650,25 kq) digər Gömrük rejimində rəsmiləşdirilməmişdir. Nəticədə Azərbaycan Respublikası Dövıət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən İXM-nin 496.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 protokolun məzmunu ilə bağlı izahat verərək göstərdi ki, sözügedən protokol ilə razı deyillər və düzgün tərtib edilməmişdir. Ümumiyyətlə əməllərində xəta tərkibi yoxdur. Belə ki, 2022-ci il tarixdən ölkə ərazisinə gətirilmiş mallar istifadə edildikdən sonra geri qaytarılmağa çalışılmış, lakin gömrük orqanı İran ərazisində müharibə şəraiti olması ilə əlaqədar bu təklif ilə razılaşmayamışdır. Bu səbəbdən malların göndərilməsi mümkün olmamışdır. Hazırda da həmin malların geri götürülməsi ilə bağlı qarşı tərəflə danışıqlar aparılır. Lakin, sözügedən mallar hazırda ölkə ərazisindədir və geri qaytarılmamışdır. Bundan əlavə, protokolun düzgün tərtib olunmadığını da bildirərək, hazırki maddənin dizpozisiyasının işin hallarına uyğun olmadığını bildirmişdir. İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən edilir ki, gömrük orqanının vəzifəli şəxsi tərəfindən əmələ hüquqi qiymət verilən zaman səhvə yol verilmiş və İXM–nin 499.1.3-cü maddəsilə tövsif edilmişdir. Belə ki, İXM-nin 499.1.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə hüquqi şəxslər iki min manatdan üç min manatadək cərimə edilir. Maddənin dizposiyasından göründüyü kimi, obyektiv cəhətin formalaşması üçün malların ölkə ərazisindən aparılması və ya qaytarılması, bu hərəkətlərin gecikdirilməklə icra edilməsi tələb olunur. Lakin, hazırkı işin materiallarından görünür ki, sözügedən mallar ölkə ərazisindən ümumiyyətlə aparılmamışdır. Həmin xüsusat gömrük orqanı tərəfindən tərtib edilmiş sənədlərdə də öz əksini tapır. Həmin Məcəllənin 499.2-ci maddəsinə əsasən isə, aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə tənbeh nəzərdə tutur. Göründüyü kimi, hazırkı işin halları protokolun tərtib edildiyi maddə ilə uyğun gəlmir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və həmin xüsusatın texniki yanlışlıq və ya doğru olduğunu təsdiq etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. İş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, Azərbaycan Respublikası Dövıət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material natamam olduğundan İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövıət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi barəsində tərtib edilmiş 08 noyabr 2025-ci il tarixli, 00800-01648/25 saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxışdan çıxarılmaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə geri qaytarılsın. Qərardad qətidir, şikayət və protest verilə bilməz. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-4940/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-4940/2025
05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver