Məhkəmə qərarları › İş №3(005)-497/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-497/2022

20.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-497/2022 20.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fəlsəfə doktoru, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş 20.02.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 20.02.2022-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, N.Nərimanov rayonu, Z.Bünyadov prospekti, 26 ünvanında polis əməkdaşlarına sənəd təqdim etməmiş və onların qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 20.02.2022-ci il tarixdə saat təxminən 10:30 radələrində xidməti ərazi üzrə xidmətdə olarkən “Toyota Corolla” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Şəxs yol nişanının tələbini pozduğuna görə polis tərəfindən saxlanılmış, ona qayda pozuntusu izah edilmiş, o, özünü icra hakimiyyətinin əməkdaşı kimi təqdim etmişdir. Şəxs sənədləri olmadığı üçün təqdim edə bilməmiş, zərurətlə bağlı maşından düşməsi istənildikdə isə polisə tabe olmamışdır. Daha sonra həmin şəxs avtopatrula əyləşdirilmiş və 16-cı Polis Bölməsinə aparılmışdır. Tərəfindən həmin şəxsin izahatı şöbədə alınmışdır. Bundan sonra toplanmış material aidiyyəti üzrə baxılması üçün məhkəmə göndərilmişdir. Son olaraq məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, qayda pozuntusu etdiyi ilə razılaşmış, əməlindən peşman olmadığını bildirmişdir. Polisin ona qarşı olan hərəkətləri qanuni tələblərə uyğun olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Post-patrul xidməti polis serjantı Vüsal Hacıyev izahatında göstərmişdir ki, Şəxs yol nişanının tələbini pozduğuna görə polis tərəfindən saxlanılmış, yoxlama zamanı bort kompüterdəki şəxsə oxşamadığından polis ondan maşından düşməsini tələb etmiş, lakin həmin şəxs maşından düşməmiş və polis işçilərinə lağ edərək, onları hədələmişdir. Şəxs Polis Bölməsinə aparılması üçün Post-patrul maşınına minməsi bildirilmiş, o, isə getməyəcəyini bildirərək, polisə nalayiq ifadələr işlətmişdir. Həmin şəxsi nizam-intizama dəvət etdikdə o, tələblərə tabe olmaqdan imtina etdi. Daha sonra həmin şəxs avtopatrula əyləşdirilmiş və 16-cı Polis Bölməsinə aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin rəisi Xəyal Şükürova ünvanlanmış 20.02.2022-ci il tarixli raportdan görünür ki, 20.02.2022-ci il tarixdə Bakı şəhəri, N.Nərimanov rayonu, Z.Bünyadov prospekti, 26 ünvanında xidmətdə olan zaman “Toyota Corolla” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilə manevr etmə qaydalarını pozduğuna görə saxla işarəsi verilmişdir. Z.Bünyadov prospektində avtomobil saxlamışdır. Sürücüyə yaxınlaşaraq yol nişanının qaydalarını pozduğunu izah etmiş və sənədlərini təqdim etməsini xahiş etmişdir. Lakin sürücü sənədləri təqdim etməkdən imtina etmişdir. Sürücünü polisin qanuni tələblərinə riayət etmədiyi üçün 16-cı PB-nin əməliyyat qrupunun köməkliyi ilə 16-cı bölməyə aparılması təmin edilmişdir. “İnzibati qaydada tutma haqqında” 20.02.2022 il tarixli Protokoldan görünür ki, Şəxs 20.02.2022-ci il tarixdə saat 10:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı baxış keçirilmiş 1 ədəd diskdən görünür ki, diskdə bir ədəd videomateriallar vardır. Videomaterialdan görünür ki, bir nəfər şəxs (Şəxs) polis əməkdaşlarının müşayiəti ilə avtopatrul maşınına doğru aparılarkən maşına minməkdən imtina edir, polisin dəfələrlə onu sakitləşdirmək cəhdlərinə baxmayaraq o yenidən qanunsuz hərəkətlərinə davam edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlar, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs dərhal məhkəmə iclasında həbsdən azad edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs dərhal məhkəmə iclasında həbsdən azad edilsin. İş üzrə maddi sübut-01 ədəd disk iş materiallarında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar