Məhkəmə qərarları › İş №3(005)-4970/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4970/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4970/2025 04.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 539.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. Protokolda qeyd edilmişdir ki,X1 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, 3-17-5/2-68868/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilərək əsnədləri 7 iş günü ərzində təqdim edilməsi tələb olunsa da, tələb olunan sənədlərin xx.xx.2025-ci il tarixinədək tam şəkildə təqdim edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X9 protokolu müdafiə edərək, Şəxs MMC barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə tərtib olunmuş protokolun əsassız olmasını bildirərək, qeyd etmişdir ki, X7 Xidməti tərəfindən X3 əmək haqqının ödənilməsi ilə bağlı şikayəti üzrə aparılan araşdırma üçün sənədlərin təqdim edilməsi barədə Xidmətin məktubu əsasında zəruri sənədlər təqdim edilmiş, həmçinin də aparılmış müzakirələrdə iştirak edilmişdir. Hazırda tərtib olunmuş protokolun əsassız olduğunu və heç bir inzibati xəta törədilmədiyini bildirərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan aydın olur ki, X5 barəsində zəruri sənədlər MMC-dən istənilmişdir. Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə təqdim olunan 255 və 184-1 nömrəli məktublardan görünür ki, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixində X6 barəsində tələb olunan sənədlər göndərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2025-ci il tarixli müracət vərəqəsindən aydın olur ki, Nümayəndə Şəxs MMC-nin nümayəndəsi olaraq müzakirələrdə iştirak etmiş və müvafiq sənədləri təqdim etmişdir. Məhkəmə ilkin olaraq onu qeyd edir ki, inzibati xəta haqqında protokola əsasən X3 şikayəti əsasında Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində tam, düzgün və vaxtında təqdim olunması tələb olunmuş, lakin məktubun çatdırılmasına baxmayaraq MMC-dən tələb olunan sənədlər tam və düzgün formada təqdim edilmədiyi göstərilsə də, qeyd olunan natamamlıq və yalnışlığın məhz nədən ibarət olması protokolda əksini tapmamışdır. Halbuki inzibati icraat materialları ilə müəyyən edilir ki, Müfəttişlik Xidmətinin sorğusu ilə tələb olunan əmək müqaviləsinin surəti, iş vaxtının uçot tabelləri (son 3 ay), əmək haqqının hesablanması və ödənilməsi cədvəllərinin surəti (son 3 ay), kollektiv müqavilə (olduğu halda) sənədlərin surəti göndərilmiş, eyni məktubla vətəndaşın müraciətində qeyd etdiyi məsələyə münasibət bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta yalnız birbaşa qəsdlə törədildikdə inzibati məsuliyyətə səbəb olur. Qanuna görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə bu xəta birbaşa qəsdən törədilmiş xəta hesab olunur. İşin faktiki halları və işdə olan sübutlardan belə müəyyən olunur ki, hüquqi şəxs tərəfindən Müfəttişlikdən daxil olmuş sorğuya qarşı hər hansı laqeydlik nümayiş etdirilməmiş, tələb olunan sənədlər hazırlanaraq vaxtında təqdim olunması təmin olunmuşdur. Həmçinin MMC-in nümayəndəsi X7 Xidmətində aparılmış müazkirələrdə iştirak etmişlər. Müfəttişlik inzibati xəta haqqında protokolda konkret və dəqiq olaraq natamamlıq və yalnışlığın nədə ifadə olunduğunu göstərmədiyinə və inzibati xətanın mahiyyəti, habelə törədilmə vaxtı və yeri, hüquqi şəxsin xeyrinə sənədlərin natamam və ya düzgün formada təqdim edilməməsində birbaşa qəsdi subyektiv cəhətdən özündə ehtiva edən hərəkət və ya hərəkətsizliyinin nədən ibarət olduğu aydın müəyyən edilmədiyinə görə məhkəmə Məhdud Məsuliyyətli Cəmiyyətin qəsdi ilə əhatə olunan inzibati xətanın mövcudluğunun sübuta yetirilmədiyi barədə nəticəyə gəlir. Göründüyü kimi, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyini təsdiq edən mötəbər sübut iş materiallarına əlavə edilmədiyi və məhkəmə iclasında təqdim edilmədiyi üçün hüquqi şəxsin həmin maddə ilə təqsirli olması qənaətinə gəlinməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Bu mövqeyi rəhbər tutaraq məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Göstərilən bu hallar, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin sübuta yetirilməməsinə və inzibati xətanın mötəbər sübutlarla təsdiq edilməməsinə dəlalət edir. Beləliklə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar