Məhkəmə qərarları › İş №3(005)-498/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-498/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-498/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi Ələkbərova Aysel Ceyhun qızının katibliyi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, Shaig İsmailov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, “Evrika” liseyinin yaxınlığında “Mercedes Benz” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə şəhərlərarası sərnişindaşıma fəaliyyəti göstərən Shaig İsmailov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli 02 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, “Evrika” liseyinin yaxınlığında xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində “Mercedes Benz” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə sərnişindaşıma fəaliyyəti aşkarlanmış və sürücü qanunvericilklə tələb olunan sənədləri verməkdən imtina etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X2 inzibati xəta haqqında protokola uyğun izahat vermişdir. İşə baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Shaig İsmailov məhkəmə iclaslarında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala Shaig İsmailovnun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Shaig İsmailovnun Azərbaycan Respublikası İXM-in 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə iclasında müəyyən olundu ki Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən Nərimanov rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirərkən “Mercedes Benz” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsünün şəhərlərarası sərnişindaşıma fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Həmin avtomobil xidmətin əməkdaşları tərəfindən saxlanılmış və sürücüyə sənədinin təqdim edilməsi təklif edilmişdir. Lakin sürücü sənədlərini təqdim etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İXM-in 552-ci maddəsinə əsasən, Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında Shaig İsmailovun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, Shaig İsmailova inzibati tənbeh növü təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 552-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Shaig İsmailov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar