Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5/2023 06.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X1 Bölməsinin təhqiqatçısı X2 tərəfindən tərtib edilmiş 06 oktyabr 2022-ci il tarixli 00100-2097/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, İran İslam Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına S4B41910/64B42010 nömrəli yük nəqliyyat vasitəsində, 101 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə idxal edilmiş və Bakı Bas Gömrük idarəsində **********7027 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin araşdırılması zamanı sözügedən mallara dair təqdim edilmiş 101 nömrəli xx.xx.2022- ci il tarixli invoys sənədində malların dəyəri 13869,50 ABŞ dolları göstərildiyi halda, həmin mallara dair İran islam Respublikasının ******* nömrəli ixrac gömrük bəyannaməsində malların dəyərinin 37334,00 ABŞ dolları qeyd edildiyi aşkar edilmişdir. Beləliklə, Şəxs MMC tərəfindən **********7027 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində gömrük orqanına bəyan edilmiş malların invovs dəyəri ilə ixrac gömrük bəyannaməsində göstərilmiş dəyər arasında uyğunsuzluq olduğu, qevd edilən malların gömrük dəyərinin müəyyən edilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılmış ekspertiza tədqiqatının nəticəsinə dair 9/5467 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən Şəxs MMC tərəfindən idxal edilən mallara görə ümumilikdə 14433,42 AZN gömrük ödənişinin ödənilməsindən yayındığı müəyyən edildiyindən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinin tərkib əlamətləri olduğu müəyyən edilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin direktoru İbrahim Arslan izahatında bildirmişdir ki, araşdırmanın nəticəsi bilavasitə ekspertin rəyindən asılı olduğundan və rəy yanlış məlumatlarla əsaslandığından inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, araşdırma zamanı ekspert İran İslam Respublikasından Azərbaycan Respublikasına idxal edilən yol nişanlarının qiymətlərinin şişirdilmiş rəqəmlərlə göstərmişdir. Məsələn, siyahıda olan yol kəsişməsində istifadə olan güzgünün qiyməti 200 AZN, parklanma nişanının dəyəri 2 dəfə artıq göstərilmiş, tramplinin (yol üçün sürət həddini aşağı salmaq üçün yaylı qurğu) qiyməti 35 AZN olduğu halda 85 AZN müəyyən etmişdir. Ekspert nəzərə almalıydı ki, yuxarıda adları çəkilən nişanların dəyəri onları istehsal edən ölkədən, keyfiyyətindən, ölçüsündən asılı olaraq dəyişilir. X3 istehsal olunan həmin nişanlar Türkiyə və Avropa ölkələrində istehsal olunan nişanlardan daha ucuz və az tələb olunan mallardır. Halhazırda rəhbərlik etdiyi MMC tərəfindən yol kəsişməsində istifadə olan güzgünün pərakəndə satışının dəyəri 100 AZN müəyyən etmişdir. Hansı əsaslara görə rəydə belə yüksək qiymət müəyyən edilməsi anlaşılan deyil. Buna görə də vəsatət verərək məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş edərək həmin ekspertiza rəyi əsasında ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərlə müəyyən edildi: - “Yoxlama haqqında” 28 iyul 2022-ci il tarixli protokoldan görünür ki, “AZƏR-TÜRK GROUP" MMC tərəfindən **********7027 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara Abşeron ravonu, Zabrat 2 qəsəbəsi, İstixana kombinatı ünvanında yerləşən anbarda baxış keçirilmiş, baxış zamanı 64B41910/64B42010 nömrəli yük nəqliyyat vasitəsinin vük verindən 50 ədəd diametri 60 sm olan güzgülər, 50 ədəd diametri 80 sm olan güzgülər, 2000 ədəd “75 sm qırmızı şilindir formalı vol nişanları”, 1500 ədəd “üzərində markalarıma göstəricisi olmayan, yolda sürətin azaldılması üçün quraşdırılan maneələr”, 50 bağlamada olmaqla uzunluğu 13000 metr olan “plastik zəncirlər”, 8 bağlamada olmaqla 16000 ədəd “qırmızı rəngli, plastik rulonlar", 16000 ədəd “qara metaldan boltlar”, 16000 ədəd “qara metaldan qavkalar’’ və 1000 ədəd “istehsalat və peşə geyimi - jiletlər” yükləri aşkar edilmiş, həmçinin, gömrük orqanına bəyan edilmiş 19 ədəd diametri 20 sm olan güzgülər yükünün nəqliyyat vasitəsində olmadığı müəyyən edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2022-ci il tarixli, 9/5467 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 14 adda malların ümumilikdə 08.07.202-ci il tarixə orta bazar qiyməti təxminən 104500,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)- 3265/2022 nömrəli qərardadından görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2022-ci il tarixli, 9/8084 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 3(005)- 3265/2022 nömrəli iş materiallarında olan (iş vərəqə 63) 2022/07/02 tarixli İran-Bazarganı Sohrab Sahragard invoys sənədinə əsaən qeyd edilən İİR-da istehsal olunan malların gömrük xərcləri nəzərə alınmaqla ümumilikdə orta bazar qiyməti 38863,8 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq edilən sənədlərdən aydın olur ki, Şəxs MMC tərəfindən idxal olunan mallara dair təqdim edilmiş 101 nömrəli xx.xx.2022- ci il tarixli invoys sənədində malların dəyəri 13869,50 ABŞ dolları göstərildiyi halda, həmin mallara dair İran islam Respublikasının ******* nömrəli ixrac gömrük bəyannaməsində malların dəyərinin 37334,00 ABŞ dolları qeyd edildiyi aşkar edilmiş, gömrük orqanı tərəfindən təyin ekspertiza nəticəsində həmin malların orta bazar qiyməti təxminən 104500,00 manat müəyyən edilmiş, həmin ekspert rəyinə əsasən gömrük orqanı tərəfindən Şəxs MMC tərəfindən idxal edilən mallar üzrə 14433,42 AZN gömrük ödənişinin ödənilməkdən yayındırıldığı qənaətinə gəlinmişdir. Lakin, məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə aparılan şəxsin vəsatəti əsasında təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2022-ci il tarixli, 9/8084 nömrəli rəyi ilə müvafiq malların orta bazar qiyməti 38863,8 manat müəyyən edilmişdir. Hazırki şəraitdə məhkəmə xüsusilə qeyd edir ki, İXM-in 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin, yəni gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınma əməlinin mövcudluğunu şərtləndirilən ilkin xüsusat gömrük borcunun mövcudluğudur. Hazırki iş üzrə Şəxs MMC-nin gömrük borcunun mövcud olub-olmaması onun tərəfindən ölkəyə idxal olunmuş malların həqiqi orta bazar qiymətinin müəyyən edilməsidir. Bu məqsədlə gömrük orqanı tərəfindən təyin edilmiş ekspertiza üzrə ekspert rəyi ilə məhkəmə tərəfindən təyin edilmiş ekspertiz üzrə ekspert rəyi arasına ziddiyyət mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə sonuncu 08 dekabr 2022-ci il tarixli rəyi ilə müvafiq malların orta bazar qiyməti 38863,8 manat müəyyən edildiyindən qeyd edilən şəraitdə MMC-nin gömrük borcunun mövcud olub-olmaması, olduğu təqdirdə hansı məbləğ təşkil etməsi kimi iş üzrə əhəmiyyət kəsb edən halların aydınlaşdırılmasında ötrü Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə xx.xx.2022-ci il tarixdə müvafiq sorğu ünvanlansa da, qeyd edilən sorğuya dair hər hansı məlumat məhkəməyə daxil olmuşdur. Həmçinin, inzibati xəta haqqında protokol tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu səbəbdən yuxarıda şərh edilən şübhəli məqamları mötəbər sübutlarla aradan qaldırmaq mümkün olmamışdır. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata, Şəxs MMC-nin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-5/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver