Məhkəmə qərarları › İş №3(005)-50/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-50/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-50/2024 18.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Binəqədi rayon prokurorluğunun müstəntiqi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Binəqədi rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 3(001)- 4198/2023 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 manat cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 3(103)-2466/2023 nömrəli qərarı ilə hüquqi şəxs Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hüquqi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə tənbeh tətbiq etmə haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 3(001)-4198/2023 nömrəli qərarı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 3(001)-4198/2023 nömrəli qərardadı ləğv edilmiş və inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. İnzibati materiallarda və “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 17 oktyabr 2023-cü il tarixli qərarda göstərilmişdir ki, hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) – Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada 2023-cü ilin fevral ayından xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində əmək müqaviləsi (kontrakt) bağlanmadan, hüquqi qüvvəyə minmədən fiziki şəxslər - Şahid3, Şahid4 və Şahid2 icarəyə götürdükləri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən anbarda usta kimi işə cəlb etməsi inzibati xətasını törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında iştirak edən Binəqədi rayon prokurorluğunun müstəntiqi X2 çıxış edərək bildirmişdir ki, tərəflərindən müvafiq araşdırmalar aparılmışdır. Araşdırma zamanı 2023-cü ilin fevral ayından xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində əmək müqaviləsi (kontrakt) bağlanmadan, hüquqi qüvvəyə minmədən fiziki şəxs Şahid3, Şahid4 və Şahid2 icarəyə götürdükləri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən anbarda usta kimi işə cəlb edilməsi faktı aşkar edilmişdir. Yekunda məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 3(001)-4198/2023 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 manat cərimə edilmiş və həmin qərar da Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə aidiyyəti qaydaları pozulduğundan ləğv edilmişdir. Həmçinin hüquqi şəxs həmin fakt əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli, 3(005)- 3624/2023 nömrəli qərarı ilə 20.000 manat cərimə edilmişdir. Yekunda məhkəmədən hüquqi şəxsin barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli, 3(005)- 3624/2023 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20.000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək, hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında sənədlərin qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, prokurorluq orqanında aparılmış araşdırma zamanı Şəxs tərəfindən əmək müqaviləsi (kontrakt) bağlanmadan, hüquqi qüvvəyə minmədən fiziki şəxs Şahid3, Şahid4 və Şahid2 icarəyə götürdükləri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən anbarda usta kimi işə cəlb etməsi faktı aşkar edilmişdir. Araşdırmanın nəticəsi olaraq Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli, 3(005)-3624/2023 nömrəli qərarı ilə Şəxs tərəfindən yuxarıda qeyd edilən halın, yəni əmək müqaviləsi (kontrakt) bağlanmadan, hüquqi qüvvəyə minmədən fiziki şəxslər- Şahid3, Şahid4 və Şahid2 icarəyə götürdükləri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən anbarda usta kimi işə cəlb etməsi faktı təsdiq edilmiş və MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20.000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bununla da məhkəmə iclasında Şəxs hazırkı inzibati xətaya görə artıq inzibati məsuliyyətə cəlb edildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə hesab edir ki, Şəxs əmək müqaviləsi (kontrakt) bağlanmadan, hüquqi qüvvəyə minmədən fiziki şəxslər - Şahid3, Şahid4 və Şahid2 icarəyə götürdükləri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən anbarda usta kimi işə cəlb etməsi faktına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə bir dəfə cəlb edildiyindən hazırkı halda qeyd edilən hüquqi şəxs təkrarən eyni əmələ görə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.7-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 53, 105, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar