Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-500/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, Nəsibov Araz barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyininn Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən, Mövsüm Sənani küçəsində qeydiyyatda olan “Mersedes Benz” markalı, **-XJ-*** dövlət nömrə qediyyat nişanlı sərnişin daşıma avtomobilini idarə edən Nəsibov Araz barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli 02 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, 02 fevral 2023-cü il tarixdə saat 10:00 radələrində “Mersedes Benz” markalı, **-XJ-*** dövlət nömrə qediyyat nişanlı sərnişin daşıma fəaliyyət aşkar olunmuş və sürücü qanunvericiliklə tələb olunan sənədləri verməkdən imtina etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X2 inzibati xəta haqqında protokola uyğun izahat vermiş və müvafiq qərarın qəbul eidlməsinin məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Araz Nəsibov məhkəmə iclaslarında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala Araz Nəsibovun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Araz Nəsibov Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə iclasında müəyyən olundu ki Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən Nərimanov rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirərkən “Mersedes Benz” markalı, **-XJ-*** dövlət nömrə qediyyat nişanlı avtomobilinin sərnişin fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Həmin avtomobil xidmətin əməkdaşları tərəfindən saxlanılmış və sürücüyə sənədinin təqdim edilməsi təklif edilmişdir. Lakin sürücü sənədlərini təqdim etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İXM-in 552-ci maddəsinə əsasən, Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında Araz Nəsibovun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, Nəsibov Araza inzibati tənbeh növü təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nəsibov Araz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-500/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-500/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver