Məhkəmə qərarları › İş №3(005)-5019/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-5019/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-5019/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən Şəxs barəsində xx.xx.2025-cii il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Təqdim olunan protokoldan və “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Sarvan Rüstəmovun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, sürücü Şəxs Bakı şəhəri, Nərimanov rayonu Ə.Qayıbov küçəsində “Toyota” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyta hadisəsi törətmişdir və nəticədə “Muravey ” markalı mopedin sürücüsü X1 xəsarət alması ilə nəticəsində ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 13:05 radələrində özünə məxsus idarə etdiyi “Toyota Prius” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsində «City Qarden» yaşayış kompleksin həyətində hərəkətdə olan zaman kompleksin həyətyani sahəsindən çıxmaq istəyəndə onunla əks istiqamətdən hərəkət edən şirkətə məxsus moped yolun sol zolağında idarə etməni itirib onun idarə etdiyi avtomobilin sol qabaq qanad hissəsi ilə, daha sonra sol qabaq və arxa qapısı ilə toqquşmuşdur. Bundan sonra moped bir neçə metr getdikdən sonra sürücü mopedi aşırtmış və sürücü xəsarət almışdır.O avtomobildən düşmək istəmişdir, lakin avtomobilin sol qabaq qapısı açılmamışdı.Bundan sonra hadisə yerinə TTYS əməkdaşları gələrək araşdırma aparmışlar. Hadisə zamanı o bədən xəsarəti almışdır. Mopedin sürücüsü təcrübəsiz olmuşdur. Heç tormozun da yerini bilməmişdir. Həmçinin bildirmişdir ki, hadisənin kamera görüntüləri olsa da həmin görüntülər əldə edilərək onlara baxış keçirilməmişdir. Ətraflı və düzgün araşdırma aparılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 100-cü maddəsində protokolda göstərilməli olan məlumatlar qeyd edilsə də təqdim edilən protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Eyni zamanda İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Lakin, məhkəməyə təqdim edilən protokolda qeyd olunan qanunvericiliyin tələbləri öz əksini tapmamışdır. Bundan başqa barəsində protokol tərtib edilmiş Şəxs qərarla razılaşmayaraq, ətraflı araşdırmanın aparılmadığını, hadisənin görüntüsünü əks etdirən vido görüntünün əldə edilərək baxış keçirilmədiyini bildirmiş və tərəfindən heç bir inzibati qayda pozuntusunun olmadığını söyləmişdir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, eyni zamanda bütün faktiki hallar və sübutlar tam olaraq tədqiq olunmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-cii il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 118, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar