Məhkəmə qərarları › İş №3(005)-503/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-503/2022

15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-503/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin İnzibatı Xətalar haqqında iş üzrə İcraat Şöbəsinin inspektoru X2 tərəfindən qəbul edilmiş 19.01.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması və inzibati iş üzrə icraata xitam verilməsinə dair şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4, barəsində Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin İnzibatı Xətalar haqqında iş üzrə İcraat Şöbəsinin inspektoru X2 tərəfindən qəbul edilmiş 19.01.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Polis idarəsinin polis əməkdaşı tərəfindən axşam saatlarında təxminən 17:00-18:00 radələrində Nərimanov rayon Ağaneymətullah küçəsində saxlanılaraq onun yol hərəkəti qaydalarına zidd hərəkət etdiyini bildirilmişdir. Polis əməkdaşı sənədlərini təqdim etməyini bildirdikdə sənədləri təqdim edərək hansı qayda pozuntusundan ötrü saxlanıldığı barədə məlumat verməsini polis əməkdaşından xahiş etdi. Belə ki, polis əməkdaşı onun Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinə zidd əməl törətdiyini, yolayrıcını keçmə qaydalarını pozduğunu və bu səbəbdən barəsində cərimə tədbiq olunacağını bildirmişdir. Polis əməkdaşı guya törətdiyi inzibati xəta haqqında ona məlumat verdikdə öz etirazını bildirməyinə baxmayaraq etirazlarına məhəl qoymamış və barəsində İXP ******* saylı protokolu tərtib etmişdir. Daha sonra tərəflərindən Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət edilərək Nərimanov rayon yol polisi əməkdaşı tərəfindən tərtib edilmiş İXP ******* saylı protokola əsasən qüvvəyə minmiş qərarın ləğv edilməsi xahiş edilmişdir. Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02.09.2021-ci il tarixli 3(005)-l886/2021 saylı qərara əsasən şikayət ərizəsi Nərimanov Rayon məhkəməsi tərəfindən qismən təmin edilmiş, İXP ******* saylı protokolun ləğvi barədə qərar qəbul edilmişdir. Daha sonra həmin qərar icra edilməsi üçün Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinə ünvanlanmışdır. Lakin cavabdeh orqan tərəfindən məhkəmə qərarı icra edilməmiş və barəsində inzibati tənbeh tətbiq edilməsi üçün 19 yanvar 2022-ci il tarixli İQ TP ******* saylı qərar qəbul edilmişdir. Həmin qərara əsasən İXM-in 327.2-ci maddəsinə əsasən 60 manat miqdarında cərimə edilməli olduğu göstərilmişdir. Həmin sözügedən qərar tərəfimizdən rəsmi qaydada 17.02.2022-ci il tarixində əldə edilmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, inzibati xəta haqqında icraat apanlarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X4 barəsində 07.08.2021-ci il tarixli, Tp seriyalı ******* nömrəli “ İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X4 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görədə inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Bakı şəhəri DYPİ Müşayiət-Eskort Bölüyü YPX inspektoru X7 tərəfindən qəbul edilmiş 07.08.2021-ci il tarixli, Tp seriyalı ******* nömrəli “ İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməlidir. Lakin Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərar nəzərə alınmamış, 19 yanvar 2022-ci il tarixli İQ TP ******* saylı qərara əsasən altmış manat miqdarında cərimə edilməm barədə qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən tərtib edilmiş 19 yanvar 2022-ci il tarixli İQ TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını, Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən tərtib edilmiş 19 yanvar 2022-ci il tarixli İQ TP ******* saylı qərarın ləğv edilərək inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri BPİ-nin X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri BPİ-nin X9 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri DYPİ Müşayiət-Eskort Bölüyü YPX inspektoru X7 tərəfindən qəbul edilmiş 07.08.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)1886/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli qərarına əsasən şikayət qismən təmin edilmiş, Bakı şəhəri DYPİ-nin Müşayiət-Eskort Bölüyü YPX inspektoru X7 tərəfindən qəbul edilmiş 07.08.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş, X4 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri BPİ-nin X12 İdarəsinə göndərilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin İnzibatı Xətalar haqqında iş üzrə İcraat Şöbəsinin inspektoru X2 tərəfindən qəbul edilmiş 19.01.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmış, həmçinin X4 Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi hər hansı sübutla öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan məhkəmənin 02 sentyabr 2021-ci il tarixli qərarında olan göstərişləri icra etməmiş, inzibati işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxmış və onun hüquqlarını pozmuşdur. Mübahisələndirilən qərarda X3 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini birbaşa təsdiq edən hər hansı sübuta istinad edilməmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda; inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1, 134.1.3-cü maddələrinə əsasən nzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.5-1-cı maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X4 barəsində 19.01.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Həmçinin X3 İXM-in 327.2-ci maddəsində nəzərdə tutlan inzibati xətanı törətməsinə dair, yəni onun əməlində inzibati xəta tərkibi olmasını təsdiq edən sübutlar mövcud deyildir. Bu səbəbdən də X4 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati iş üzrə icraata xitam verilməli və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin İnzibatı Xətalar haqqında iş üzrə İcraat Şöbəsinin inspektoru X2 tərəfindən qəbul edilmiş 19.01.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin İnzibatı Xətalar haqqında iş üzrə İcraat Şöbəsinin inspektoru X2 tərəfindən qəbul edilmiş 19.01.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar