Məhkəmə qərarları › İş №3(005)-504/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-504/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-504/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nazirliyi Nərimanov rayon İcra şöbəsinin icra məmuru X20, Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs iştirakı ilə "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X33 tərəfindən "xxxx" MMC-nin rəhbəri Şəxsbarəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, "xxxx" MMC-nin vəzifəli şəxsi kimi Şəxs protokola əlavədə qeyd olunmuş icra sənədlərini ilə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Beləliklə, barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nərimanov rayon İcra şöbəsinin icra məmuru X33 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3369/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində ümumi sahəsi 226,6 kv.metrdən ibarət olan 5 otaqlı yaşayış sahəsi üçün X34 ilə "xxxx" MMC arasında xx.xx.2010-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi ləğv olunmalıdır. Müqaviləyə əsasən ödənilmiş 385.220 manat pul "xxxx" MMC-dən alınaraq X22 verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4628/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC ilə X25 arasında ünvan 2 ünvanında inşa edilən 4 saylı yaşayış binasının, 21-ci mərtəbəsində, ümumi sahəsi 191,4 kv. metrdən ibarət olan 4 otaqlı, 94 nömrəli mənzilə dair bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə etibarsız hesab edilməlidir. "xxxx" MMC-dən X13 xeyrinə 107200 manat məbləğində pul tutulmalıdır. Xətai Rayon Məhkəməsinin 2(01 )-527/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC ilə X35, X26 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 07/A saylı müqavilə etibarsız hesab edilməlidir. "xxxx" MMC ilə X35 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 116 saylı müqavilə etibarsız hesab edilməlidir. "xxxx" MMC-dən X21 xeyrinə 226600 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalıdır. "xxxx" MMC ilə X35 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 111 saylı müqavilə etibarsız hesab edilməlidir. "xxxx" MMC-dən X21 xeyrinə 155600 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalıdır. "xxxx" MMC ilə X35 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 109 saylı müqavilə etibarsız hesab edilməlidir. "xxxx" MMC-dən X21 xeyrinə 226600 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalıdır. "xxxx" MMC ilə X35 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 107 saylı müqavilə etibarsız hesab edilməlidir. "xxxx" MMC-dən X21 xeyrinə 155600 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalıdır. "xxxx" MMC ilə X35 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 108 saylı müqavilə etibarsız hesab edilməlidir. "xxxx" MMC-dən X21 xeyrinə 191400 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalıdır. "xxxx" MMC ilə X35 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 112 saylı müqavilə etibarsız hesab edilməlidir. "xxxx" MMC-dən X21 xeyrinə 191400 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalıdır. "xxxx" MMC ilə X14 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 118/A saylı müqavilə etibarsız hesab edilməlidir. Sahil-D Kompani MMC-dən X6 xeyrinə 155600 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalıdır. "xxxx" MMC ilə X2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 110 saylı müqavilə etibarsız hesab edilməlidir. Sahil-D Kompani MMC-dən X1 xeyrinə 101500 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalıdır. "xxxx" MMC ilə X12 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 114 saylı müqavilə etibarsız hesab edilməlidir. Sahil-D Kompani MMC-dən X3 xeyrinə 155 600 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalıdır. "xxxx" MMC-dən iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulmalıdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3165/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, "xxxx" MMC-dən 93360 (doxsan üç min üç yüz altmış) manat mənzilə görə ödənilmiş pul və 10 il ərzində illik 5%-lə hesablanmış 46.680 (qırx altı min altı yüz səksən) manat zərər X9 xeyrinə tutulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11430/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 562.51 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-140/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən X23 ilə "xxxx" MMC arasında ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasında ümumi sahəsi 435 kv.metr olan qeyriyaşayış sahəsinə dair 10 oktyabr 2007-ci il tarixdə bağlanmış 135 saylı müqavilə X7 məxsus 125 m2 və X15 məxsus 87 m2 sahələrlə (cəmi 212 m2 ) üst-üstə düşən hissədə etibarsız hesab olunmalı, həmin müqavilə qismən etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 805 000 (səkkiz yüz beş min) ABŞ dolları (qətnamə icra olunan vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) "xxxx" MMC-dən alınaraq X16 qaytarılmalıdır.İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün Həsən İsmayılovun ödədiyi dövlət rüsumunun əvəzi qismində 45,80 manat (qırx beş manat 80 qəpik) "xxxx" MMC-dən alınaraq ona; 10,40 (on manat 40 qəpik) Fərqanə Xudiyevaya; 10,40 (on manat 40 qəpik) Aygün Zeynalovaya verilməlidir. Ekspertiza tədqiqatlarının dəyəri olan 640 (altı yüz qırx) manat "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X11, Kod 210005, VÖEN **********, M/hAZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-876/2022 saylı, 11,04.2022-ci il tarixli icra sənədinə əsasən, 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə öz öhdəliklərini icra etməsi və ünvan 3 ünvanında inşa edilmiş, 2 saylı yaşayış binasının 13cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m. olan 2 otaqlı mənzilin iddiaçı X8 təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə vəzifə kimi qoyulmalıdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-800/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, "xxxx" MMC-dən 275.322,375 manat məbləğində pul iddiaçı X10 xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 16(005)-47/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bak, səhəri Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156-da yerləşən 4 ədəd olmaqla 24 mərtəbəli binanın texniki zirzəmisində hər hansı bir işlərin görülməsi qadağan edilməli cavabdehə ("xxxx" MMC-yə) qadağan edilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1072/2022 saylı, xx.xx.2022-ci il tarixli icra səndinə əsasən, "xxxx" MMC-dən 68295 (altmış səkkiz min iki yüz doxsan beş) manat əmlakın dəyəri, 23898 (iyirmi üç min səkkiz yüz doxsan səkkiz) manat dəymiş zərər olmaqla, cəmi 92193 (doxsan iki min yüz doxsan üç) manat məbləğində pulun tutularaq iddiaçı X24 ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binası, 15-ci mərtəbə, ümumi sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı, 62 saylı mənzilin dəyəri kimi ödənilmiş 124.480 (bir yüz iyirmi dörd min dörd yüz səksən) manat pul cavabdeh "xxxx" MMC-dən iddiaçı X17 xeyrinə tutulmaqla, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu "xxxx" MMC- dən X17 xeyrinə tutulmalı, "xxxx" MMC-dən müqavilə əsasında ödənilmiş 124.480 manat məbləğində pul vəsaitinin gecikdirilməsinə görə illik 5% hesablanmaqla, 53.416 (əlli üç min dörd yüz on altı ) manat pul vəsaiti X17 xeyrinə tutulmalıdır. Xətai Rayon Məhkəməsinin 2(011)-5259/2022 saylı, xx.xx.2022-ci il tarixli icra səndinə əsasən, Sahil-D Kompani” MMC təsis edildiyi tarixdən etibarən ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 10-cu mərtəbəsində sahəsi 101,5 kv.m olan 2 otaqlı, 36 saylı mənzil ilə bağlı bu günə qədər bağlanmış bütün müqavilələrin (xüsusilə X37, X27 və X40 ilə bağlanmış müqavilələrin), həmçinin 2011- 2013-cü illəri əhatə edən "xxxx" MMC-nin direktoru Cəfərov M.l tərəfindən imzalanmış müqavilələrin 3 nüsxəsinin surəti "xxxx" MMC tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilməlidir. Borclu təşkilatın rəhbərliyinə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də icra sənədinin icrası borclu təşkilat tərəfindən təmin edilməmişdir. "xxxx" MMC-nin rəhbəri X28 2015-ci il tarixdə intihar etmiş və bundan sonra heç kim onun yerinə rəsmi şəkildə təyin edilməmişdir. Tərəfimizdən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6461/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində borclu təşkilatının rəhbərinin Şəxs olduğu müəyyən edilmiş, həmçinin MMC tərəfindən şöbəyə ünvanlanan məktublar direktor kimi məhz Şəxs tərəfindən imzalanmışdır. Nərimanov Rayon Məhkəmənin 8(005)-609/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır Qeyd olunan məhkəmə qərarı icra edilmədiyi üçün "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirmişdir ki, "xxxx" MMC ilə heç bir əlaqəsi, borclar barədə də heç bir məlumatı yoxdur. Barəsində tərtib olunan protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3369/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində ümumi sahəsi 226,6 kv.metrdən ibarət olan 5 otaqlı yaşayış sahəsi üçün X34 ilə "xxxx" MMC arasında xx.xx.2010-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi ləğv olunması nəzərdə tutulmuşdur. Xətai Rayon Məhkəməsinin 2(011 )-527/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Sahil-D Kompani MMC ilə X35, X26 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 07/A saylı müqavilə etibarsız hesab edilməsi nəzərdə tutulmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3165/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Sahil-D” Kompani MMC-dən 93360 (doxsan üç min üş yüz altmış) manat mənzilə görə ödənilmiş pul və 10 il ərzində illik 5%-lə hesablanmış 46.680 (qırx altı min altı yüz səksən) manat zərər X9 xeyrinə tutulması nəzərdə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11430/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 562.51 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X5 xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-800/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, "xxxx" MMC-dən 275.322,375 manat məbləğində pul iddiaçı X10 xeyrinə ödənilməsi nəzərə tutulmuşdur. Nərimanov Rayon Məhkəməsinin 16(005)-47/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bak, səhəri Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156-da yerləşən 4 ədəd olmaqla 24 mərtəbəli binanın texniki zirzəmisində hər hansı bir işlərin görülməsi qadağan edilməli cavabdehə ("xxxx" MMC-yə) qadağan edilməsi nəzərə tutulmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1072/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, "xxxx" MMC-dən 68295 (altmış səkkiz min iki yüz doxsan beş) manat əmlakın dəyəri, 23898 (iyirmi üç min səkkiz yüz doxsan səkkiz) manat dəymiş zərər olmaqla, cəmi 92193 (doxsan iki min yüz doxsan üç) manat məbləğində pulun tutularaq iddiaçı X24 ödənilməsi nəzərə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3752/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binası, 15-ci mərtəbə, ümumi sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı, 62 saylı mənzilin dəyəri kimi ödənilmiş 124.480 (bir yüz iyirmi dörd min dörd yüz səksən) manat pul cavabdeh "xxxx" MMC-dən iddiaçı X18 xeyrinə tutulmaqla, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu "xxxx" MMC-dən X18 xeyrinə tutulmalı, "xxxx" MMC-dən müqavilə əsasında ödənilmiş 124.480 manat məbləğində pul vəsaitinin gecikdirilməsinə görə illik 5% hesablanmaqla, 53.416 (əlli üç min dörd yüz on altı ) manat pul vəsaiti X18 xeyrinə tutulması nəzərə tutulmuşdur. Qeyd olunanlar borclu vəzifəli şəxs tərəfindən icra sənədinə əsasən onun üzərinə qoyulan tələblərin tam icra olunmaması onun tərəfindən icra sənədinin üzrsüz səbəbdən və qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilməsinə əsas verir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Hazırki iş üzrə borclu vəzifəli şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədi üzrə tələbləri qərəzli olaraq yerinə yetirməmişdir. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə vəzifəli şəxs “Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, həmçinin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə də, məhkəmə hesab edir ki, vəzifəli şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında İXM-nin 32 və 33-cü maddələrinə müvafiq olaraq vəzifəli şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədinin icrasını qərəzli olaraq təmin etmədiyini, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarının icra edilməməsini, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar