Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-506/2022 04.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 538-1.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Şəxs MMC barəsində İXM-in 538-1.2-ci maddəsi ilə MN seriyalı ******* nömrəli 15 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC tərəfindən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi müəyyən edilmiş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə (nümayəndəsi) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin MN seriyalı ******* nömrəli 15 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC tərəfindən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi müəyyən edilmiş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də hüquqi şəxs barəsində İXM-in 538-1.2-ci maddəsi ilə protokol tərtib edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Şəxs MMC-yə ünvanladığı 07.02.2022-ci il tarixli “uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında qanunvericiliyin tələblərinin pozulması barədə məktunundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş məlumatların araşdırılması nəticəsində aşkar edilmişdir ki, Şəxs MMC tərəfindən uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin həyata keçirilməsi zamanı ona verilmiş akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99-cu və 538-1.2-ci maddələrinə əsasən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtibi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ünvan 2 ünvanında yerləşən inzibati binada (Hökumət evi, 5-ci giriş, 10-cu mərtəbə) 15.02.2021-ci il tarixdə saat 10:00-12:00-dək sözügedən protokolun tərtibində səlahiyyətli nümayəndənin iştirakını təmin edilməsi xahiş edilmişdir. “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması barədə 20.12.2021-ci il tarixli, 0688-21 AAQMD №-li qərardan görünür ki, "xxxx" MMC-nin - Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanının (Attestat № AZ 02.0567.01.21) akkreditasiya attestatının qüvvəsi qismən - Kompüter, elektron və optik məmulatlar (Məhsul növləri təsnifatı AZT-053 2018 üzrə 26-cı bölməyə daxil olan bütün kodlar) və elektrik avadanlıqları (məhsul növləri təsnifatı AZT-053 2018 üzrə 27-ci bölməyə daxil olan bütün kodlar) sahələri üzrə 20.12.2021-cl İİ tarixindən 20.01.2022-ci il tarixinədək müvəqqəti olaraq dayandırılsın. “AZSERTCENTER’ MMC-nin Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanına adıçəkilən məktublara əlavə edilmiş siyahıda göstərilən uyğunluq sertifikatlarının verilməsinə əsas olmuş sənəd və məlumatlan 20.01.2022-ci il tarixinedək Mərkəzə təqdim etməsi bildirilsin. Müəyyən edilmiş müddət ərzində həmin sənəd və məlumatlan Mərkəzə təqdim etmədiyi təqdirdə akkreditasiya sahəsinin müvafiq sertifikatların verildiyi sahələr üzrə məhdudlaşdırılacağı “AZSERTCENTER" MMC-nin nəzərinə çatdırılması qərara alınmışdır. İXM-in 538-1.2-ci maddəsinə əsasən Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsinə görə - vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, səlahiyyətli orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi müəyyən edilmiş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin Dövlət Xidmətinə ünvanladığı xidməti məruzə ilə də təsdiq edilir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 538-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-506/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-506/2022
04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver