Məhkəmə qərarları › İş №3(005)-507/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-507/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-507/2023 24.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X3 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 529.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsinin ******* nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu X1 80 manat məbləğində inzibati cərimə tutularaq Dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar bildirişlə birlikdə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada borclu tərəfindən qəbul edilmişdir. İcra sənədini könüllü icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, borclunun adına hər-hansı əmlak və ya gəlirlər aşkar edilməmişdir. Borclunun qeydiyyat ünvanında olan zaman borclunun uzun müddətdir həmin ünvanda yaşamadığı müəyyən olunmuşdur. Bu səbəbdən borclu barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmiş, Nərimanov Rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə axtarış işi açılmış və xx.xx.2023-cü il tarixdə borclu şəxsiyyəti ilə birlikdə Şöbəyə təhvil verilmiş, borcludan xx.xx.2023-cü il tarixdə izahat alınmış, inzibati cərimənin ödənilməsi tələb olunmuş, borclu izahatında işləmədiyini, cəriməni maddi imkansızlığından ödəyə bilmədiyini, ancaq işə düzəldikdən sonra ödəyə biləcəyini, adına hər-hansı əmlakın olmadığını, bu səbəbdən inzibati cəriməni hal-hazırda ödəyəməyin mümkün olmadığını izahatında qeyd etmişdir. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun məhkəmə iclasında izahat verərək bildirmişdir ki, borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icra vərəqələrində göstərilən məbləğdən ödəniş etməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib 80 manat cərimə edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixli MN ******* nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, qərarın surəti və tələbin könüllü icra olunması barədə bildiriş borclu Şəxs göndərilmişdir. Qanunla müəyyən edilmiş müddət ərzində borclu icra sənədini icra etmədiyindən borclu İcra və Probasiya şöbəsinə dəvət edilərək ondan izahat alınmış, icra sənədinin icra edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. İnzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs səlahiyyətli orqanın xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını 3 aydan artıq müddət ərzində təmin etməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetirildiyindən sonuncunun əməli düzgün olaraq, İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Hətəmov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin sanksiyasının hədləri daxilində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli, həmçinin onun üzərinə İXM-in 28.3-1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 160 (yüz altmış) saat ictimai işləri növündə tənbeh edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar