Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5075/2025 25.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X4 iştirakı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X7 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X4 “tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətdən görünür ki, Azərbaycan Respublikası X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X9 barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN № ******* saylı qərara əsasən İXM-in 192.1-ci maddəsi ilə barəsində 3000 manat məbləğində cərimə tətbiq edilmişdir. Belə ki, inzibati xəta haqqında qərarda yalnız polis bölməsindən daxil olmuş məlumatlara istinad olunmaqla, onun qeyd edilən əməli törətməsinin qərara alındığı bildirilmişdir. Lakin həmin qərada polis orqanından hansı məlumatların, hansı tarixdə daxil olması, hansı əsasla təqdim edilməsi və bu məlumatlara istinad edərək barəsində qərar qəbul edilməsi aydın şəkildə göstərilməmişdir. Qeyd edilməlidir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın çıxarıldığı gündən etibarən 3 ay müddətində inzibati xəta ilə məsuliyyətə cəlb olunmaq mümkündür. Hazırda isə “polisdən daxil olan məlumatlar” adı altında barəsində əsassız olaraq inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən X9 şikayətə uyğun çıxış edərək bildirmişdir ki, X3 tanımır, onu heç bir işə cəlb etməmişdir. Bəxtiyar adlı şəxs onun işçisi olmuşdur, daha sonra işdən çıxarılmışdır. Hazırda da dələduzluqla bağlı barəsində hüquq mühafizə orqanlarında barəsində araşdırma aparılır. Tərəfindən heç bir inzibati xəta törədilmədiyini və X2 işə cəlb olunmadığını bildirmişdir. Bəxtiyar adlı şəxs şirkətdə qısa müddət işçi kimi işləsə də onunla bağlı dələduzluq etməsinə dair tərəflərindən hüquq mühafizə orqanlarına şikayət edilmişdir. Barələrində hüquqi şəxs barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verildiyini qeyd edərək qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X12 protokola uyğun ifadə verərək, protokolun əsaslı olduğunu və müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə "xxxx" MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib edilmiş protokol üzrə icraata xitam verilmişdir. Birinci Marketing and Construction Group” MMC barəsində tərtib edilmiş protokol üzrə işə baxılarkən xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında dindirilmiş X5 qeyd etmişdir ki, "xxxx" MMC şirkətinə onu işə düzəldəcəyi barədə Bəxtiyar adlı şəxs demişdir. Adını Bəxtiyar kimi bildiyi şəxsi tanımışdır. Bəxtira adlı şəxs tərəfindən ona işlər tapşırılmış və əmək haqqı verilmişdir. Nicat adlı şəxsi bir dəfə gördüyünü və müdir olduğunu bilmədiyini söyləmişdir. İş qrafiki və iş rejimi ilə bağlı yalnız Bəxtiyarla danışmışdır. Daha sonradan Bəxtiyarla razılaşmadığı üçün işdən imtina etmişdir. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat materialını nəzərdən keçirərək, barəsində qərar qəbul edilmiş şəxsi, şahidləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, X2 X9 tərəfindən əmək müqaviləsi bağlanmadan "xxxx" MMC-də işlərə cəlb edilməsi öz təsdiqini tapmır və X8 Xidməti tərəfindən məhkəməyə bu halları təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Qeyd olunan hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, X9 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasİnın Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci bəndinə əsasən işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. Həmin maddənin 3-cü bəndinə əsaəsn işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin maddənin 5-ci bəndində əsasən isə əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işə götürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə hesab edir ki, istər məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələrindən, eləcə də məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında iş üzrə materialdan aydın olur ki, X2 X6 məxsus "xxxx" şirkətində işlərə cəlb olunmaması, habelə işə başlamazdan əvvəl iş şərtlərinin, iş rejiminin və əmək haqqının razılaşdırılmasının şirkətin direktoru, yəni X9 ilə razılaşdırılmaması və onun əmək haqqının yenə də X9 tərəfindən ödənilməməsi bu barədə Naidə Məmmədova tərəfindən yalnız Bəxtiyar adlı şəxslə danışılması X5 tərəfindən təsdiq edilir və inzibati xəta haqqında iş üzrə icraatın mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, X4 əmlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması inzibati protokolla, məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, və işdə olan digər sənədlər ilə tam təkzib edilir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi müəyyən edir ki, əmək müqaviləsi bağlanmadan işçi çalışdıran şəxs inzibati məsuliyyət daşıyır. Lakin hazırki iş üzrə Bəxtiyar adlı şəxs şirkətdə işəgötürən olmamış, həmçinin şirkət tərəfindən barəsində hüquq mühafizə orqanlarına barəsində şikayətlər edilmişdir ki, hazırda bu barədə araşdırma aparılmaqdadır. Bəxtiyar adlı şəxs "xxxx" MMC-də işçilərlə əlaqə qurmaq və ya onların əmək müqavilələrini tənzimləmək səlahiyyəti yoxdur. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin normalarını və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, X5 "xxxx" şirkətində hər hansı işlərə cəlb edilməmiş, Bəxtiyar adlı şəxs tərəfindən özünün şəxsi işlərinə cəlb edilsə də bunun şirkətlə əlaqəsi olmamışdır. Onun gördüyü iş müqabilində əmək haqqı da Bəxtiyar adlı şəxs ona vermişdir ki, bunu Naida Məmmədovanın özü də təsdiq etmişdir. Qeyd olunan hal X2 əmək müqaviləsi olmadan X9 tərəfindən "xxxx" MMC-də işlərə cəlb edilmədiyini təsdiq edir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X9 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X9 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli X9 barəsində işə yenidən baxılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Bakı şəhər İdarəsinə tapşırılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-5075/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5075/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver