Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-508/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Bakı şəhəri Nərimanov RPİ-nin 17-cı Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə vətəndaş X1 məxsus qeyri-yaşayış sahəsinin su sayğacını sındırmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, ünvan 2 ünvanda onun fərdi yaşayış evi vardır, lakin qonşuluqda yerləşən kafenin su sayğacı onun həyətinə qurulmuşdur. 6 ildir ki, kafenin sahibinə sayğacı oradan söküb çıxarmasını xahiş etmişdir, lakin həmin şəxs sayğacı sökməyəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində mən sayğacın hələ də orada olduğunu görüb sayğacı bellə vurub sındırmışdır. Sayğacı sındırdıqdan sonra evdən çıxıb getmişdir. Sonradan bilmişdir ki, həmin şəxs ondan şikayət etmişdir. Həmin şəxs sayğacı sökməyəcəyini demişdir deyə o, həmin sayğacı sındırmışdır. Həmin şəxs obyekti icarəyə verib, icarədarlar da sayğaca baxmaqdan ötrü onun həyətinə girmişlər, ona narahatlıq yaratmışlar. Onun sayğacı sındırmağının səbəbi də budur. Sonda bildirmişdir ki, törətdiyi əməli etiraf edir və barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin baş təhqiqatçısı Nurlan Ağazadə tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsi qərara alınmışdır. İş materiallarında olan Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə inspektrou Namiq Qədirov tərəfindən tərtib edilmiş Arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 98A, mənzil 8-də yaşayan X2 18.11,2022-ci il tarixdə ərizə ilə ünvan 3 ünvanında yerləşən qeyri yaşayış sahəsinə məxsus su sayğacını qonşusu Rəşad tərəfindən balta ilə sındırılması barədə məlumat vermiş, həmin məlumat əsasında Nərimanov RPİ 17-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Nurlan Ağazadə tərəfindən araşdırma aparılmış və araşdırma zamanı vət. Şəxs tez-tez onun bağından keçib qaz sayğacının balansını artırdıqları və onu narahat etdikləri üçün əsəbləşərək həmin su sayğacını sındırdığını etiraf etmiş, sayğacın yerinin dəyişdirilməsini tələb etdiyini bildirmişdir. Bununla əlaqədar təhqiqatçı Nurlan Ağazadə tərəfindən Şəxs barəsində AR İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Qərar qəbul edilmiş və həmin qərar icraatıma daxil olmuşdur. 17 yanvar 2023-cü il tarixdə tərəfimdən Şəxs barəsində AR İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati protokol və toplanmış material baxılıb tədbir görülməsi üçün Nərimanov rayon Məhkəməsinə təqdim edilmişdir. Lakin Nərimanov rayon Məhkəməsinin hakimi Hafiz Kamranov tərəfindən dəymiş zərərin müəyyən edilməsi məqsədilə materialın geri qaytarılması barədə Qərar çıxarılmış və həmin material Məhkəmə tərəfindən geri qaytarılaraq yenidən icraatıma daxil olmuşdur. Dəymiş zərərin müəyyən edilməsi üçün əldə edilmiş Azərsu ASC-nin X5 İdarəsinin SF- 244/23 nömrəli Müqaviləsinə əsasən 247,23 manat, tikinti malları mağazalarından verilmiş çeklərdə 103 və 460 manat, eləcədə usta kimi təmir işləri aparmış X3 izahatına əsasən 250 manat, ümumilikdə isə 1060 manat məbləğində həmin hadisə nəticəsində pul sərfiyyatı olduğu müəyyən edilmişdir. Beləliklə qeyd olunan hadisə nəticəsində X1 1060 manat maddi zərər yetirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. İXM-in 232-1-ci maddəsinə əsasən Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs qızının şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində vurulmuş ziyanın bir misli, yəni 1060 (bir min altmış) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-508/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-508/2023
28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver