Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-5092/2025 02.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 dekabr 2025-ci il tarixli , MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru X4 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək şəxs barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs təhqir etmədiyini, həmin xanımın təqsirləndirilən şəxsin xalası ilə dalaşdığını, eyni zamanda həmin qadının təhqiredici ifadələr dediyini eşitdikdən sonra əsəbiləşərək Zərərçəkmiş şəxs maşınına təpik vurduğunu bildirmişdir. Ziyanla razılaşmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə ilə bağlı qeyd etmişdir ki, yol dar olduğu üçün əl işarəsi ilə digər maşına geri qayıtmasını bildirmiş, Şəxs xalası isə ona qarşı söyüş söydüyümü düşünərək gəlib saçını yolmuş, nalayiq ifadələr işlətmişdir. Son olaraq məhkəmədən maşınına dəymiş faktiki ziyanın ödənilməsinin təmin edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında 02 dekabr 2025-ci il tarixli , MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il Ə.Əlizadə küçəsində Zərərçəkmiş şəxs məxsus “Deepal S07” markalı 99MM018 markalı avtomobilə təpiklə vurmaqla ziyan vermişdir. Belə ki, inzibati xəta haqqında tərtib olunmuş protokolda göstərilən hadisə zamanı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir, lakin iş materiallarında bu ziyanın xarakteri və məbləği barədə ekspert və ya mütəxəssis rəyi mövcud deyildir. Dəymiş ziyanın dəqiq müəyyən olunmaması inzibati xətanın tərkibinin düzgün qiymətləndirilməsinə və iş üzrə qanuni qərarın qəbul edilməsinə maneə yaradır. Bu baxımdan, xüsusi bilik tələb edən halların aydınlaşdırılması üçün nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin və səbəbnəticə əlaqəsinin müəyyən edilməsi məqsədilə müvafiq tədbirlərin və dəymiş ziyanla bağlı müvafiq rəyin əldə edilməsi zəruri hesab olunur və bu səbəbdən iş materiallarının geri qaytarılması məqsədəuyğundur. İXM-in 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolla bağlı təqdim edilmiş materiallar natamam olduğundan və bu səbəbdən işə baxmaq mümkün olmadığından həmin protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. . Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-5092/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-5092/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver