Məhkəmə qərarları › İş №3(005)-5130/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5130/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5130/2025 25.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən Şəxs barəsində xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Təqdim olunan protokoldan və “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Nadir Rza-zadənin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu N.Əliyev küçəsi Wrangler markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “By Fateh” restoranı qarşısında dayanan Talıbov Fuadı vurub ona xəsarət yetirmişdir.. Araşdırma zamanı X4 izahatında bildirmişdir ki, o etibarnamə İsasında idarə etdiyi Opel Astra markalı ** YD *** dövlət nömrə nişanlı avtomobil ilə taksi (fəaliyyəti ilə məşğul olur, Nərimanov rayonu N.Əliyev küçəsində fəaliyyət göstərən “By Fatih” restoranın qarşısında çox vaxtı dayanaraq taksi xidməti göstərir.xx.xx.2025-ci il barixdə saat 00:10 radələrində etibarnamə əsasında idarə etdiyi Opel Astra markalı 77 YD İ204 dövlət nömrə nişanlı avtomobil gələrək həmin yerdə avtomobilini saxlamışdır.Həmin jgün saat 03:55 radələrində «By Fatih» restoranın qabağında dayanmışdı və yolun ortasına ağ rəngli Jeep Vranqler markalı ** EP *** dövlət nömrə nişanlı avtomobilin yolun sağ ttərəfində dayanmış olan Mercedes markalı ** KY *** dövlət nömrə nişanlı avtomobili feürtdüyünün şahidi olmuşdur, həmdə digər London taksini sürtmüşdü, lakin London taksi tradan uzaqlaşmışdı.O yolun ortasına gəlib getmək istəyən Vranqler markalı ** EP *** dövlət nömrə nişanlı avtomobilin ön örtüyünün qabağında dayanmışdır.Ona ətrafda olan insanlar narazılığını bildirmiş və onu maşından düşürtmüşlər.Sonrada sürücü maşının qabağına gəlib nəsə ona demişdir, lakin yadında deyil tam nə deyib, maşınların sürtdüyünü bildirmişdi.Sonra maşına keçib sükana keçərək o da yenədə maşının qabağında dayanmışdı.Maşını arxaya vermiş, sonrada irəli verib dayanmışdır.Sonra davam edib onun üzərinə sürdüyündən o sol tərəfə atlanmış və maşının sol buferi onun sol ayağına dəymiş və nəticədə onun ayaağı burxulmuşdu.Sonra o sürücü düz sürüb oradan uzaqlaşmışdır.Belə hesab edir ki, həmin sürücü sərxoş olub, özüdə bunu bildirmişdi.O bundan sonra 102 xidmətinə zəng vurub məlumat vermişdir.Daha sonrada o 17-ci PŞ-nə yollanmış, oradanda onu Nərimanov RPİ-nə yönləndirmişlər.O bu gün səhər ekspertizadan taçmişdir.Xəstəxanaya müraciət etməmişdir.Tələbi həmin sürücü tapılıb onun törətdiyi 9mələ hüquqi qiymət verilməsidir. İzahatı alınan X1 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 01:20-də o etibarnamə əsasında idarə etdiyi Jeep Ranqler markalı ** EP *** dövlət nömrə nişanlı avtomobil ilə Nərimanov rayonu N.Əliyev küçəsində «By Fatih» restoranına gələrək avtomobili üzbə üz yerdə parklamışdır.Yanında xanım dostu var idi, orada yemək yeyib spirtli içki qəbul etmişdir. Sonra həmin gün saat 03:55 radələrində həmin maşının sükanına keçmiş və yola çıxanda ehtiyatsızlıqdan çox ziyan dəyməməklə parklanmış Mercedes markalı avtomobilin sağ qabaq bufer hissəsinə idarə etdiyi avtomobilin sağ tərəfi ilə toqquşmuşdur. Bu zaman həmin restoran tərəfindən bir neçə insan maşının qabağına gəlmiş və maşının qabağında dayanmışdır. O sonra maşından düşmüş və ona maşını əzməsini bildirilmişdir. London taksi markalı avtomobilin sürücüdə ona yaxınlaşıb iradını bildirmişdir, lakin sonra maşınına minib oradan uzaqlaşmışdı. Artıq ətrafda çox sayda insanlar toplaşmış və o maşınının qabağında dyaanan adam maşını qabağından çəkməsini bildirmişdir.Həmin şəxs isə ona məhəl qoymamış və o maşını sonra yavaş yavaş qabağa verərkən həmin şəxs isə yenə maşının qabağında idi və o sonra saatda 5-10 km sürətlə irəli sürdükdə maşının sol tərəfi piyadaya dəymişdi və o sürəti artıraraq yoluna davam edib sol tərəf dönüb yoluna davam etmişdir. O «By Fatih» restoranında olarkən spirtli içki olan araq qəbul etmişdi.Yanıda sağ qabaq oturacaqa Könül adlı qız əyləşmişdi. O onunla həmin günün axşamı Qarayevdə restoranda tanış olmuş və oradanda onunla birgə «By Fatih» restoranına gəlmişdir. Jeep Wranqler markalı **-EP-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərək protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar videogörüntülərin götürülməsi üçün DİN-in NHİXnə sorğu göndərilmişdir. Yol-nəqliyyat hadisəsi yerinə Nərimanov rayonu N.Əliyev küçəsinə baxış keçirilərək protokol tərtib edilmiş, hadisə yerin sxemi və fotoşəkilləri çəkilərək materiala əlavə edilmişdir Məhkəmə, İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati icraat aparılan və zərərçəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertizanın 1113 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 2001-ci il təvəllüdlü X2 aşkar edilmiş xəsarət-ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ aşıq baldır və sağ ayağın yum uşaq poxumalarının şişkinlik halında əzilməsi hematoması küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2025-ci il tarixdə yolnəqliyyat hadisəsi kəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 03.55 radələrində sürücü Şəxs idarə etdiyi Jeep Wranqler markalı ** EP *** dövlət nömrə nişanlı avtomobil ilə Nərimanov rayonu N.Əliyev küçəsində «By Fatih» retoranın qarşısında hərəkətdə olan zaman piyada qismində olan X3 vuraraq ona yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov Rayon Polis İdarəsinin DYPŞ vasitəsilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə inzibati xəta törətməsini İXM-nin 32-ci maddəsinə əsasən iş üzrə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 6.1-ci maddəsinin tələbinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin İİ hissəsinə əsasən hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. Məhkəmə, işin faktiki hallarını, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar