Məhkəmə qərarları › İş №3(005)-515/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-515/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-515/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Tələbkarın nümayəndəsi və vəkili - Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil bürosunun vəkili X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində 14 fevral 2023-cü il tarixli MN1059220 saylı protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Təqdim edilən protokoldan aydın olur ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-452/2019 saylı xx.xx.2019-cu il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8910/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qərəzli sürətdə yayınmışdır. Protokola əlavə edilən sənədlərdən aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8910/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə “Mersedes 250 D” markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul vəsaiti tərəflərin paylarına uyğun (bərabər) bölünməsi və cavabdeh X4 “KİA Sportage" markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 15 000 (on beş min) manatın ½ hissəsi, yəni 7500 (yeddi min beş yüz) manatı alınaraq iddiaçı X1 ödənilməsi nəzərdə tutulmuşdur. Bundan başqa Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X5, X9 və xx.xx.2012-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək hər uşağa görə 160 manat olmaqla cəmi 480 manat sabit pul məbləği aliment X3 ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə ödənilməmiş aliment məbləği üzrə 9320 manat borc yaranmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X8 protokola uyğun izahat verərək bildirdi ki, dəfələrlə məlumat verilməsinə, eləcə də əvvəllər də barəsində inzibati protokol tərtib edilməsinə baxmayaraq Şəxs icra sənədləri üzrə yaranmış borcu ödəməkdən imtina etmişdir. Belə ki, borcu tələbkarla aralarında digər məhkəmələrdə mübahisələr olduğunu, tələbkarın da ona ödəməli olduğu məbləğin olduğunu bildirərək müəyyən əvəzləşdirmənin aparılmasını təklif etmişdir. Lakin, tərəflər arasında heç bir razılıq əldə edilə bilmədiyindən barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tələbkarın nümayəndəsi və vəkili X11 izahat verərək bildirdi ki, Şəxs bilərəkdən qərəzli olaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasından yayınır. Barəsində əvvəllər də müvafiq qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülsə də heç bir nəticə verməmişdir. Barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, məhkəmə qərarlarının icrasından yayınmır, borc məbləğinin mülkiyyətində olan əmlaka yönəldilməsini və satılaraq tələbkarın olan borca yönəldilməsinə etiraz etmədiyini bildirmişdir. Eyni zamanda bu barədə icra məmuruna da məlumat vermişdir. Həmçinin aliment borcunu hər ay vaxtı-vaxtında ödədiyini bildirərək, əvvəlki aylarda yaranmış borcun pandemiya ilə bağlı işləmədiyindən səbəbindən ödəyə bilmədiyini qeyd etmişdir. Səhətində ciddi problemlər olduğunu, ikinci qrup əlil olduğunu bildirərək, barəsində tərtib edilmiş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8910/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki,Mersedes 250 “D” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul vəsaiti tərəflərin paylarına uyğun (bərabər) bölünməsi və cavabdeh X4 “KİA Sportage" markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 15 000 (on beş min) manatın ½ hissəsi, yəni 7500 (yeddi min beş yüz) manatı alınaraq iddiaçı X1 ödənilməsi nəzərdə tutuluşdur. “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan və e140384/2022-15-5- 004 saylı bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8910/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin 10 gün müddətində könüllü olaraq ödənilməsi nəzərdə tutulmuşdur. “Borclunun əmlakının axtarılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, “Mersedes 250 “D” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə axtarış elan edilmiş və avtomobilin saxlanılaraq cərimə meydançasına qoyulması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 086658 saylı vəsiqədən görünür ki, X10 müharibə veteranıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş arayışdan aydın olur ki, X10 İİ qrup əlildir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 30.2-ci maddəsinə əsasən ikinci qrup əlillər barəsində inzibati həbs tətbiq edilə bilməz. İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500(beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar