Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5156/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsinin nümayəndəsi X5, X6 barəsində Bakı Şəhər Baş Polis İdarəsi X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı Şəhər Baş Polis İdarəsi X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi 30- BX-354 d.q.n avtomobillə yolda təyin edilmiş surət həddini aşdığına görə 50 manat inzibati qaydada cərimə edilərək sürücülük vəsiqəsinə 2 cərimə balı əlavə edilmiş və sürücülük hüququ cərimə balı ilə əlaqədar məhdudlaşdırılmışdır. O “SMS radar” vasitəsi ilə sürücülük hüququnun bala görə məhdudlaşdırılmasından xəbərdar olduqdan sonra idarə etdiyi avtomobili yaşadığı binanın həyətində saxlayaraq avtomobili idarə etməyib. xx.xx.2025-ci il tarixdə “Koroğlu” metrostansiyasının yaxınlığında bir nəfər şəxslə şəxsi işi ilə əlaqədar görüşməli olduğundan qayınatası X2 vəsiqəsi olduğundan ondan xahiş etdi ki, **-BX-*** d.q.n nişanlı avtomobili idarə etsin və onunla birlikdə “Koroğlu” metrostansiyasına gedib işini həll etsin. X11 etibarnamə əsasında ona məxsus olan “Toyota Prius” markalı, **-BX-*** d.q nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, H.Əliyev pr 60 ünvanında dayanan zaman saat 11:45-də ərazidə xidmətdə olan YPX əməkdaşları avtomobilə yaxınlaşaraq avtomobilin sahibinin kim olduğunu soruşdular o avtomobil sahibi kimi özünü təqdim etmişdir. Bu zaman ypx əməkdaşları yolun digər tərəfində onun avtomobilinin İXM-nin 327.1 -ci maddəsinin tələblərini pozduğunu, yəni əks istiqamətli hərəkət zolağına çıxaraq manevretmə qaydalarını pozduğunu ona bildirmişdir. O isə YPX əməkdaşına avtomobili onun idarə etmədiyini, avtomobili qaynatasının idarə etdiyini biidirsədə na məhəl qoymamış və planşetlə avtomobilin sənədlərini yoxlayaraq avtomobilin sonuncu etibarnamə verilən şəxsin yəni onun sürücülük hüququnun bala görə məhdudlaşdırıldığını bildirərək avtomobili duracağa getməli olduğunu bildirmişlər. O, YPX əməkaşına avtomobili idarə edən şəxsin sürücülük hüququnun məhdudlaşdırılmadığını bildirsə də YPX əməkdaşı ona heç bir məhəl qoymadan “Toyota Prius” markalı, **-BX-*** d.q nişanlı nəqliyyat vasitəsini qanunsuz olaraq duracağa yerləşdirdi. Bu barədə DİN-nin 102 xidmətinə çoxsaylı şikayətlər etsədə “Toyota Prius” markalı, **-BX-*** d.q nişanlı nəqliyyat vasitəsinin duracaqdan çıxarılmadı və ondan rüşvət tələb olundu. O polis əməkdaşlarına heçnə verməyəcəyini bildirərək oradan çıxıb evinə getmişdir. Səhəri gün avtomobilini çıxarmaq üçün getdikdə yenidən ondan rüşvət tələb etmişlər. xx.xx.2025-ci il saat 11:45-dən duracağa saxlanılmış avtomobilə xx.xx.2025-ci il tarixdə saat 18:00-da İXM-nin 327.1, 332.1 və 332.3-cü maddələri ilə İXP7433480 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək TP7515140 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edərək 400 manat məbləğində cərimə etmişlər. O israrla polis əməkdaşlarına həmin vaxt avtomobili onun idarə etmədiyini bildirsə də YPX əməkdaşları onu 400 manat məbləğində cərimə etdilər. Qeyd edilən qərarla razı olmamış ona görə də qərar tam və obyektiv araşdırılma aparılmadan qəbul edildiyinə görə ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsinin nümayəndəsi X8 çıxış edərək bildirmişdir ki, protokolu müdafiə edərək, “İnzibati tənbeh vermə haqqında” qərarın qüvvədə qalmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Bakı Şəhər Baş Polis İdarəsi X14 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 tərəfindən Azərbaycan Respublikası İXM-in 327.1, 332.1 və 332.3-cü maddədə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, şikayətçi X6 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, şikayətində də inzibati xətanın törədildiyini qeyd edir, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən X6 Bakı Şəhər Baş Polis İdarəsi X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Bakı Şəhər Baş Polis İdarəsi X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-5156/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5156/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver