Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-516/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs X2, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.20223-cü il tarixdə saat 17:00 radələrində ailə üzvləri ilə birlikdə Bakı şəhərinin Xətai rayonu, Yusif Səfərov küçəsindən, Yeraltı tunellə Gənclik istiqamətində hərəkətdə olarkən ərazidə olan lakin mövcud tıxacda heç bir tənzimləmə işi aparmayan yol polisi əməkdaşları onun arxası ilə gələrək saxla işarəsi vermişdir. O da qabaqda yolun uyğun hissəsində saxlamış və avtomobildən düşmüşdür. Ona saxla işarəsi verən polis işçisi 6 metrlik məsafədən istifadə etdiyi **-EK-*** dövlət qeydiyyat nişanlı, “BMW 528” markalı avtomobilə baxaraq arxa ban şüşədə olan örtüyün qanunsuz olduğunu və pərdədən istifadənin qadağan olduğunu bildirdi və ona qanunsuz olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərarla 150 Azn məbləğində cərimə yazmışdır. Protokol elektron olduğu üçün protokolda adı qeyd edilən şəxsin həqiqətən protokol tərtib edən şəxs olub-olmadığını qeyd edə bilmir ki, protokol tərtib edən yol polisi zabiti ümumiyyətlə avtomobilindən düşməmiş və idarə etdiyi avtomobilin şüşəsindən onun avtomobilinin arxa şüşəsinə baxaraq pərdənin qanunsuz olduğunu qeyd etmiş və idarə etdiyi avtomobilin sükanı arxasında inzibati tənbeh vermə haqqında qərara tərtib etmişdir. Tərəfindən qeyd edilən qərardan Nərimanov Rayon Məhkəməsinə şikayət vermişdir və işə baxan hakim ilk iclasda xx.xx.2023-cü il tarixdə qərarı ləğv edərək inzibati işin yenidən araşdırılması üçün X6ytarmışdır. Qərarın ləğv edilmiş olmasına, işin xx.xx.2023-cü il tarixdə yenidən baxılması üçün X6ytarılmasına baxmayaraq qərar uzun müddət icra edilməmişdir. Qərarın sistemdə qüvvədə qaldığını, məhkəmənin qərarının icra edilmədiyini gördükdə 4-5 dəfə X8 elektron qaydada yazılı müraciətlər ünvanlamışdır. Avtomobilinə məhdudiyyət qoyulmuşdur. Dekabr ayının əvvəlləri Yasamal rayonu ərazisində Qələbə dairəsinin yaxınlığında DYP əməkdaşı hərəkətdə olarkən avtomobilinə saxlanma göstərişi vermiş və o, qeyd edilən polis əməkdaşlarına məhkəmə qərarını, qərarın icrası ilə bağlı DYP-yə ünvanladığı müraciətini təqdim etmişdir və məcbur qalıb onun yoluna davam etməsinə şərait yaratmışlar. Saxlanılmasından bir neçə gün sonra ona mobil nömrə vasitəsi ilə DYP-dən zəng edib qeyd edilən işlə bağlı Şəhər İdarəsində 30-cu otaqda olmağı bildirildi və getmişdir. 3 saatdan çox orda olmağı, vaxtının getməsinə baxmayaraq sənədini heç kim tapa bilmədi və ondan iş vaxtı bitdiyi üçün evə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə ona yeni sms gəldi ki, barəsində yeni qərar qəbul edilib və xx.xx.2023-cü il tarixli qərarla yenidən cərimə edilmişdir. Yəni köhnə əsasız qərar ləğv edilib dəbbə pulu silinib yeni qərar qəbul edilib. Qeyd edilən qərar rəsmi qaydada ona təqdim edilməyib. Yalnız AsanPaya işlənib və dəbbə pulu hesablanır. Bildirir ki, o öz növbəsində arxa ban şüşədə mövcud olan örtüyün tam qanuni, öz pərdəsi olduğunu, sənaye üsulu ilə hazırlanmış örtük olduğunu, avtomobili aldığı vaxtdan (avtomobil ABŞ-dan gələrkən) üzərində olduğunu, söküləcəyi halda yararsız hala düşəcəyini izah etmişdir. Lakin heç bir yoxlama aparmadan, pərdəyə baxış belə keçirmədən, avtomobildən düşmədən idarə etdiyi nəqliyyat vasitəsinin sükanı arxasında cərimə qərarını tərtib edərək ona təqdim etmişdir. Etiraz etdikdə ərazidə qəza olduğunu, getməli olduqlarını bildirmiş və ərazini tərk etmişlər. Bildirir ki, qərar tam qanunsuz və əsassızdır. Belə ki, onun idarə etdiyi avtomobildə olan pərdə tam qanuni olub. Protokolu və qanunsuz Qərarı tərtib edən X9 heç pərdəyə vizual belə baxış keçirmədən qərar qəbul edib. Bu hal qərarın qərəzli olduğunu bir daha təsdiq edir. Bütün bu hallar öz təsdiqini tapır ki, qeyd olunan fakt üzrə təqsirli deyil. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 çıxış edərək bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun avtomobilinə baxış keçirməmişlər. İnzibati xəta haqqında protokol tərtib edilərək qəza baş verdiyini bildirib uzaqlaşmışlar. O isə dəfələrlə avtomobilin ilkin vəziyyətinin bu olmasını izah etməyə çalışmışdır. Yekunda məhkəmədən vermiş olduğu şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi X3 çıxış edərək bildirmişdir ki, X4 tərəfindən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmuş, yəni nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtük çəkilmişdir. Bu səbəbdən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yekunda məhkəməyə fotoşəkil təqdim edərək verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə 150 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Belə ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki məhkəmə iclasında müəyyən edilir ki, X4 nəqliyyat vasitəsinin istismarı qaydasını pozmuşdur. Belə ki, məhkəməyə Bakı şəhər X10 İdarəsi tərəfindən təqdim edilmiş fotoşəkilə baxış keçirilmiş və sənədlərin qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, X4 idarə etdiyi **- EK-*** dövlət qeydiyyat nişanlı, “BMW 528” markalı avtomobilin arxa ban şüşəsinə qanunsuz olaraq örtük çəkmiş və bununla da nəqliyyat vasitəsinin istismarı qaydasını pozmuşdur. Beləliklə məhkəmə hesab edir ki, X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-516/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-516/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver