Məhkəmə qərarları › İş №3(005)-5175/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5175/2025

30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5175/2025 30.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində İXMnin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli EP 00256640 nömrəli inzibati xəta haqqında protokola görə "xxxx" MMC tərəfindən ********.03 Rusiya rublu məbləğində vəsait bank vasitəsilə 20 noyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür.Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində ********.03 Rusiya rublu məbləğində vəsait hesabma alman mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 21 noyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəməyə təqdim edilən protokolda qeyd edilir ki, "xxxx" MMC ********.03 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müdət keçsə də, ********.03 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2025-ci il tarixli Çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən ********.03 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar üzrə gömrük bəyənnaməsi banka təqdim edilməmişdir və köçürülmüş məbləğ geri qaytarılmamışdır. "xxxx" MMC tərəfindən Kapital Bank ASC-yə təqdim olunmuş xx.xx.2025 nömrəli məktubdan görünür ki, "xxxx" MMC ilə "Rusal Marketing GmbH" şirkəti arasında artıq 8 ildən artıq geniş ticarət əməkdaşlığı mövcuddur. Bu əməkdaşlıq çərçivəsində alınan xammal yalnız en kəsiyi 9,5 mm olan alüminium məftildir və adı çəkilən şirkətlə başqa heç bir xammal üzrə əməkdaşlığımız yoxdur. 2017-ci ildən bu günə qədər alınan xammalın ümumi dəyəri 14 363 045 (on dörd milyon üç yüz altmış üç min qırx beş) ABŞ dolları təşkil edir. Digər tərəfdən, hər ilin sonunda göndərici şirkətlə alqı-satqı müqaviləmizi yeniləyirik. "Rusal Marketing GmbH" şirkətinə aşağıdakı ödənişlər edilmişdir: xx.xx.2023-cü il tarixində (RM-Goknur-2022/xx.xx.2023 tarixli müqaviləyə əsasən) 18 608 054,91 (on səkkiz milyon altı yüz səkkiz min əlli dörd dollar 91 sent) rubl məbləğində; bundan (qalıq 826 819,85 (səkkiz yüz iyirmi altı səkkiz yüz on doqquz, 85) rubl açıq qalan məbləğ. xx.xx.2023-cü il tarixində (RM-Goknur-2022/xx.xx.2023 tarixli müqaviləyə əsasən) 6 020 000 (altı milyon iyirmi min) rubl məbləğində; xx.xx.2023-cü il tarixində (RM-Goknur-2022/xx.xx.2023 tarixli müqaviləyə əsasən) 9 232 600 (doqquz milyon iki yüz otuz iki min altı yüz) rubl məbləğində; xx.xx.2023-cü il tarixində (RM-Goknur-2022/xx.xx.2023 tarixli müqaviləyə əsasən) 9 315 000 (doqquz milyon üç yüz on beş min) rubl məbləğində; xx.xx.2023-cü il tarixində (RM-Goknur-2022/xx.xx.2023 tarixli müqaviləyə əsasən) 11 500 000 (on bir milyon beş yüz min) rubl məbləğində. xx.xx.2023-cü il tarixində (RM-Goknur- 2022/xx.xx.2023 tarixli müqaviləyə əsasən) 12 578 474,87 (on iki milyon beş yüz yetmiş səkkiz min dörd yüz yetmiş dörd,87) rubl məbləğində. xx.xx.2023-cü il tarixində (RM- Goknur-2022/xx.xx.2023 tarixli müqaviləyə əsasən) 10 868 936,03 (on milyon səkkiz yüz altmış səkkiz min doqquz yüz otuz altı, 03) rubl məbləğində. Bütün bu ödənişlərə əsasən mallar ölkəmizə idxal edilmişdir. Lakin sözügedən ödənişlərə asasən malların idxalı "xxxx" MMC ilə "Rusal Marketing GmbH" arasında xx.xx.2018-ci il tarixində bağlanmış "RM- Goknur-2019" saylı müqaviləyə əsasən səhvən rəsmiləşdirılmışdır. Hal-hazırda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Mərkəzi Bank "xxxx" MMC barəsində bir neçə protokol tərtib edərək Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Bu protokollar ölkə xaricinə çıxarılan pul məbləğlərinin müqabilində malın gəlməməsi səbəbi ilə cərimə tətbiq edilməsini tələb edir. Lakin "xxxx" MMC tarafindən ölkə xaricinə çıxarılan pul məbləğlərinin müqabilində mallar gəlmiş və müvafiq gömrük bəyannamələri mövcuddur. Gömrük bəyannamələri tərtib edilərkən ciddi səhvlərə yol verilmişdir, bu səbəbdən "xxxx" ASC bu köçürmələri bağlanmamış kimi qəbul etmişdir. "xxxx" ASC-nın 10 dekabr 2025-ci il tarixli 21627 saylı cavab məktubundan görünür ki, bank valyuta nəzarəti agenti kimi ödəniş zamanı təqdim edilən sənədlərlə təsdiqedici sənədlərdə qeyd olunan məlumatları əlaqəli şəkildə yoxlayaraq eyniləşdirməli və "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 5-ci bəndinin tələblərinə uyğun icra etməlidir. Əlavə olaraq bildir ki, təqdim olunan gömrük bəyannamələrinin 44-cü qrafasının 4011-ci sahəsində fərqli müqavilə qeyd olunduğu üçün avans ödənişi bağlanmamışdır. Lakin həmin məbləğ üzrə mallar ölkəyə idxal olunmuşdur. Beləliklə, müəyyən edilir ki, "xxxx" MMC ********.03 Rusiya rublu məbləğində olan vəsaiti bank hesabından xx.xx.2023-ci il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində xx.xx.2025-ci il tarixli EP 00256640 nömrəli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmədə tədqiq edilən sübutlara sasən "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, protokolda göstərilən məbləği əhatə edən vəsait hesaba ger qaytarıldığından barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC -nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar