Məhkəmə qərarları › İş №3(005)-5178/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5178/2025

08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5178/2025 08.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X13, Şikayət vermiş şəxs X6 vəkili Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 09 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 09 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 29 sentyabr 2025-ci il tarixli, MN234İ346 nömrəli protokol üzrə “Mopcdo.Az." MMC-nin direktoru X10 barəsində “İşəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə 1200 manat məbləğində cərimə müəyyən olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X18 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 29 sentyabr 2025-ci il tarixli, MN234İ346 nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərarın “müəyyən edildi" hissəsində "xxxx" MMC-nin işçisi X8 xx.xx.2025-ci il tarixində iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin işəgötürən E.Sadıqov tərəfindən baş vermə faktının gizlədilməsi, eyni zamanda C.Baxşıyevin xx.xx.2025-ci il tarixində qeyri-iş günündə işlərin görülməsinə cəlb edildiyi nəticəsinə gəlinmiş və “Mopedo.AZ" MMC-nin direktoru Eltun Sadıqov tərəfindən AR İXM-nin 555.1-ci və 198.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası X18 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar aşağıda göstərilənlərə uyğun olaraq əsassızdır və ləğv edilməlidir. Məhkəminin diqqətinə çatdırır ki, işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən mtivafıq icra hakimiyyəti orqanına məlumatın verilməməsi faktı əsaslı deyildir. Belə ki, X16 “Mopedo.AZ" MMC arasında xx.xx.2025-ci il tarixində əmək müqaviləsi bağlanmış və şirkətimizdə kuryer vəzifəsində işləməyə başlamışdır. X4 işə qəbul olan zamanı onunla "xxxx" MMC arasında 021/24 nömrəli «X26» haqqında müqavilə bağlanılmış və bütün məsuliyyət izah olunmuşdur. Bildirirlər ki, xx.xx.2025-ci il tarixində bayram günləri ilə əlaqədar qeyri-iş günü olması səbəbindən X16 işdə olmamışdır. Həmin tarixdə X8 xəsarət alması ilə bağlı şirkətimizə hər hansı məlumat daxil olmamışdır. Yalnız növbəti ilk iş günündə X16 işə gəlmədiyi üçün onunla əlaqə saxlanılmış, bu zaman sonuncu xx.xx.2025-ci il tarixdə qeyri-iş saatlarında xəsarət aldığım bildirmişdir. İlk növbədə onu diqqətə çatdırırlar ki, AR-nın “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanununun 2.0.10-cu maddəsinin məzmununa görə istehsalatda bədbəxt hadisə dedikdə əmək funksiyalarını yerinə yetirərkən şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı başadiişülür. AR NK-nin “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Qərarının 1.3-cii maddəsinə görə istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Hazırki vəziyyətdə X16 iş günü müddətində xəsarət almamışdır. Onun xəsarət alması qeyri-iş saatlarında olmuşdur. Belə olan vəziyyətdə isə işəgötürən tərəfindən dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə hər hansı inzibati xəta yaratmır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi bədbəxt hadisə dedikdə əmək funksiyalarını yerinə yetirərkən şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı başa düşülür ki, hazırki qəza işçinin əmək funksiyalarının icrası dövründə baş verməmişdir. Belə ki, izahatlara diqqət yetirsək onu görmüş oluruq ki, X16 müxtəlif vəziyyətlərdə verdiyi izahatların heç biri bir-biri ilə uyğunluq təşkil etmir. X16 tərəfindən X18 Xidmətinə təqdim edilən izahatda xx.xx.2025-ci il tarixində iş günün olması və sözügedən hadisənin baş verdiyi bildirilsə də, digər yerlərdə X16 verilən izahatlarda xx.xx.2025-ci il tarixdə xəsarət aldığı qeyd edilmişdir. Sonuncu Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu " na ambulator müalicə üçün müraciət eldiyi zaman da xx.xx.2025-ci il tarixdə evdə xəsarət almasını qeyd etmişdir. Belə olan halda da sonuncu tərəfindən ayrı-ayrı situasiyalarda verilən izahatlarda qeyd edilən məlumatların eynilik təşkil etməməsi onun verdiyi məlumatların doğruluğunu şübhə altına alır və hansı səbəbdən işəgötürənin təqsirləndirməsi barədə suallar yaradır. Bu isə sözügedən vəziyyətin obyektiv araşdırılmadığını və “Mopedo.Az" MMC-nin direktoru X11 barəsində tərtib edilən qərarın qanunsuz və əsassız olduğunu göstərir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X28 tərəfindən Əmək Müfəttişliyi Xidmətinə təqdim edilən cavab məktubunda vətəndaş 1999-cu il təvəllüdlü X8 xx.xx.2025-ci il tarixində müəssisədə ambulator müalicə aldığı bildirilmişdir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və X15” X28i tərəfindən tərtib edilən 1309 nömrəli Ekspert rəyində də öz təsdiqini tapmışdır. Eyni zamanda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nin xx.xx.2025-ci il tarixli 3-28-11/2-899/2025 nömrəli məktubda C.Baxşıyevi xx.xx.2025-ci il tarixində xəstəxanada ambulator müalicə aldığı, ona “Sol pəncənin İ barmağının dırnaq falanqasının sınığı” diaqnozunun qoyulduğu, şəxsin evdə xəsarət aldığı qeyd olunmuşdur. “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ tabeliyində 25 nömrəli şəhər poliklinikası tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli. 18-1-1-15/2-171/2025 nömrəli məktubunda C.Baxşıyevin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər xəstəxanada travmotoloq qəbulunda olduğu, ona S97.1 “Ayaq barmaqların bərk əzilməsi” əsas diaqnoz ilə yanaşı, S92 “Ayaq baş barmağının sınığı” diaqnozlarına əsasən ******* seriya nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi’nin açıldığı qeyd olunmuşdur. Həmçinin onu da qeyd edirlər ki, xx.xx.2025-ci il tarixdə Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Əlövsət Vəlizadənin təliqəsi əsasında X8 məhkəmətibbi müayinəsi keçirilmişdir. Müayinə olunan şəxsin dediyinə görə xx.xx.2025-ci il tarixdə günorta saatlarında Binəqədi rayonu. Dərnəgül qəsəbəsində idarə etdiyi mopedlə idarəetməni itirərək yıxılması və mopedin onun üzərinə düşməsi nəticəsində xəsarət aldığı bildirilmişdir. Tibbi yardım üçün əvvəlcə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" PHŞ-na sonra isə “Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-in 25 nömrəli şəhər poliklinikasına müraciət edilmiş, şikayət olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi tərəfindən X18 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanan cavab məktubunda bildirilmişdir ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X8 xəsarət alması ilə bağlı Binəqədi RPİ-nə məlumat daxil olmamış və xx.xx.2025-ci il tarixində X8 iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı hər hansı qeydiyyat aparılmamışdır. Həmçinin "xxxx" MMC-nin direktoru Eltun Sadıqov tərəfindən AR İXM-nin 198.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar bildiririk ki, X16 işə daxil olan zaman əməyin mühafizəsi ilə bağlı təlimat imzalanmış və ona əməyin mühafizəsi ilə bağlı qaydalar izah olunaraq təlimlərə cəlb edilmişdir. X8 “İş yerində işçilərin təhlükəsizlik qaydaları üzrə təlimatlandırılmasının qeydiyyat jurnalında imzası olnıası işəgötürən tərəfindən onun əməyin mühafizəsi ilə bağlı təlimatlan dırılmasının göstəricisidir. Yuxarıda qeyd edilənlər onu sübut edir ki, sözügedən hadisə X16 tərəfindən xx.xx.2025-ci il tarixində qeyri-iş saatlarında öz şəxsi işinin həll edilməsi zamanı baş vermişdir. Bu hal X16 tərəfindən xx.xx.2025-ci il tarixində Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış teleqramla da öz əksini tapmışdır. Hazırki vəziyyətdə X8 xəsarət almasının “Məhkəmə Tibbi Ekspertiza və X15” X28i tərəfindən tərtib edilən 1309 nömrəli Ekspert rəyində öz əksini tapması həmin hadisənin iş vaxtı baş verməsi faktını təsdiq etmir. Qeyd edilən rəy sadəcə şəxsin xəsarət dərəcəsini müəyyən edir. Belə olan halda isə, yəni X8 ev şəraitində (öz şəxsi məsələlərinin onun istifadəsində olan mopedlə həll edilməsi zamanı) xəsarət alması və özünün də bunu təsdiqləməsi halında "xxxx" MMC-nin direktoru X10 tərəfindən əməyin mühafizəsi ilə bağlı təlimatlara əməl olunmaması ilə bağlı hər hansı vəziyyətin müzakirəsindən söhbət getməli deyildir. X5 aldığı xəsarət qeyri-iş saatlarında baş vermiş, əmək vəzifələrini yerinə yetirərkən baş verməmiş, yəni əmək funksiyalarının icrası ilə bağlı olmamışdır. İşçilərin ev şəraitində, əmək vəzifələrinin icrası ilə bağlı olmayan bir vəziyyətdə mövcud davranışlarının nəticələri ilə bağlı onların təhlükəsizliyini təmin etmək işəgötürənin vəzifəsi deyildir. Bütün yuxarıda sadalanan hallar sübut edir ki, “Mopedo.Az " MMC-nin direktoru X10 tərəfindən İXM-nin 555.1 və 198.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olan əməl törədilməmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 09 oktyabr 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 vəkili Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X14 qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğunu bildirərək inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki, işçi qeyri-iş günündə xəsarət almışdır. Bununla bağlı işçi teleqramla səlahiyyətli orqana da müraciət etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X19 çıxış edərək bildirmişdir ki, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Odur ki, verilmiş şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 09 oktyabr 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, işçi X8 iş vaxtı ərzində xx.xx.2025-ci il tarixdə xəsarət alması barədə işəgötürən tərəfindən səlahiyyətli orqana məlumatın verilməmişdir. X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 1200 manat məbləğində inzibati cərimə olunmuşdur. X8 müfəttişliyə ünlanladığı teleqramdan görünür ki, qeyri iş günü olduğu üçün o xx.xx.2025-ci il tarixdə o Mopeda.az MMC-də işdə olmamışdır və xx.xx.2025-ci il tarixdə olmuşdur. Həmin gün iş saatlarında deyil evdə xəsarət almışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nin xx.xx.2025-ci il tarixli 3-28-11/2-899/2025 nömrəli məktubunda qeyd olunmuşdur ki, C.Baxşıyevin xx.xx.2025-ci il tarixində xəstəxanada ambulator müalicə aldığı, ona “Sol pəncənin İ barmağının dırnaq falanqasının sınığı” diaqnozunun qoyulduğu, şəxsin evdə xəsarət aldığı qeyd olunmuşdur. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X10 İXM-in 555.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 09 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görəmin manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 555.2-ci maddəsinə bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə görə- min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 555.3-cü maddəsinə bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə- min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. İXM-in: 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqda törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır (İXM-in 12.1-ci maddəsi). İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. . Məhkəmə qeyd edir ki, işçi X9 iş vaxtı ərzində xx.xx.2025-ci il tarixdə xəsarət alması barədə məlumatın verilməməsi ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən edərkən X18 tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Dövlət Əmək X1 İXM-in 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə X10 göstərilən maddələrlə təqsirliliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, işçi X9 iş vaxtı ərzində xx.xx.2025-ci il tarixdə xəsarət alması barədə məlumatın verilməməsi ilə bağlı hər hansı hüquqlarının pozulması təqdim edilmiş sübutlarla müəyyən olunmur, yalnız ehtimallara əsaslanaraq X10 İXM-in 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qənaətinə gəlmişdir ki, bu barədə qəbul edilən qərar qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də iş üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar ləğv edilməli, qərarın surəti yenidən araşdırma aparılması üçün həmin orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilir ki, işçi X3 orqana teleqram vasitəsilə müraciət edərək qeyri-iş günündə xəsarət almasını və işəgötürənin də bundan sonra məlumatlı olmasını bildirmişdir. İXM-in: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin 09 oktyabr 2025-ci il il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar