Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-519/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdieya Aytac İmamhüseyn qızının katibliyi, Şəxs MMC-nin vəkili “Verdiktum” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xankəndi şəhər prokurorluğundan daxil olmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yasamal rayon prokurorluğu tərəfindən Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmasına dair xx.xx.2025-ci il tarixli qərar və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərar və ona əlavə edilmiş sənədlərdən görünür ki, hüquqi şəxs "xxxx" MMC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - rəhbəri X2 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinə əsasən əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan Şəxs MMC-nin "xxxx" MTK ilə bağladığı MA/04/2024 nömrəli xx.xx.2024-cü il tarixli Podrat müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən “28 Residens”-də yerləşən mənzillərin təmir işlərinə X5 2024-cü ilin iyun ayından xx.xx.2024-cü il tarixədək rəngsaz ustası kimi, X6 17 sentyabr 2024-cü il tarixdən 08 oktyabr 2024-cü il tarixədək kafel-metlax ustası kimi işlərin görülməsinə cəlb etmiş və bununla da Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin vəkili Nümayəndə qərara etiraz edərək bildirmişdir ki, X5 və X6 şirkət işə qəbul etməmişdir. X1 Şəxs MMC-nin işçisi olduğunu bildirmiş, adları çəkilən şəxsləri işə cəlb edənin də Famil Kərimov olduğunu söyləmişdir. X15 bu barədə şirkət rəhbərliyinə heç bir məlumat verməmişdir. Həmin şəxslərin şirkətdə işlərə cəlb edilməsində şirkət rəhbərliyinin məlumatı olmamışdır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Yasamal Rayon prokurorunun köməkçisi Elvin Kazımov ətraflı araşdırmanın aparıldığını və inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 bildirmişdir ki, X3 tərəfindən Şəxs MMC şirkətinə işlərə cəlb edilmişdir, lakin onlara işlədiyi günlərin müqabilində əmək haqları verilməmişdir. Rəngsaz kimi işləmişdir amma əmək müqaviləsi olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 bildirmişdir ki, X3 tərəfindən Şəxs MMC şirkətinə işə qəbul edilmişdir, lakin əmək müqaviləsi olmadan işləmişdir hazırda da pullunu ala bilmir. Məhkəmədə tədqiq edilən X11 verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişidən görünür ki, X4 qeyd edilən müəssisədə xx.xx.2024-cü il tarixdə işə başlamış, 01.011.2024cü il tarixdə isə X11 verilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, müəssisənin nümayəndəsinin çıxışından da aydın olur ki, X8 və X9 həqiqətən də qeyd edilən müəssisədə əmək müqaviləsi bağlanılmadan əvvəl müvafiq işlərin görülməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işə götürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə isə məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilir ki, işəgötürən Şəxs MMC tərəfindən X8 və X6 Şəxs MMC arasında heç bir müqavilə bağlanmadan əvvəl işlərə cəlb edilmişdir. Bu proses iş materiallarında olan möhtəbər sübutlarla, o öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Yasamal rayon prokurorluğu Şəxs MMC tərəfindən müvafiq əmək müqaviləsi olmadan şəxsin müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında qərar tərtib etmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və sair nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İXM-in 129cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-519/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-519/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver