Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-523/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X3, Zərər çəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi X1, Zərər çəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi X4 iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan, “X10” MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-910/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu “X10” MMC-dən cəmi 16381,5 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “Holcim (Azərbaycan)” ASC-nin xeyrinə ödənilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumunun 25,2 manat məbləği borclu “xxxx” MMC-dən tutularaq “Holcim (Azərbaycan)” ASC-yə ödənilməlidir, qalan 4,8 manat məbləği “Holcim (Azərbaycan)” ASC-nə aid edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-449/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu “X10” MMC-dən cəmi 21544,5 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-560/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu “X10” MMC-dən 40008 manat məbləğində borc, 2000 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 42008 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “xxxx” MMC-yə ödənilməlidir. Borclu “xxxx” MMC-dən hüquqi xidmət haqqına görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 122 manat və iddi ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 17 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “xxxx” MMC-yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1681/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu “X10” MMC-dən 15040,19 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaiti tutularaq “xxxx” MMCnin xeyrinə ödənilməlidir. Bununla da borclu “X10” MMC nin rəhbəri Şəxs oğlu İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nərimanov rayon icra şöbəsinin icra məmuru tərəfindən xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X6 icra sənədləri şöbənin icraatına müxtəlif tarixlərdə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkarlara və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədlərinin icra olunması məqsədi ilə “Elektron İcra” İnformasiya Sistemindən borclu “xxxx” MMC-nin adına tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin borclu “xxxx” MMC-nin “xxxx” ASC-də mövcud olan bank hesablarına inkasso sərəncamları tərtib edilərək icra olunması üçün “xxxx” MMC-yə göndərilmiş, lakin bank hesablarında pul vəsaiti olmadığından inkasso sərəncamları icra olunmadan geri qaytarılmışdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron portalından əldə edilmiş məlumatda borclu “xxxx” MMC-nin rəhbərinin Şəxs oğlu olduğu göstərilmişdir. İcra sənədlərinin icrası ilə bağlı borclu “xxxx” MMC-nin rəhbəri Şəxs oğlu dəfələrlə icra məmuru tərəfindən telefon və sms bildiriş vasitəsilə şöbəyə dəvət olunmasına baxmayaraq, şöbəyə gəlməkdən imtina etmişdir. İcra sənədləri üzrə borclu “xxxx” MMCnin rəhbəri Şəxs oğlu tərəfindən icra sənədləri üzrə borc məbləğlərindən hazırki tarixədək heç bir ödəniş edilməmişdir. Bununla da borclu “xxxx” MMC-nin rəhbərinin Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədi üzrə tələbləri müəyyən edilmiş müddətdə icra etməmişdir. Zərər çəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, icra sənədi icraya yönəldiyi gündən etibarən borclu şəxs tərəfindən icra sənədinin icrası ilə bağlı heç bir hərəkət göstərilməmiş, öz öhdəliklərini yerinə yetirməmişdir. Şəxs barəsində ən sərt inzibati tənbeh tədbirinin seçilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi X7 məhkəmə iclasında çıxış edərək icra sənədinin icra olunmasını, Şəxs tərəfindən MMC-yə dəymiş zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş hüquqi şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin Şəxs məhkəmə iclasına gəlməmiş, zərər çəkmiş hüquqi şəxslər isə səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş hüquqi şəxslərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-910/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu “X10” MMC-dən cəmi 16381,5 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “Holcim (Azərbaycan)” ASC-nin xeyrinə ödənilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumunun 25,2 manat məbləği borclu “xxxx” MMC-dən tutularaq tələbkar “Holcim (Azərbaycan)” ASC-yə ödənilməlidir, qalan 4,8 manat məbləği “Holcim (Azərbaycan)” ASC-nə aid edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-449/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu “X10” MMC-dən cəmi 21544,5 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-560/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu “X10” MMC-dən 40008 manat məbləğində borc, 2000 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 42008 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “xxxx” MMC-yə ödənilməlidir. Borclu “xxxx” MMC-dən hüquqi xidmət haqqına görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 122 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 17 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “xxxx” MMC-yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1681/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu “X10” MMC-dən 15040,19 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaiti tutularaq “xxxx” MMCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu “X10” MMC-nin rəhbəri Şəxs məhkəmə qərarları ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra vərəqələrinin icrasını təmin etməmiş, icra sənədlərinin icrasının təmin edilməsinə hərəkətsizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: “X10” MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-523/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-523/2021
29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver