Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-5246/2025 22.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayət vermiş hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, “X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin TYP 091831 nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayətə açıq məhkəmə iclasında baxarkən, MÜƏYYƏN ETDİ: “X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş edilmiş TYP 091831 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş hüquqi şəxsin nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, mövcud protokol illərdir qərarlaşdırılmır Protokol formasında qalmışdır. Məhkəmə iş üzrə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi, qanunvericilik inzibati xəta haqqında protokoldan deyil, həmin protokol üzrə qəbul edilmiş qərardan şikayət verilməsini nəzərdə tutmuşdur. “X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarı əldə edib həmin qərarı mübahisələndirməli olduğu halda, şikayət ərizəsində həmin qərarı qeyd etməmişdir. Sadalanan hal isə, həmçinin şikayətin məhkəmə aidiyyətinin müəyyən edilməsini də qeyrimümkün edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının TYP 091831 nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-5246/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-5246/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver