Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-527/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxs – X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 xx.xx.2025-ci il tarixdə Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsində ona məxsus ** RO *** qeydiyyat nişanlı Xəzər SD markalı nəqliyyat vasitəsini birtərəfli yolun sağ tərəfində 5.14 taksi duracağı nişanından 20 metrdən də artıq irəlidə saxlamışdır. Həmin gün onun elektron kabinetinə İXM-in 346.6-cı maddəsinə əsasən 40 manat miqdarında cərimə olunmağı barədə məlumat daxil olmuşdur. Həmin xx.xx.2025-ci il tarixli, EQ25936586 nömrəli qərarı qanunsuz hesab edir. Belə ki, X5 Qanunun 66-cı maddəsində məlumatverici nişanların təsir dairəsi qeyd edilmiş, lakin 5.14 nişanının təsir dairəsi barədə heç bir məlumat qeyd edilməmişdir. Bundan əlavə iddiaya əlavə edilən fotoşəkillərdən də göründüyü kimi onun avtomobilini saxladığı yerin sağ kənarı 1.1 üfüqi nişanlanma xətti ilə işarələnmişdir ki, həmin xətt X5 Qanunun 69-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini göstərən nişanlanma xəttidir. 5.14 nişanının təsir dairəsi yalnız onun qoyulduğu yerdə asfalta çəkilmiş sarı ziqzaq 1.17 nişanlanma xətti ilə və nişanın altına bərkidilən 7.2.1 əlavə məlumat lövhəciyi ilə müəyyən edilə bilərdi ki, fotoşəkillərdən göründüyü kimi, həmin ərazidə bu ziqzaq işarə və əlavə məlumat lövhəciyi də mövcud olmamışdır. Həmçinin şəkillərdən də onun öz avtomobilini 5.14 nişanından kifayət qədər uzaqda saxlamağı görünür. Hətta o qədər irəlidə saxlamışdır ki, elektron qərar qəbul edən vəzifəli şəxs fotoşəkilləri çəkərkən onun avtomobili ümumiyyətlə kadra düşməmişdir. Həmin yerdə quraşdırılmış 5.14 nişanının təsir dairəsi müəyyən edilmədiyindən həmin nişan sürücülər üçün çaşqınlıq yaradır. Yol nişanları bütün yol hərəkət iştirakçılarının aydın görəcəyi yerdə qoyulmalı, qısa məsafədən rahat başa düşülən və standartlara uyğun olmalıdır. Yekun olaraq bildirir ki, təqsirsizlik prezumpsiyasında da deyildiyi kimi onun bu qərar üzrə təqsirinin olması DYP tərəfindən sübut edilməmişdir. Bildirir ki, qərar İXM-ə uyğun olaraq ona göndərilməmişdir. O, həmin qərarın ona göndərilməsi üçün həm Daxili İşlər Nazirliyinə, həm də BDYPİ-yə xx.xx.2025-ci il tarixdə elektron müraciət etmişdir (fotoşəkil-əlavə edilir). Məhkəmə iclasında iştirak edən X3 çıxış edərək bildirmişdir ki, şikayəti əsaslıdır. Məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsinə əsasən, taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. X1 inzibati xətanı törətməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayət ərizəsində qeyd etdiyi halları əsaslandırmamışdır. Halbuki iş materiallarında olan fotoşəkillərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə saat 13:37 radələrində idarə etdiyi “Khazar SD” minik markalı, 10RO787 dövlət qeydiyyat nişanlı avtomobilini taksi minik avtomobilləri üçün nəzərdə tutulmuş taksi duracağında saxlamışdır. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir və bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-527/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-527/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver