Məhkəmə qərarları › İş №3(005)-5305/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5305/2025

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5305/2025 15.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştriakı ilə X1 Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə Müəyyən etdi: X4 onun barəsində olan İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayətçi şikayət ərizəsində göstərmişdir ki, Nərimanov rayon Məhkəməsi xx.xx.2025-ci il tarixdə qərara alaraq mənim 342.2.4-cü maddəsi ilə cərimə olunmağıma dair Bakı şəhəri Baş Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh verilmə haqqında qərarını ləğv etmiş və işə yenidən baxılmsı üçün xx.xx.2025-ci il tarixdə həmin qərarı Bakı şəhər DYPİ-nə göndərmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə Bakı şəhər X7 İdarəsi tərəfindən mənim mobil telefon nömrəmə SMS göndərilərək mənə yazılmış İXP7443236 protokol üzrə xx.xx.2025-ci il tarixdən etibarən dəbbə pulu hesablanmağa başlanıldığı bildirilmişdir. xx.xx.2025-ci il (məktub N C- 57908) tarixdə isə Bakı şəhər X7 İdarəsi imeylə məktub göndərərək bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə tərtib edilmiş İXP7443236 nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh verilmə haqqlnda qərar qəbul edilmiş və müraciətdə göstərdiklərilə bağlı “əlavə araşdırma zamanı” aşkar edimiş yol hərəkatı qayda pozuntusu təstiqini tapdığından qəbul edilmiş qərarın qüvvədə saxlanıldığı və qeyd etdiyi məhkəmə qərarının isə Bakı şəhəri Baş Yol Polis İdarəsi X7 İdarəsinə rəsmi daxil olmadığı bldirilmişdir. Bu məktubda qeyd edilən “əlavə araşdırma zamanı” aşkar edimiş yol hərəkatı qayda pozuntusu təstiqini tapdığından qəbul edilmiş qərarın qüvvədə saxlanıldığı, habelə qeyd etdiyim məhkəmə qərarının isə Bakı şəhəri Baş Yol Polis İdarəsi X7 İdarəsinə rəsmi daxil olmadığını araşdırmaq üçün o xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Baş Yol Polis İdarəsinə gedib məktubun icraçısı 20-ci otaqda işləyən Aslan Zahidovla görüşüb apardığı araşdırmanın materialları ilə tanış olmaq istədiyini və onların çıxardıqları qərarın hansı əsaslarla qüvvədə saxladıqlarını öyrənmək istədikdə, onu 32-ci otağa göndərərək bildirdi ki, həmin otaqda onun bütün suallara cavab verəcəklərini bildirdi. Həmin otaqda isə onun heç bir sualına cavab verə bilmədiklərini deyərək, polis serjantl ilə birlikdə yenidən Aslan Zahidovun yanına gəldik. O isə əlavə araşdırma ilə bağlı yenə ona heç bir məlumat, heç aidiyyatı sənəd təqdim edə bilmədi və buradan məlum oldu ki, heç bir əlavə araşdırma aparılmamış, Məhkəmənin qərarı əsassız olaraq nəzərə alınmadan Bakı ş. DYPİ tərəfindən yeni qərar çıxarılmışdır. Bundan əlavə həmin məktubda qeyd edilir ki, məhkəmə qərarı rəsmi daxil olmamışdır, Halbu ki, Məkəmə qərarının surəti elə həmin gün xx.xx.2025-ci il tarixdə şəxsən onun tərəfindən Bakı şəhəri Baş Yol Polis İdarəsi X7 İdarəsinin dəftərxanasına təqdim edilmiş və onların möhürü ilə təsdiq edilərək 57579 nömrə ilə qeydiyyata alınmışdır.Göstərilənlərə yanaşı məhkəmə məktubunun-qərarının hər vərəqinin aşağı hissəsində belə qeyd edirmişdir: “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respubliksı Qanununun 3cü maddəsinə əsasən elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Odur ki, qərar idarəyə elektron da göndərilmişdir. Bakı şəhər Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixdə çıxartdığı TP ******* saylı qərar isə ona ümumiyyətlə təqdim edilməmişdir. Halbu ki, həmin qərarda qeyd edilir ki, qərarın surəti 2 gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxə və zərər çəkmiş şəxsə verilir. Deməli xx.xx.2025-ci il tarixli məktub gəlməsəydi və o bu məktubda qeyd edilmiş “əlavə araşdırma”-nı aydınlaşdırılması ilə bağlı Bakı şəhəri Baş Yol Polis İdarəsinə getməsəymiş çıxarılmış qərardan məlumatı olmayacaqdı.Buradan belə bir nəticə çıxarmaq olur ki, İdarə qərarı rəsmi verilmir ki, fiziki şəxsin (zərər çəkmişin) yuxarı səlahyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə yenidən şikayət etmə müddəti (azalsın) bitsin. Bizim bu halda da göründüyü kimi qərarın çıxarıldığı 51 gün və kompyüterdən çıxma imzasız, möhürsüz kağız parçasının təqdim edildiyi vaxtdan hal-hazırda 5 gün keçir. Göstərilənlərlə yanaşı bildirirm ki, 4 ildir ki, maşını elə bu formada xaricdən gətirtdib almışam və elə 4 ildir ki, texniki baxışdan keçərkən plyonka ilə bağlı mənə heç bir irad bildirilməmiş, xaricdə vurulmuş bu plyonkanın istifadəsinə qadağa qoyulmamış və o hər il texniki baxışı problemsiz keçmişdir. Bu il də, yəni xx.xx.2025-ci il tarixdə texniki baxışdan keçib aidiyyatı bildiriş almışdır. Bildirişin 30-cu bəndində qeyd edilmişdir: “Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffavlığını korlyan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyaların qoyulması və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklərin (pərdə və plyonka) çəkilməsi” qrafasında maşının texniki vəiyyətinin “saz” və ya “nasaz” olma göstəricisi “SAZ” olduğu qeyd edilərək problemin olmadığı bildirildiyi halda, 5 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə isə Bakı ş. DYPİ inzibati tənbeh verilmə haqqında TP seriyalı ******* saylı qərar şıxarır. DYPİ-də bu hal hansı qanunla tənzimlənir Texniki baxış yoxlayıb devir düzdür, DYPİ-nin əməkdaşı poıLis kiçik serjantı Q.N.Gülməmmədov isə heç bir xüsusi texniki vasitədən istifadə etmədən plyonkanın görünmə faizini müəyyənləşdirmədən əmlakımı cırıb pis vəziyyətə salaraq gözü ilə baxıb düz olmadığını demişdir. Məhkəmə iclasınd iştirak edən X4 şikayətə uyğun çıxış edərək qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişlər. Məhkəmə qurumun nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən: Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylıinzibati xəta haqqında iş üzrə qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 150 manat miqdarında cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli Bildirişdən görünür ki, X2 mülkiyyətində olan 77EV188 dövlət qeydiyyat nişanlı “X9” minik markalı nəqliyyat vasitəsi Sürucünün görünüş dairasını məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyaların qoyulması və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklərin (pərdə və plyonka) çəkilməsi üzrə SAZ vəziyyətdədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)- 3940/2025 saylı qərarından aydın olur ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə cərimə olunmasına dair Bakı şəhəri X7 İdarəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş və yenidən araşdırılması üçün orqana göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş bildirişin məzmunundan müəyyən edilir ki, X3 məxsus **-EV-*** dövlət qeydiyyat nişanlı “X9” markalı minik nəqliyyat vasitəsində plyonka aşkar edilsə də həmin plyonkanın sürücünün baxış sahəsini məhdudlaşdırması, şüşələrin şəffaflığını pozması, habelə yol hərəkəti iştirakçıları üçün təhlükə yaradıb-yaratmaması müəyyən edilməmişdir. Bununla yanaşı **-EV-*** dövlət qeydiyyat nişanlı “X9” markalı minik nəqliyyat vasitəsi qanunvericiliyin tələblərinə uyğun olaraq texniki baxışdan keçirilərkən nəqliyyat vasitəsinin şüşələrinə pərdə, plyonka və ya digər oxşar örtüklərin çəkilmədiyi, eləcə də nəqliyyat vasitəsinin texniki vəziyyətinin SAZ olduğu rəsmi şəkildə təsbit olunmuşdur. Məhkəmə qeyd edir ki, X5 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı protokol üzrə qəbul edilmiş qərar ləğv edilərək araşdırılması üçün vəzifəli şəxsə qaytarılsa da, həmin qərarda qeyd olunan hallar müvafiq inzibati orqan tərəfindən araşdırılmamış nəqliyyat vasitəsinin sürücüsü tərəfindən İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cÜ maddəsində nəzərdə tutulmuş hansı inzibati pozuntunun törədildiyi qeyd olunmamış, sübutlar şəxsə təqdim olunmamış və yuxarıda göstərilən hallara və mövcud ziddiyyətlərə aydınlıq gətirilməmişdir. Nəticədə yenidən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, qərarda da hər hansı sübuta istinad edilmədən yenidən formal olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Buna görə də məhkəmə prosessual qənaət prinsipini əsas tutaraq hesab edir ki, mübahisələndirilən qərarın yenidən məhkəmə tərəfindən ləğv edilməsi və araşdırılması üçün inzibati orqana (vəzifəli şəxsə) göndərilməsi nəticəsiz olacaqdır. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylısaylı “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə inzibati tənbeh edilməsi barədə Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul etdiyi xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylısaylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar