Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5337/2025 12.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-03800/25 nömrəli, 09 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə daxil olmuş 3-33-1100/012/039152 nömrəli raporta əsasən, “BATO-AKBAR DİSTRİBUTİON'’ MMC-nin ünvanına 97AN580/47AB190 nömrəli nəqliyyat vasitəsi ilə gələn Bakı Baş Gömrük İdarəsində **********8867 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Fakt üzrə "xxxx" MMC-nin nümayəndəsi X2 izahatında qeyd etmişdir ki, "xxxx" MMC-nin gömrük isləri üzrə nümavəndəsivəm. “Bato-Akbar Distribution" MMC ilə “Rvarud Broker" MMC arasında gömrük təmsilçiliyi barədə müqavilə vardır və həmin müqaviləyə əsasən “Bato-Akbar Distribution" MMC-nin ünvanına daxil olan yüklər barədə qısa idxal və gömrük bəyannamələri Şəxs MMC tərəfindən tərtib olunur. Sonuncu dəfə "Bato-Akbar Distribution” MMC-nin ünvanına İran İslam Respublikasında fəaliyyət göstərən “Talachin aqro ind со” şirkətindən ‘ Kartof (dondurulmuş kartof fri)" yükü gələn zaman ixracatçı tərəfindən mənə göndərilən sənədləri "Rvarud Broker” MMC-də broker kimi fəaliyyət göstərən Ağazadə Məhəmmədə göndərdim ki. yüklərə dair qısa idxal bəyannaməsi tərtib olunsun. Bundan sonra Məhəmməd mənə yüklərə dair qısa idxal bəyannaməsi tərtib etdiyini bildirdi. Daha sonra “Kartof (dondurulmuş kartof fri)" yükünü daşıyan 97AN580/47AB190 dövlət qeydiyyat nişanlı yük avtomobili ölkə ərazisinə daxil olduqdan sonra məlum oldu ki. qisa idxal bəyannaməsi tərtib olunmamışdır. Məsələnin əslini öyrənməkdən ötrü Məhəmməd ilə əlaqə saxladım, o isə cavabında bildirdi ki. səhvlik nəticəsində qısa idxal bəyannaməsində avtomobilin dövlət qeydiyyat nişanını 97AN580/47AB190 deyil. 97AN553/69AB476 kimi qeyd etmiş və bu səbəbdən qısa idxal bəyannaməsi tərtib olunmamış kimi qevd olunmuşdur. Fakt üzrə Şəxs MMC-də broker fəaliyyəti göstərən X4 oqlu izahatında bildirmişdir ki, “Rvarud Broker" MMC-də broker kimi fəaliyyət göstərirəm. "Rvarud Вroker” MMC ilə “Bato-Akbar Distribution" MMC arasında gömrük təmsilçiliyi barədə müqavilə vardır və həmin müqaviləyə əsasən “Bato-Akbar Distribution" MMC-nin ünvanına daxil olan yüklər barədə qısa idxal və gömrük bəyannamələri Şəxs MMC tərəfindən tərtib olunur. Sonuncu dəfə “Bato-Akbar Distribution" MMC-nin ünvanına iran İslam Respublikasında fəaliyyət göstərən “Talachin aqro ind со" şirkətindən “Kartof (dondurulmuş kartof fri)” yükü gəlirdi, "xxxx" MMC-nin nümayəndəsi Tevmurov Nəcməddin tərəfindən mənə yükə dair sənədlər göndərildi ki. yüklərə dair qısa idxal bəyannaməsi tərtib edim. Mən də yükə dair **********3557 sorqu nömrəli qısa idxal bəyannaməsini tərtib edərək saat 12:51 -də rəsmiləşdirmək üçün göndərdim. Lakin “Kartof (dondurulmuş kartof fri)” yükünü dasıvan 97 A N 58Q/47AB19Q dövlət aevd iyyat nişanlı yük avtomobili ölkə ərazisinə daxil olduqdan sonra məlum oldu ki, tərəfimdən tərtib olunan **********3557 sorqu nömrəli qısa idxal bəyannaməsinin 21-ci qrafasında avtomobilin dövlət qeydiyyat nişanını 97AN580/47AB190 deyil, 97AN553/69AB476 kimi qeyd etmişlər. Bu səbəbdən də nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olan zaman qısa idxal bəyannaməsi tərtib olunmamış kimi qeyd olunmuşdur. Qeyd olunan faktla baqlı Gömrük xidmətinin ‘X1 Sisteminə və sənədlərə baxış zamanı müəyyən edilmişdir ki. İran İslam Respublikasından göndərilən mallar 97AN580/47AB190 nömrəli nəqliyyat vasitəsində daşınaraq ölkə ərazisinə gətirilmişdir. Lakin. 97AN580/47AB190 nömrəli nəqliyyat vasitəsində daşınaraq ölkə ərazisinə gətirilən və **********8867 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallar üçün tərtib olunan **********3557 sorqu nömrəli qısa idxal bəyannaməsinin 21-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi səhv qeyd olunduğundan arxivləşməmiş yə qısa idxal bəyannaməsi verilməmiş hesab olunmuşdur. Nəticədə. ‘Rvarud Broker” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Bununla da Şəxs MMC-nin barəsində İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs MMC-nin nümayəndəsi və İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, İran İslam Respublikasından göndərilən mallar üzrə **********8687 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, İdxalatçı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İxracatçı: X5 Со -dən Dövlət nömrə nişanı: 47AB190 olan nəqliyyat vasitəsilə idxal edilmiş 2085 X6 French Fries (Barkodu: **********04919) dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1 -ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. İXM-nin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, bəyanetmə - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. Gömrük bəyannaməsi bəyannaməçi tərfindən tərtib edilərək gömrük orqanlarına qanunvericiliklə müəyyən olunmuş qaydada, vaxtda təqdim edilməlidir və həmin bəyannamədə göstərilən məlumatlar təhrif olunmamalıdır (Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1, 146, 148-ci maddələri). Yəni, bəyannamənin düzgün tərtib edilməməsi ilə bağlı məsuliyyət bəyannaməçinin üzərinə düşür və bu səbəbdən də İXM-nin 485.1-ci maddəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına təhrif olunmuş məlumatın verilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-5337/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5337/2025
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver