Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5355/2025 15.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Əmək və X9 Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X1, Şəxs direktoru X3, Şəxs vəkili Vəkil iştirakları ilə, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3583312Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətindən daxil olmuş materiallara baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 08 dekabr 2025-ci il tarixli MN ******* nömrəli protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanında 07 noyabr 2025-ci il tarixdə saat 10:59-da Şahid Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X2 protokola uyğun çıxış edərək, protokolun əsaslı olduğunu və müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin direktoru X7 çıxış edərək bildirmişdir ki, öz adına vergiden qeydiyyatdan keçməklə fiziki şəxs kimi VÖEN almışdır. Fərdi sahibkar kimi fəaliyyət göstərir. Onun əsas fəaliyyət sahəsi mülkiyyətində olan xüsusi texnikalar ilə tikinti sahələrində qazıntı işlərinin görülməsidir. "xxxx" ASC ilə aralarında podrat müqaviləsi olmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Şahid tanıyır, onun şirkətlə əlaəsi olmamışdır. Texnikalarını idarə etmək üçün ona vermişdir. "xxxx" MMC şirkəti ona məxsus olsa da, şirkətin adına texnikaları keçirdə bilmədiyi üçün şirkət üzərindən fəaliyyət göstərə bilməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs vəkili Vəkil çıxış edərək bildirmişdir ki, Bəybala Həsənov həm direktor həm də buldozerdir. 07 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları yoxlama keçirmiş və araşdırma aparmadan güya "xxxx" MMC olaraq Şahid əmək müqaviləsi bağlamadan əmək fəaliyyətinə cəlb edilmişdir. Bu səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş qaydada bu halın baxılması üçün sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə göndərmişlər. Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin əməkdaşları da öz növbəsində hər hansı bir obyektiv araşdırma aparmadan 08 dekabr 2025-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib ederək qanunsuz va əsassız olaraq aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişlər. Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda X12 Xidməti maraqlı şəxs kimi çıxış ədərək hər hansı bir araşdırma aparmamışdır. Bele ki, "xxxx" MMC 2025-ci ilin avqust ayından faktiki olaraq fəaliyyət göstərmir. Həmçinin əvvəllər "xxxx" ASC ilə arasında podrat müqaviləsi olsa da 2025ci ilin iyul ayından "xxxx" ASC ilə X8 arasında yeni podrat müqaviləsi bağlanmışdır. Yazılı formada etirazı məhkəməyə təqdim edərək protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid çıxış edərək bildirmişdir ki, Tikintilərdə istifadə edilən xüsusi avadanlıqldar vasitəsilə qazıntı işlərinin görülməsi ilə məşğul olur. Bu sahədə işləyənlərin telefon üzərindən qrup var, işçi lazım olanda deyirlər kimin vaxtı olsa gedir. İşlədiyi gün üzrə pul alır. "xxxx" ASC şirkətinə aid olan tikintidə işləmək üçün xx.xx.2025-ci il tarixdə oraya getmişdir. Lakin hələ işə başlamamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, "xxxx" MMC şirkəti barədə məlumatı yoxdur. Həmin şirkətdə işləməmişdir. X5 isə tanıyır. Bəybala Həsəmovun xüsusi texniki avadanlıqları var, həmin gün də telefon qrupuna yazaraq işçini əvəz etməyin lazım olduğunu kimin vaxtı olduğunu soruşmuş və o "xxxx" ASC-yə getmişdir ki, həmin gün əvəzedici kimi işləsin. X7 ilə əmək müqaviləsi olmamışdır. Yoxlama zamanı soruşduqda əmək müqaviləsinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 23 iyul 2025-ci il tarixli "xxxx" MMC ilə X6 arasında bağlanılan podrat müqaviləsindən görünür ki, Bünövrə çalasının daşlı hissəsinin qazıntısı üzrə sifarişin icra edilməsi ilə bağlı tərəflər razılığa gəlmişdir. DVD formatında məhkəməyə təqdim olunmuş video-görüntülərin tədqiqindən aydın olur ki, keçirilmiş yoxlama zamanı Şahid şəxsiyyəti və fəaliyyəti ilə bağlı sual verildikdə, o, Bəybala Həsənovun işçisi kimi fəaliyyət göstərdiyini bildirmişdir. Həmçinin “Baki Çayçakici" ASC-nin nümayəndəsi tərəfindən bildirilmişdir ki, fiziki şəxs ilə aralarında podrat müqaviləsi vardır və Şahid həmin müqavilə çərçivəsində tikintidə işləyir. “Vergi ödəyicilərinin məlumatları” sistemindən əldə edilmiş çıxarışdan aydın olur ki, X7 ********** VÖEN üzrə vergi ödəyicisidir. Məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, eləcə də məhkəmədə təqdim edilmiş müvafiq sənədlərlə tanış olaraq, hesab etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 08 dekabr 2025-ci il tarixli MN ******* nömrəli nömrəli protokol ləğv edilməli və inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat materialını nəzərdən keçirərək, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin direktorunu, şahidləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şahid X7 tərəfindən əmək müqaviləsi bağlanmadan "xxxx" MMC-də işlərə cəlb edilməsi öz təsdiqini tapmır və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən məhkəməyə bu halları təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikaısnın Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci bəndinə əsasən işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. Həmin maddənin 3-cü bəndinə əsaəsn işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin maddənin 5-ci bəndində əsasən isə əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işə götürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə hesab edir ki, istər məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələrindən, eləcə də məhkəməyə təqdim edilmiş inzibati protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şahid "xxxx" ASC şirkətində işlərin görülməsinə cəlb olunmuş, habelə işə başlamazdan əvvəl iş yerinin və əmək haqqının razılaşdırılmasının xüsusi avadanlığın sahibi, yəni X7 ilə razılaşdırılması və onun əmək haqlarının yenə də X7 tərəfindən ödənilməsi inzibati xəta haqqında iş üzrə icraatın mübahisəsiz halıdır. Həmçinin, X7 ilə "xxxx" ASC ilə podrat müqaviləsinin bağlanması, xüsusi tikinti avadanlıqldarın Bəybala Həsənovun mülkiyyətində olması, Şahid "xxxx" MMC ilə əlaqəsinin olmaması, şirkət barədə məlumatının olamaması həm şahidin, həm də Bəybala Həsənovun ifadələri ilə, həmçinin "xxxx" ASC nümayəndəsi tərəfindən DVD disk görüntüsündə Bəybala Həsənovla müqavilələrinin olmasını qeyd etməsi ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin əmlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması inzibati xəta haqqında protokolla, habelə məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, və işdə olan digər sənədlər ilə tam təkzib edilir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi müəyyən edir ki, əmək müqaviləsi bağlanmadan işçi çalışdıran şəxs inzibati məsuliyyət daşıyır. Lakin hazırki iş üzrə Şahid “TEXNOSERVİS RB COMPANY" MMC-də işləməmiş, o, fiziki şəxs kimi fəaliyyət göstərən X7 tərəfindən işlərə cəlb olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin normalarını və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, Şahid "xxxx" ASC şirkəti tərəfindən aparılan tikintidə işlərə cəlb olunmaqla həmin işlərin görülməsi və əmək haqqı barədə X7 ilə ilə razılaşmaqla işlərə başlamışlar. Qeyd olunan hal işçinin fərdi sahibkar kimi fəaliyyət göstərən X7 tərəfindən əmək müqaviləsi olmadan işə cəlb olunduğunu təsdiq edir. Beləliklə sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli inzibati protokol ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 08 dekabr 2025-ci il tarixli MN ******* nömrəli protokol ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-5355/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5355/2025
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver