Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5391/2025 26.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Şikayət vermiş şəxs Yüzbaşıyev Vəli Natiq oğlunun, Şikayətçi Yüzbaşıyev Vəli Natiq oğlunun nümayəndəsi və vəkili “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə1, Nərimanov Rayon Polis İdarəsinin X4i şöbəsinin yol-patrul xidməti inspektoru X2 iştirakı ilə, Yüzbaşıyev Vəli Natiq oğlunun nümayəndəsi və vəkili “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yüzbaşıyev Vəli Natiq oğlunun Azərbaycan Respublikası Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən 16 dekabr 2025-ci il tarixdə Yüzbaşıyev Vəli Natiq oğlu tərəfindən Azərbaycan Respublikası Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7682816 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə Bakı şəhər Nərimanov rayon məhkəməsinə göndərilmişdir. Şikayətdə bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X4 İdarəsinin (X1) 02 dekabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Belə ki, müvafiq qərarın məzmununa əsasən, Yüzbaşıyev Vəli Natiq oğlu 27 noyabr 2025-ci il tarixdə, saat 12:56da Bakı şəhərinin X5 küçəsində "HYUNDAİ AVANTE" minik markalı, **-SC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına yol vermişdir. Bu barədə guya 27 noyabr 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol da tərtib olunmuşdur. Təəssüflər olsun ki, şikayətçi həmin protokolu görməmişdir, ona isə belə bir sənəd polis əməkdaşı tərəfindən təqdim olunmamışdır. Həmin vaxtı şikayətçini saxlayan yol polisi əməkdaşına bildirmişdir ki, onun avtomobilində heç bir nasazlıq yoxdur, avtomobil qanunla yol verilən sertifikat əsasında yol verilən və quraşdırılan avadanlıqla təchiz olunmuşdur. Bu barədə şikayətçidə olan sertifikatı da polis əməkdaşına təqdim etmişdir. Lakin o, bu sənədinə heç bir əhəmiyyət verməyərək, psixoloji təzyiq altında idarə etdiyi "HYUNDAİ AVANTE" minik markalı, **-SC- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini məcburi qaydada əlindən alaraq naməlum istiqamətdə aparmışlar. Bu hallar Yüzbaşıyev Vəli Natiq oğlunun həmin nəqliyyat vasitəsinə olan huququnun kobud surətdə pozulması deməkdir. Heç bir iz qoymadan, ona rəsmi bir sənəd təqdim etmədən, əynində olan polis geyim formasına güvənərək, idarə etdiyi avtomobilini təzyiq altında əlindən almışdır. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X4 İdarəsinin 02 dekabrv 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərar ilə Yüzbaşıyev Vəli Natiq oğlu tərəfindən 27 noyabr 2025-ci il tarixində idarə etdiyi "HYUNDAİ AVANTE" minik markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci yarımbəndində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və nəticədə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Habelə, şikayətə əlavə edilmiş sertifikatdan (tərcümə edilmiş nüsxəsindən) görünür ki, "HYUNDAİ AVANTE" avtomobili sertifikat əsasında quraşdırılan avadanlıqla təchiz olunmuşdur. Müvafiq sertifikat "Hissə Sertifikatı" adlanaraq, xüsusi asqı yaylarının nəqliyyat vasitəsinə quraşdırılması zamanı uyğunluğunu təsdiq edən texniki sənəddir. Həmin sənədə uyğun olaraq hissələrin təyinatına uyğun quraşdırılması və ya bərkidilməsi zamanı nəqliyyat vasitəsinin qaydalara uyğunluğunu təsdiqləyir. İcazə verilən ox yükləri üçün avtomobilin maksimum çəkisi 1.900 kq həddində "Hyundai" və "Kia" markalı avomobillər üçün nəzərdə tutulmuşdur. Yayın identifikasiya göstəricisi 11-42-024- 05-VA müəyyən edilmişdir. Təsvir edilən asqı yayları ilə birlikdə fərdi amortizatorların istifadəsinə qarşı texniki etiraz olmaması qeyd edilmişdir. Qeyd edilən sertifikat ilə təsdiq edilir ki, istifadə sahəsində təsvir edilən nəqliyyat vasitələri dəyişiklikdən və həyata keçirilmiş və təsdiq edilmiş dəyişikliyin qəbulundan sonra bu hissə sertifikatında göstərilən göstərişlərə şərtlərə riayət edilməklə, bu gün qüvvədə olan Avtomobil nəqliyyatı üçün icazə qaydaları) müddəalarına uyğundur. İstehsalçı (hissə sertifikatının sahibi) StVZO-nun XİX Əlavəsinin 2-ci bölməsinə uyğun olaraq keyfiyyət təminatı sistemini saxladığını sübut etmişdir (Qeyd-Nömrəsi: **********5). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci yarımbəndinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 150 (bir yüz əlli) manat məbləğində cərimə edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan Yüzbaşıyev Vəli Natiq oğlunun əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Məhkəmə iclasında Yüzbaşıyev Vəli Natiq oğlunun nümayəndəsi və vəkili “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə1 çıxış edərək 27 noyabr 2025-ci il tarixdə, saat 12:56-da Bakı şəhərinin X5 küçəsində müvəkkilin özünəməxsus "HYUNDAİ AVANTE" minik markalı, **-SC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini heç bir əsas olmadan saxlanıldığını qeyd etmişdir. Belə ki , V.Yüzbaşıyevə bildirilmişdir ki, maşın əlavə avadanlıqla təchiz olunduğundan cərimə meydançasına getməlidir. Bu barədə guya 27 noyabr 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol da tərtib olunmuşdur. Lakin şikayətçi həmin protokolu görməmişdir, ona isə belə bir sənəd polis əməkdaşı tərəfindən təqdim olunmamışdır. Həmin protokol 3 gün sonra müvəkkili Yüzbaşıyev Vəli Natiq oğlunun israrları nəticəsində tərtib olunmuşdur. Şikayət ərizəsində qeyd olunanlara əsasən, 27 noyabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokolun ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Yüzbaşıyev Vəli Natiq oğlu heç bir qanun pozuntusuna yol vermədiyini əsaslandırmış, onun barəsində tərtib olunan protokolun həmin gün ona verilmədiyini bildirmiş, qərarın qanunvericiliyin tələblərinə uyğun tərtib olmadığını qeyd edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə qeyd edilən şəxslərin iştiakı olmadan məhkəmə iclasının davam etdirilməsini uyğun hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP7682816 saylı inzibati protokol əsasında qəbul edilmiş tənbeh vermə haqqında qərara əsasən Yüzbaşıyev Vəli Natiq oğlu xx.xx.2025-ci il tarixdə **-SC-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ AVANTE” minik markalı nəqliyyat vasitəsini idadə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir və nəticədə İXM-in 342.2.2 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yüzbaşıyev Vəli Natiq oğlu İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 150 manat məbləğində cərimə edilmişdir. Akay Auto tərəfindən təqdim olunan sənəddən görünür ki, Elantra 77SC798 dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış zamanı ön və arxa amortizatorları və yayların “Başaran Coilover-since2003”lə dəyişdirildiyi aşkar olunmuşdur. Avtomobilin tam kütləsi və ağırlıq mərkəzi oxlar üzrə bərabər paylanılmışdır, dönmə bucaqları tənzimlənmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir . 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Yüzbaşıyev Vəli Natiq oğlunun nümayəndəsi və vəkili “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7682816 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Yüzbaşıyev Vəli Natiq oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Azərbaycan Respublikası Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-5391/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5391/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver