Məhkəmə qərarları › İş №3(005)-54/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-54/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-54/2025 06.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə Protokol tərtib edən şəxs Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X8 iştirakları ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X10 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-175/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə borclu Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti icra məmurunun qanuni tələlərini yerinə yetirməməsi ilə bağlı borclu Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-175/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə borclu Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti icra məmurunun qanuni tələlərini yerinə yetirməmişdir. Nəticədə Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X10 bildirmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-175/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə borclu Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti icra məmurunun qanuni tələlərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X10 Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X12 məhkəmə iclasında bildirmişdir ki, ünvan 3 evdə X3 mənzillə təmin olunması vəzifəsinin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2in(82)-175/2013 saylı icra vərəqəsinin icrası aşağıda göstərilən səbəblərdən mümkün olmamışdır. Nərimanov rayon icra şöbəsinin bundan əvvəlki eyni məzmunlu xx.xx.2014-cü il tarixli, 7-69№592/14-3 saylı və xx.xx.2023-ü il tarixli, 190199/2023-15- 27 saylı bildirişləri tərəflərindən araşdırılmış və bu barədə Departamentin müvafiq olaraq xx.xx.2014-cü il tarixli, 71 saylı və 11,09.2023-ü il tarixli, 3-52-13/2-898/2023 saylı cavab məktubları ilə icra şöbəsinə əsaslı məlumatlar verilmiş, eləcə də icra sənədinin icrası ilə bağlı bütün əlaqəli tədbirlərin həyata keçirilməsi təmin edilmişdir. Nərimanov Rayon icra şöbəsinin icra məmuru ilə birgə məhkəmə qərarında göstərilən ünvana dəfələrlə yerində keçirilən baxış zamanı boş yaşayış yerinin olduğunu müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına müvafiq olaraq ayrı-ayrı təşkilatlara məxsus olmuş yataqxanalar dövlət mənzil fonduna daxil edilməklə yerli icra hakimiyyəti orqanlarının balansına verildiyindən yataqxana statusundan çıxarılmışdır. Əvvəllər "xxxx" Dövlət Şirkətinə məxsus olmuş, ünvan 2 ünvanda yerləşən yataqxana binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 149 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 266 saylı sərəncamı ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Sərbəst bazar iqtisadiyyatının mövcud olduğu şəraitdə dövlət əsaslı vəsaiti hesabına Bakı şəhərində yeni yaşayış evlərinin tikintisi aparılmadığı üçün hal-hazırda Departamentin balansında olan keçmiş yataqxanada məskunlaşan sakinlər tərəfindən faktiki olaraq yaşadıqları mənzillərin özəlləşdirilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Ona görə də, ünvan 2 ünvanda yerləşən keçmiş yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu "xxxx" Dövlət Şirkətinin strukturuna daxil olan təşkilatların işçiləri tərəfindən orada yerləşən bütün yaşayış sahələri tam məskunlaşdırıldıqdan sonra təhvil verilmiş və hal- hazırda qeyd edilən binada boş yaşayış sahəsi mövcud olmadığı üçün 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2in(82)-175/2013 saylı icra sənədində göstərilmiş tələbin icrasını təmin etmək mümkün olmamışdır. Bildiririk ki, ünvan 3 ünvandakı yaşayış binasında yerləşən 77 mənzildən 3 ədəd mənzil order, 74 ədəd mənzil isə çıxarış əsasında müvafiq olaraq orada yaşayan sakinlərin istifadəsində və xüsusi mülkiyyətindədir. Ona görə də, həmin binada boş yaşayış sahəsi mövcud olmadığından, habelə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2in(82)-175/2013 saylı qərarında iddiaçı M.N.Zeynalovun hansı mənzilə (nömrəsi qeyd edilməmişdir) köçürülməsi göstərilmədiyindən, adıçəkilən qərar üzrə verilmiş xx.xx.2014-cü il tarixli, 2in(82)-175/2013 saylı, icra sənədində göstərilmiş tələbin icrasını təmin etmək mümkün olmamışdır. Bununla əlaqədar "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun "İcrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması barədə" xx.xx.2017-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2in(82)-175/2013 saylı icra sənədi icrası mümkün olmadığından məhkəməyə geri qaytarılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunai Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli, 3-52-13/2- 898/2023 saylı cavab məktubuna əlavə olaraq 2 saylı Xüsusi Təyinatlı Mənzil-X2 114 saylı Mənzil- X11 tərəfindən ünvan 3 ünvanda yerləşən binadakı (keçmiş yataqxana) mənzildə və orada yaşayan ailələr haqqında tərtib olunmuş siyahı Nərimanov Rayon İcra şöbəsinə göndərilir. Yuxarıda göstərilənlərə əsasən, Bakı Şəhər Mənzil-Kommunai Təsərrüfatı Departamenti tərəfindən inzibati xəta törədilmədiyindən və Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun tərtib etdiyi protokolunda inzibati xəta tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X9 çıxış edərək bildirmişdir ki, ünvan 3 evdə X3 mənzillə təmin olunması vəzifəsinin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2in(82)- 175/2013 saylı icra vərəqəsinin icrası aşağıda göstərilən səbəblərdən mümkün olmamışdır. Ona görə də Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-175/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən X3 xx.xx.1994-cü il tarixli order əsasında ünvan 4 evdə müvafiq mənzillə təmin olunması vəzifəsi borclu Bakı şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İş üzrə tələbkar X6 xx.xx.2024-cü il tarixli ərizə ilə Nərimanov Rayon İcra Şöbəsinə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-175/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmiş, Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraat dayandırılmışdır. İş üzrə tələbkar X3 ərizəsi əsasında xx.xx.2024- cü il tarixli qərarla icra sənədi üzrə icraat təzələnmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, ünvan 4 ünvandakı yaşayış binasında yerləşən 77 mənzildən 3 mənzil order, 74 mənzil isə çıxarış əsasında müvafiq olaraq orada yaşayan sakinlərin istifadəsində və xüsusi mülkiyyətindədir. Bu səbəbdən həmin binada boş yaşayış sahəsi mövcud olmadığından icra sənədində X3 hansı mənzilə köçürülməsi qeyd olunmadığından icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir; 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, yuxarıda sadalanan icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclunun icra sənədlərinin üzrsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə borclu barəsində göstərilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar