Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-540/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 və onun nümayəndəsi və vəkili Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 3000 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X2 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, Qarabağ küçəsi, 20 ünvanında yerləşən reklam şirkətində tibbi maskadan istifadə edilmədiyinə görə 18-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Ramil Nəsibov tərəfindən (XM-nin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək 3000 manat məbləğində cərimənin həmin an, yəni protokol tərtib edilən vaxt ödənilməsinə məcbur edilib. xx.xx.2020-ci il tarixdə saat təxminən 17:45 radələrində iki polis işlədiyi ofisə sürətlə daxil olmuşlar. O, öz kabinetində olmuşdur. Yüksəkdən gələn səsləri eşidib ofisin foyesinə çıxmışdır. 3 nəfər polis əməkdaşı görüb gəlməklərinin səbəbini və ofisə daxil olma icazələrini soruşmuşdur. Demişlər ki, maska taxma rejimini yoxlayırlar və rəhbərliklə danışmaq istədiklərini bildiriblər. Onları kabinetinə dəvət etmişdir. Bildirdilər ki, guya ki, bəzi əməkdaşlar maskasız olub. O zaman o da kabinetindən çıxaraq işçilərdən necə olduğunu soruşmuş və polislər də arxası ilə gəlib işçilərin üstünə qışqırmağa başlamışlar. Bu an o, onlara xəbərdarlıq etmişdir ki, işçilərlə bu tərzdə danışmağa ixtiyarları yoxdur və əks təqdirdə 102 məlumat mərkəzinə şikayət etmək məcburiyyətində qalacaq. Bunu dedikdən sonra Ramin adında polis əməkdaşı hara şikayət etsə xeyri olmayacağını demişdir. O da 102-yə zəng edib məlumat vermişdir. Ona bildirmişlər ki, onları cərimə edəcəklər. Ona işçiləri çağırmağı tapşırmışlar. İş vaxtı bitdiyinə görə işçilər o vaxta qədər artıq getmişlər, yalnız bir köməkçi qalmışdır. Ona bölməyə getməli olacağı deyilmişdir. O da razılıq verib bölməyə getmişdir. 18 nömrəli Polis bölməsində onu protokol tərtib etmək üçün saxlamışlar. Protokol tərtib edərək imza üçün ona təqdim etmişlər. Razılaşmaq istəməmişdir. Lakin bildirmişlər ki, imzalamasa pulu dərhal ödəməsə onu buraxmayacaqlar. O, evinə gedə bilsin deyə protokolu imzalamışdır. Qərarı nə vaxt qəbul edəcəklərini soruşmuşdur. Qərarın ona göndəriləcəyini bildirmişlər. Lakin eyni zamanda məcbur etmişlər ki, cəriməni bu saat ödəsin. Əks təqdirdə evə buraxmavacaqlar. X6 küçəsinə yaxın yerə getməli olmuşdur. Bağlı bankın mühafizəçisinə bankı açdırıb bankın girişindəki bankomatla ödənişi etdirmişlər. Qərar ona rəsmi surətdə təqdim edilməmişdir.18-ci Polis şöbəsi bu günə qədər müraciətləri cavabsız qoymuşdur. O, qərarın qeyd edildiyi tarixdə qəbul edilməsinə şübhə edir. Hesab edir ki, məhkəmə ciddi hesabat blankı olan bu qərarı məhkəmə prosesində araşdırmalıdır. Belə ki, onun 102 xidmətinə ünvanladığı şikayəti Bakı şəhəri Nərimanov rayon Polis Şöbəsinin 18-ci Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 081 - 27514N nömrəli məktubu ilə cavablandıraraq qərar deyil, protokol tərtib edildiyini qeyd etmişlər. Bundan başqa Qərar inzibati xəta haqqında protokol əsasında qəbul edilməlidir. İnzibati xəta haqqında protokolda “X1 Nərimanov rayonunun Qarabağ küçəsində qapalı məkanda xx.xx.2020-ci il tarixdə saat 17:50 radələrində tibbi maska taxmayıb” qeyd edilsə də qərarda “X2 xx.xx.2020-ci il tarixdə karantin rejimi qaydalarını Nərimanov rayonunun Qarabağ küçəsində pozmuşdur.” Məhkəmənin diqqətinə çatdırır ki, İnzibati Xətalar Məcəlləsində maska taxılmaması “karantin rejiminin” deyil, “karantin rejimində qoruyucu vasitələrdən Nazirlər Kabineti tərəfindən müəyyən edilən tələblərin pozulması əks olunmuşdur. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili X5 məhkəmə iclasında şikayət ərizəsinin məzmununa uyğun çıxış etmişdir. Son olaraq Ramin Dəmirçiyev barəsində tərtib edilən xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-i məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və işə yenidən baxılması Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşı Ramal Nəsibov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 Nərimanov rayonu Qarabağ küçəsində qapalı məkanda xx.xx.2020-ci il tarixdə saat 17:50 radələrində tibbi maska taxmaması əsas gətirilərək barəsində İXM-nin 211-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşı Faiq Süleymanov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə karantin rejim qaydalarını Nərimanov rayonu Qarabağ küçəsində pozması əsas gətirilərək İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinmiş və 3000 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 tibbi maska taxmaması əsas gətirilərək barəsində İXM-nin 211-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də, lakin həmin protokol əsasında qəbul edilmiş qərarda R.Dəmirçiyevin karantin rejim qaydalarını pozması əsas gətirilərək İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinmiş və 3000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan düzgün olmayaraq belə bir nəticəyə gəlmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ayrı norma, epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə isə ayrı norma nəzərdə tutulmuşdur. (İXM 211.1 və 211.2-ci maddələri) Məhkəmə qeyd edir ki, X1 fərdi qoruyucu vasitələrdən istifadə etməməsi onun tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması kimi qiymətləndirilə bilməzdi. Karantin rejiminin pozulması, həmin vaxtı qüvvədə olan qadağalardan hər-hansı birinin baş verməsi ilə bağlı yarana bilərdi. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşı tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmayaraq X1 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradan qərar qəbul edilmişdir. Çünki tərtib edilmiş inzibati xəta haqqında protokolda X1 Nərimanov rayonu Qarabağ küçəsində qapalı məkanda tibbi maska taxmaması göstərilsə də, onun, karantin rejim qaydalarını pozması əsas gətirilərək İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Bununla yanaşı qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsi heç bir cavab verməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə, şikayətçi X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X2 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 İXM-in 211.1-ci maddəsi ilə cərimə olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və işə yenidən baxılması Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-540/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-540/2021
02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver