Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-540/2025 17.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxs X6 vəkili “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X4 iştirakları ilə, Şikayət vermiş şəxs X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* nömrəli, 23 yanvar 2025-ci il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində X9 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* nömrəli, 23 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin MN seriyalı, ******* nömrəli, 23 yanvar 2025-ci il tarixli qərarına əsasən, Nərimanov rayon MKTB-nin rəisi X10 1500 manat cərimə edilmişdir. Qeyd edir ki, X10 heç bir qanun pozuntusu törətməmişdir. Onun əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Kommunal Xidmət Sahəsinin 1 saylı briqadasının küçə süpürgəçisi X3 23 noyabr 2024-cü il tarixində saat 17-18 radələrində Dəmirçizadə küçəsində yıxılaraq xəsarət almışdır. Eyni zamanda, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Kommunal Xidmət Sahəsinin 10 saylı briqadasının küçə süpürgəçisi X11 14 dekabr 2024-cü il tarixində Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. Bildirilir ki, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində 5 günlük iş rejimidir. Hər iki hadisə isə qeyri-iş günü baş vermiş və ilk iş günü hadisə barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə məlumat verilmişdir. Bundan başqa, "X15" MMC ilə Nərimanov rayon MKTB arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İşçi qüvvəsinin təmin edilməsinə dair Sazişə" əsasən “X15" MMC işəgötürəndir. Həmin sazişin 2.1-ci bəndinə əsasən, işəgötürən kimi Mərkəz tərəfindən işə götürülən işçilər Nərimanov rayon MKTB tərəfindən təşkil olunmuş İctimai İşlərə cəlb edilir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X7 çıxış edərək bildirmişdir ki, şikayət vermiş şəxs inzibati xəta haqqında protokolun əsassız və qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edildiyini bildirsə də, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanuni əsaslarla tərtib edilmişdir. İdarə tərəfindən aparılmış araşdırmanın nəticəsində müəyyən olunmuşdur ki, Nərimanov rayon MKTB-nin rəisi tərəfindən işçilərin xəsarət alması barədə məlumat idarəyə həmin gün verilməmişdir. Qərar tam qanuni olduğundan verilmiş şikayət ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 vəkili Vəkil verilən şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, X11 və X1 süpürgəçisi olaraq fəaliyyət göstərmişlər. Onların xəsarət aldığı günlər qeyri-iş gününə təsadüf etmiş, buna görə də növbəti iş həftəsinin ilk iş günü hadisə barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə məlumat verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* nömrəli, 23 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Nərimanov rayon MKTB-nin işçiləri X2 və xx.xx.2024-cü il tarixdə X8 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə bağlı məlumat işəgötürən X10 tərəfindən hadisə baş verdiyi gün verilməmişdir və nəticədə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə edilmişdir. Nərimanov rayon MKTB-nin rəisi X10 tərəfindən AR ƏƏSMN yanında DƏMX-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Nərimanov rayon MKTB Kommunal Xidmət Sahəsinin 1 saylı briqadasının küçə süpürgəçisi X3 23 noyabr 2024-cü il tarixində saat 17:00-18:00 radələrində Dəmirçizadə küçəsində yıxılaraq xəsarət almışdır. Nərimanov rayon MKTB-nin rəisi X10 tərəfindən AR ƏƏSMN yanında DƏMX-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Nərimanov rayon MKTB Kommunal Xidmət Sahəsinin 10 saylı briqadasının küçə süpürgəçisi X11 14 dekabr 2024cü il tarixində saat 07:30 radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, digər sənədlərlə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmişdir ki, qərarda göstərilən hadisələr xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə baş vermişdir. Göründüyü kimi həmin tarixlər qeyri-iş günü olduğundan sonrakı həftənin ilk iş günü Nərimanov rayon MKTB-nin rəisi X10 tərəfindən baş vermiş hadisələr barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə müvafiq məktublar ünvanlanaraq məlumat verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X6 əməlində AR İXM-nin 192.1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 23 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 23 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-540/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-540/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver