Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-542/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs qanunsuz olaraq xüsusi hərbi geyim formasını daşımışdır. Məhkəmə iclasında iştirak edən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X2 izahatında göstərmişdir ki, Şəxs qanunsuz olaraq xüsusi hərbi geyim formasını daşıması barədə daxil olmuş məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri ilə, 1980-ci ildə Qubadlı rayonunda anadan olmuş, Qubadlı rayonu, Qarağac kəndində qeydiyyatda olan və Nərimanov rayonu, Nazim Hacıyev küçəsi ev 6, mənzil 46 ünvanında yaşayan Şəxs müəyyən olunaraq Baş idarəyə gətirilmişdir. Araşdırma zamanı Şəxs qanunsuz olaraq xüsusi hərbi geyim forması daşımasını etiraf etmiş və evində olan xüsusi hərbi geyim formasını təhvil vermişdir. Həmin şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi barədə raportla rəhbərliyə müraciət olunmuş və tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 534-cü maddəsi ilə xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 534-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, ikinci Vətən müharibəsi ərəfəsində Beyləqan rayonunda yerləşən hərbi geyim forması satılan mağazadan 60 (altmış) manata Müdafiə Nazirliyinin xüsusi hərbi geyim formasını əldə edərək dostları ilə birlikdə cəbhə bölgəsində olan əskərlərə yardımlar aparmışdır. Qanunsuz olaraq xüsusi hərbi geyim formasını daşımağını etiraf edir və əməlindən çox peşmandr. Bunu nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Mehman Teymurov tərəfindən həmin idarənin rəisi Əbülfət Rzayevə ünvanlanmış xx xxxx 2021-ci il tarixli raportdan görünür ki, Şəxs qanunsuz olaraq xüsusi hərbi geyim formasını daşıması barədə daxil olmuş məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri ilə, 1980-ci ildə Qubadlı rayonunda anadan olmuş, Qubadlı rayonu, Qarağac kəndində qeydiyyatda olan və Nərimanov rayonu, Nazim Hacıyev küçəsi ev 6, mənzil 46 ünvanında yaşayan Şəxs müəyyən olunaraq Baş idarəyə gətirilmişdir. Araşdırma zamanı Şəxs qanunsuz olaraq xüsusi hərbi geyim forması daşımasını etiraf etmiş və evində olan xüsusi hərbi geyim formasını təhvil vermişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Şəxs qanunsuz olaraq xüsusi hərbi geyim formasını daşıdığı üçün barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Mehman Teymurov tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli protokoldan görünür ki, onun, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili İbrahimov ilham Səfər oğlu və qanunsuz olaraq xüsusi hərbi geyim formasını əldə edərək daşması barədə daxil olmuş məlumat əsasında Baş İdarəyə gətirilmiş, xx.xx.1980-ci ildə Qubadlı rayonunda anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, N. Hacıyev küçəsi ev 6, mənzil 46-da yaşayan Şəxs iştirakı ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Fəxrəddin Məmmədov 2020-ci ilin oktyabr ayında Beyləqan rayonunda yerləşən hərbi geyim forması satılan mağazadan 60 (altmış) manata əldə edərək ikinci Vətən müharibəsi ərəfəsində Azərbaycan Respublikası MN-nin xüsusi hərbi geyim forması olan, bir ədəd papaq, bir ədəd gödəkcə və bir ədəd şalvarı gətirərək Baş idarədə təhvil verilmişdir. Tərəflərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 534-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafından başqa araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs qanunsuz olaraq xüsusi hərbi geyim formasını daşıması məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf edib əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 534-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 534-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati xətanın bilavasitə obyekti olmuş xüsusi hərbi geyim forması müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilmiş xüsusi hərbi geyim forması müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-542/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-542/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver