Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-543/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X7, Şikayətçi “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru X5 iştirakları ilə, «Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.6-cı maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X4 tərəfindən tərtib olunmuş 03 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərara dair barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru X5 şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.6-cı maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X4 tərəfindən tərtib olunmuş 03 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərara dair barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru X14 şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsində “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru X14 AR X12 Xidmətinin X4 işə baxaraq onun Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1700 manat məbləğində cərimə edilməsi barədə MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərar qəbul etdiyini,AR X12 Xidmətinin X4 sözügedən qərarı qəbul edərkən rəhbəri olduğu Qusar Rayon Mərkəzi Xəstəxanası (Quşar RMX) tərəfindən Qusar RMX-nın işçisi X2 üzrsüz səbəbdən işə gəlməməsinin xx.xx.2024-cü il tarixdə aşkar edilməsinə baxmayaraq 01 ay müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixində əmək qanunveiricliyinin tələbləri pozularaq xitam verilməsini əsas gətirdiyini, lakin AR X12 Xidmətinin X4 işi tam, hərtərəfli, obeyktiv araşdırmadığını, eyni zamanda öz səlahiyyətlərini aşdığını, Qusar RMX-nın işçisi X11ünun üzrsüz səbəbdən uzun müddət - xx.xx.2024xx.xx.2024-cü il tairxlərində işə gəlmədiyini, işə gəlməmə səbəbi barədə işəgötürənə heç bir məlumat vermədiyini,daha sonra onun həmin dövrdə ölkə xaricində olduğunun müəyyən edildiyini, bütün bunlarla bağlı müvafiq sənədləşmə prosedurları qanunvericiliyinin tələbləri gözlənilməklə təşkil edildiyini, qanunvericiliyə uyğun olaraq tərəfindən Qusar rayon X6 İttifaqına təqdimat göndərildiyini, təqdimata əsasən, Həmkarlar İttifaqı tərəfindən iclas keçirildiyini və işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə etiraz etmədikləri barədə qərar qəbul edildiyini,bundan sonra tərəfindən qəbul edilən əmrlə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edildiyini,qeyd edilən bütün hallar fərdi əmək mübahisəsinin predmetini təşkil etdiyini,inzibati xəta tərkibi yaradan əməlin mövcud olmasını yalnız fərdi əmək mübahisəsinə baxan məhkəmənin yekun qərarı təsdiq edə bilərdi ki, bununla bağlı tərəf bu iddia ilə məhkəməyə müraciət etmədiyini qeyd edərək şikayət ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru X14 çıxış edərək şikayət ərizəsini müdafiə etdiyini bildirmiş, «Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.6-cı maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X4 tərəfindən tərtib olunmuş 03 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın qanunsuz hesab edilərək xitam verilməsi və şikayət ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X15 məhkəmə iclasında «Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.6-cı maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X4 tərəfindən qəbul olunmuş 03 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı müdafiə edərək “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru X5 şikayət ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X4 tərəfindən qəbul olunmuş 03 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 22 yanvar 2025-ci il tarixdə “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin işçisi X2 üzrsüz səbədən işə gəlmədiyi 22 oktyabr 2024-cü il tarixdə aşkar edilsə də, onun əmək müqaviləsinə 01 ay müddət keçdikdən sonra, yəni 12 dekabr 2024-cü il tarixdə xitam verilmiş, bununla da AR Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbi pozulmuşdur.Nəticədə “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru X14 tərəfindən AR İXM-in 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və inzibati məsuliyyətə cəlb olunaraq 1.700 manat cərimə edilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞnin direktoru X5 əməlində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasında iş materialları tədqiq edilərkən müəyyən olundu ki: Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X21 ’’Qusar Rayon Mərkəzi Xəstəxanasi" X18 22 oktyabr 2024-cü il tarixli, 18-1-54/3-1-2206/2024 nömrəli “Elxan Mədətova əmək və icra intizamının pozulmasına görə intizam tənbehinin verilməsi haqqında” əmrdən görünür ki, “Qusar RMX” PHŞ-in Təhlükəsizlik bölməsinin mühafizəçisi X3 xx.xx.2024-cü il tarixdə rəhbərliyə heç bir məlumat vermədən, üzürlü səbəb göstərmədən xidməti postunu boş qoyaraq yarım iş günü (14:30-21:30) müddətinə xəstəxananı tərk etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi, işçinin nəzərinə çatdırılmaqla, gələcəkdə belə hallar təkrar baş verdikdə qanunvericiliyə əsasən ona qarşı daha ciddi tədbirlər görüləcəyi, insan resursları şöbəsinin Elxan Mədətovu əmrin mətni ilə tanış edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X21 ’’Qusar Rayon Mərkəzi Xəstəxanasi" X18 12 dekabr 2024-cü il tarixli, 18-1-54/3-2416/2024 nömrəli X3 ünvanlanmış xəbərdarlıqdan görünür ki, dəfələrlə deyilməsinə baxmayaraq, işdən azad olunmasıyla əlaqədar əmək kitabçasını və əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətini götürməkdən imtina etmiş,bir daha nəzərinizə çatdırılmışdır ki, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək kitabçasını və əmrin surətini “Qusar Rayon Mərkəzi Xəstəxanası" PHŞdən götürməlidir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X21 ’’Qusar Rayon Mərkəzi Xəstəxanasi" X18 19 dekabr 2024-cü il tarixli, 18-1-54/3-2444/2024 nömrəli X3 ünvanlanmış xəbərdarlıqdan görünür ki, “Qusar rayon Mərkəzi Xəstəxanası" X18 12 dekabr 2024cü il tarixli 18-1-54/3-1-2536/2024 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad olunmağı ilə əlaqədar dəfələrlə deyilməsinə baxmayaraq, əmək kitabçasını və əmrin sürətini götürməkdən imtina etmişdir. Bu barədə onun yaşadığı ünvana sifarişli -məktub göndərmiş, xx.xx.2024-cü il tarixdə “Azərpoçt" MMC-nin Qusar şöbəsi tərəfindən həmin məktub üzərində "ünvanı tam deyil” sözləri yazaraq "Qusar rayon Mərkəzi Xəstəxanası" PHŞ-yə geri qaytarılmışdır.Bir daha işdən azad olunmağı ilə əlaqədar əmək kitabçası və əmrin sürətini insan resursları şöbəsinə yaxınlaşaraq götürməsi nəzərinə çatdırılmışdır. “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-in HMK-nın rəyindən görünür ki, verilir Qusar rayonu Samur qəsəbə sakini xx.xx.1986-cı il təvəllüdlü X3 ondan ötəri ki, həqiqətən xx.xx.2024-cü il tarixində Protokol № 4xx.xx.2024 keçirilən Həkim Məsləhət Komissiyasının növbəti iclasında vətəndaşın Rusiya Federasiyasında müalicə olunduğu xx.xx.2024-xx.xx.2024-cü il tarixləri üçün ƏQOV-si verilməsi məsələsinə baxılmışdır.Vətəndaş E.Mədətovun xəstəliyi barədə təqdim etdiyi sənədlərdə bir sıra çatışmamazlıqlar aşkarlanmışdır. 1.RF Dağıstan Respublikasında müalicə olunduğu 2 saylı Poliklinikadan müalicə olunduğu müddət üçün ƏQOV təqdim olunmamışdır. Yalnız müalicə barədə arayış təqdim olunmuşdur. 2.Stasionar epikrizi təqdim olunmamışdır. 3.Diaqnozu "KRVİ” təsdiq edən müayinə sənədləri yoxdur. 4.Xəstəliyin diaqnozu ilə müalicə müddəti arasında uyğunsuzluq var. Yuxarıda qeyd olunanları nəzərə alaraq HMK-sı vətəndaş X3 Rusiya Federasiyasında müalicə olunduğu xx.xx.2024-xx.xx.2024-cü il tarixləri üçün ƏQOV verilməsini məqsədə uyğun hesab etmir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X21 ’’Qusar Rayon Mərkəzi Xəstəxanasi" X18 03 dekabr 2024-cü il tarixli, 18-1-54/3-2364/2024 nömrəli Qusar rayon X6 ittifaqı şurasının sədri Natəvan Butayevaya ünvanlamış təqdimatdan görünür ki, “Qusar rayon Mərkəzi Xəstəxanası" X18 təhlükəsizlik bölməsinin mühafizəçi X8 2024-cü ilin oktyabr ayının 22dən 2024-cü ilin noyabr ayının 14-nə kimi, 14-də daxil olmaqla üzürsüz səbəblərdən bütün iş günləri ərzində işə gəlməmişdir. Aparılan izahat işləri zamanı Elxan Mədətov öz izahatında 24 oktyabr 2024-cü il tarixdən 10 noyabr 2024-cü il tarixədək xəstəliyi ilə əlaqədar işə gəlmədiyini bildirmiş və öz izahatında Dağıstan Respublikasının Mahaçqala şəhər 2 nömrəli poliklinika tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 148 nömrəli arayış əlavə etmişdir. X13 21 oktyabr 2024-cü. il tarixdən 10 noyabr 2024-cü il tarixinədək müalicə olduğunu və 1 noyabr 2024-cü il tarixdən işə qayıda bilmədiyini göstərmişdir. E.Mədətov 14 noyabr 2024-cü il tarixinə kimi işə gəlməmişdir. Özünün xəstəliyi, yaxın qohumlarının xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə A" bəndinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən haldır. E.Mədətov bir gün deyil, günlərlə, həftələrlə işə gəlməyib və onun həmin tarixlərində işdən ayıran əmək qabiliyyətsiz olduğunu təsdiq edən sənədi yoxdur. Bundan başqa mühafizəçi X22 funksiyasını pozduğuna görə əvvəllər verilmiş intizam tənbəhindən nəticə çıxarmayaraq üzürsüz səbəblərdən günlərlə işdən yayınaraq əmək vəzifəsinə təkrar kobud şəkildə pozmuşdur.Yuxarıda qeyd olunanları nəzərə alaraq təhlükəsizlik bölməsinin mühafizəçi X8 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C" bəndinə əsasən xitam verilməsi üçün təqdimatı X6 İttifaqı Şurasının iclasında müzakirə edilərək rəy verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X1 27 yanvar 2025-ci il tarixli, 3-17-5/2-7299/2025 nömrəli “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru X9 ünvanlanmış məktubdan görünür ki, “ünvan 7ək müqaviləsinə xitam verməklə Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbini pozmuşdur. Bu səbəbdən E.Ə.Mədətovun əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 18-1- 54/3-1 -2536/2024 nömrəli xitam əmrini ləğv edib nəticəsi barədə X12 Xidmətinin X4nə məlumat verilməsi tələb olunmuşdur. İşdə olan “Qusar rayon- Mərkəzi Xəstəxanası” PHŞ-nin əməkdaşları tərəfindən tərtib olunmuş və imzalanmış xx.xx.2024-cü il tarixli,xx.xx.2024cü il tarixli,xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024,xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cüü il tarixli aktlardan görünür ki, işçi X8 aktlarda olan tarixlərdə heç kimə xəbər bermədən işə gəlməyib. “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X1 rəisi Təngiz Nəzərova ünvanladığı 31 yanvar 2025-ci il tarixli, 18-1-54/2-78/2025 nömrəli məktubdan görünür ki, vətəndaş X8 22 oktyabr 2024-cü il tarixdən 14 noyabr 2024-cü il tarixidə daxil olmaqla günlərlə işə gəlməmişdir. İşə gəlmədiyi günlərdə telefon zənglərədə cavab verməmiş, iş yoldaşların iştirakı ilə aktlar tərtib olunmuşdur. Elxan Mədətovdan işdə olmamasının səbəbini öyrənmək üçün 18 noyabr 2024-cü il tarixdə yazılı izahat almış, Elxan Mədətov öz izahatında işdə olmadığı günlərdə Dağıstan Respublikasının Mahaçqala şəhərində olduğunu göstərmiş və həmin vaxtda xəstə olduğunu bildirərək Mahaçqala şəhər 2 nömrəli poliklinika tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 148 nömrəli arayış təqdim etmişdir. Ekspertizadan keçirmək üçün arayışı “Qusar rayon Mərkəzi Xəstəxanası” X18 Həkim Məsləhət Komissiyasına təqdim etmiş,komissiyanın xx.xx.2024-cü il tarixli iclasın 4xx.xx.2024 nömrəli protokoluna əsasən Elxan Mədətov tərəfindən təqdim edilmiş sənədlərdə bir sıra çatışmazlıqların aşkar edildiyi barədə rəy vermişdir. Aparılan izahat işlərini və araşdırmalar nəticəsində Elxan Mədətovun günlərlə üzürsüz səbəblərdən işə gəlmədiyi və əmək vəzifələri kobud şəkildə pozulduğu aşkar edildiyi gün, yəni 03 dekabr 2024-cü il tarixdə Həmkarlar İttifaqı Komitəsinə X22 müqaviləsinə xitam verməsinə razılığın olması üçün müraciət etmişlər.Həmkarlar İttifaqı Komitəsi 10 dekabr 2024- cü il tarixli iclasın 01_nömrəli protokolun qərarı ilə Elxan Mədətovun əmək müqaviləsinə xitam verilməsinə razılıq vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İXM-nin 186-cı maddəsinə əsasən:
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işə götürən «Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən 22 yanvar 2025-ci il tarixdə “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞnin işçisi X2 üzrsüz səbədən işə gəlmədiyi 22 oktyabr 2024-cü il tarixdə aşkar edilsə də, onun əmək müqaviləsinə 01 ay müddət keçdikdən sonra, yəni 12 dekabr 2024-cü il tarixdə xitam verilmiş, bununla da AR Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbinin pozulması faktı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X4 tərəfindən tərtib olunmuş 03 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X21 ’’Qusar Rayon Mərkəzi Xəstəxanasi" X18 22 oktyabr 2024-cü il tarixli, 18-1-54/3-1-2206/2024 nömrəli “Elxan Mədətova əmək və icra intizamının pozulmasına görə intizam tənbehinin verilməsi haqqında” əmri, “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-in HMK-nın rəyi, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X21 ’’Qusar Rayon Mərkəzi Xəstəxanasi" X18 03 dekabr 2024-cü il tarixli, 18-1-54/3-2364/2024 nömrəli Qusar rayon X6 ittifaqı şurasının sədri Natəvan Butayevaya ünvanlamış təqdimatı nəzərə alınmamışdır. İXM-nin 76.1 maddəsinə əsasən - İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer;100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞnin direktoru X14 tərəfindən AR İXM-in 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi və inzibati məsuliyyətə cəlb olunaraq cərimə edilməsi əsassızdır. 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün «Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru X14 inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
«Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X4 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 03 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim : Gültəkin Əsədova