Məhkəmə qərarları › İş №3(005)-544/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-544/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-544/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X8 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X4 12 yanvar 2022-ci il tarixli qərarından və AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05.12.2021-ci il tarixdə saat 11:45 radələrində etibarnamə əsasında idarə etdiyi, “Kia Rio” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə A.Neymətulla küçəsi istiqamətindən üzü Ə.Əliyev istiqamətində sol zolaqda təxminən 30-40 km/saat sürətlə hərəkətdə olarkən, Təbriz küçəsi 227 A saylı ünvanın qarşısına çatdıqda, yolun sol hissəsində yerləşən məhlə içi yola daxil olmaq üçün kəsişməyə çatmağına təxminən 10-15 metr qalmış məsafədən sola dönmə işıq siqnalını qoşaraq, qarşıda, əks istiqamətdə avtomobillərin olmadığına əmin olduqdan sonra, asfalt örtüyün üzərində olan 1.11 fiqi nişanma xəttinin tələbinə əsasən sola dönmə əməliyyatını həyata keçirməyə başlayıb təxminən 20 km/saat sürətlə hərəkətdə olan zaman onunla eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan Tufan markalı mobedin sürücüsü onun avtomobilini soldan ötmək üçün əks istiqamətli hərəkət yoluna daxil olduğundan idarə etdiyi mopedin sağ hissəsi ilə onun idarə etdiyi avtomobilin sol yan hissəsinə və sol yan güzgüsünə dəyərək asfalt örtüyün üzərinə yerə yıxılmış, mopedi isə sürüşərək, Təbriz küçəsində üzü A.Neymətulla küçəsi istiqamətində yolun sağ kənarında dayanmış vəziyyətdə olan Toyota Camry markalı ** EP *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə çırpılaraq dayanmışdır. Hadisə nəticəsində xəsarət alan şəxsin olmadığı müəyyən edilmişdir. Yol nəqliyyat hadisəsi “Kia Rio” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs ehtiyyatsızlığından baş verdiyindən, hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X13 izahatında bildirdi ki, 05.12.2021-ci il tarixdə saat 11:45 radələrində idarə etdiyi özünə məxsus 2019-cu il buraxılışlı, Toyota Camry markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, ünvan 2 ünvanın qarşısında, yolun sağ kənarında üzü A.Neymətulla küçəsi istiqamətində saxlayıb övladlarını Zəfər kursuna aparırıdı. Bir qədər sonra, təxminən saat 12 radələrində o avtomobilinin yanına yaxınlaşdıqda avtomobilinin ön hissəsinin əzildiyini gördü. Bu zaman ətrafda olan şəxslərdən nə baş verdiyi barədə maraqlandıqda ona məlum oldu ki, Təbriz küçəsi ilə üzü Ə.Əliyev küçəsi istiqamətində hərəkətdə olan “Kia Rio” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə mopedin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mopedçi mopeddən yıxılmış moped isə sürüşərək onun dayanmış vəziyyətdə olan avtomobilinin ön hissəsinə çırpılıb dayanmışdır. O hadisə yerində olduğu zaman həmin ünvana gəlmiş təhqiqatçı O.Məmmədov ilkin sənədləşdirmə apararaq araşdırmaya başlamışdır. Hazırda şikayətçidir. Avtomobilinə 4685 manat zərər dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə və digər zərərçəkmiş şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, qeyd edilən şəxslər məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və digər zərərçəkmiş şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2/35734 nömrəli, 05 dekabr 2021-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs həmin tarixdə alkoqol sərxoşluğu vəziyyəti olmamışdır; “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 05 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X1 Mirsahib, X9, X12 və X10 iştirakları ilə yol nəqliyyat hadisəsi yerinə baxış keçirilmişdir. Baxış ilə müəyyən edilmişdir: Yolnəqliyyat hadisəsi ünvan 3 ünvanın qarşısında baş vermiş; yolun işlək vəziyyəti düz; yol örtüyünün növü asfalt, beton; hadisənin iştirakçıları “Kia Rio” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil və Toyota Camry markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Təhqiqat araşdırması üzrə izahatı alınmış X5 bildirmişdir ki, 05.12.2021-ci il tarixdə saat 11:45 radələrində idarə etdiyi 49 kubluq Tufan M 50 markalı mopedlə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə A.Neymətulla küçəsi istiqamətindən üzü Ə.Əliyev istiqamətində sol zolaqda təxminən 30-40 km/saat sürətlə hərəkətdə olarkən, Təbriz küçəsi 227 A saylı ünvanın qarşısına çatdıqda, onunla eyni istiqamətdə və eyni zolaqda ondan təxminən 10 metr irəlidə hərəkətdə olan “Kia Rio” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönəcəyini görmədiyi üçün sürətini bir qədər artırıb, həmin avtomobili soldan ötmək istədiyi zaman qeyd olunan avtomobilin sol hissəsi ilə onun idarə etdiyi mopedin sağ hissəsi toqquşmuşdur. Bunun nəticəsində o, mopeddən yıxılmış, mopedi isə 159 sürüşərək, Təbriz küçəsində, üzü A.Neymətulla küçəsi istiqamətində yolun sağ kənarında dayanmış vəziyyətdə olan Toyota Camry markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə çırpılaraq dayanmışdır. Hadisədən sonra o ayağa qalxdı və xəsarət aldığı üçün ətrafda olan kimsə onun üçün TTYS-nın həkim briqadasının həkimlərini dəvət etdi. Bir neçə dəqiqə sonra hadisə yerinə gəlmiş TTYS-nın həkimləri onu TTYS-nın avtomobili ilə KTM-yə aparmışlar. KTM-də həkimlər tərəfindən müayinə olundu və ciddi bir xəsarət almadığı müəyyən edildiyindən xəstəxanadan çıxıb polis tərəfindən aparılan araşdırmada iştirak etdi. Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərəfindən verilmiş AD 027276 nömrəli 29.11.2013-cü il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B kateqoriyalı sürücüdür; 10.06.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ tərəfindən verilmiş AD 470956 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Rio” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" Açıq Səhmdar Cəmiyyətidir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin X15 10 dekabr 2021-ci il tarixli, 474/MEŞ nömrəli sağlamlığa zərər vurmanın təyini barədə ekspert rəyindən görünür ki, X2 adına KTM-də tərtib olunmuş tibbi sənəddə qeyd edilən xəsarət-döş qəfəsinin sağ yarısının küt travması, sağ dirsək nahiyyəsinin yumşaq toxumalarının əzilməsi-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 05.12.2021-ci il tarixdə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X7 tərəfindən 12 yanvar 2022-ci il tarixdə qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf edib səmimi peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən iş üzrə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinin tələbinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin İİ hissəsinə əsasən hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. Məhkəmə, işin faktiki hallarını, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar