Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5455/2025 06.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının icrasına xitam verilməsi barədə X3 ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının icrasına xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə EPQ ******* nömrəli elektron protokola əsasən qəbul edilmiş EPQ ******* saylı qərara əsasən 200 manat məbləğində cərimə olunmuşdur. Həmin qərar aşağıdakılara görə qanunsuz və əsassızdır. Belə ki, həmin protokolda onun izahatı göstərilməmişdir. Qərarı icra şöbəsindən götürmüş və həmin tarixə qədər də qərardan məlumatı olmamışdır. Qeyd edilən halların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, şikayətçi və inzibati xəta haqqında protokolu tərtib etmiş Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 142.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizənin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının icrasına xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş EPQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə saat 17:44-də Nərimanov rayonu ərazisində tibbi qoruyucu vasitədən istifadə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir; 145.1.4-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir; 145.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. 211.3-cü maddəsinə əsasən Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” 22 aprel 2022-ci il tarixli 171 nömrəli qərarına əsasən 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2022-ci il tarixli Qərarı karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı inzibati məsuliyyətə cəlb olunaraq barəsində tənbeh tədbiri tətbiq edilmiş X3 vəziyyətini yaxşılaşdırır və onun hüquqi məsuliyyətini aradan qaldırır. Həmin dəyişikliyə əsasən X3 inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmışdır. Ona görə də hazırki iş üzrə X5 barəsində normativ hüquqi aktların geriyə qüvvəsinə dair normalar tətbiq edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və X5 barəsində cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının icrasına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 11, 40, 43, 48-52, 118 və 145 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. X3 İXM-in 211.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının icrasına xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-5455/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5455/2025
06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver