Məhkəmə qərarları › İş №3(005)-546/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-546/2021

05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-546/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialların baxılmağa hazırlanması zamanı, MÜƏYYƏN ETDİM: Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-i tərəfindən Şəxs İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X1 yazılı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin mövqeyini dinləyib, iş materiallarını araşdıraraq Şəxs barəsində Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-i tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun geri qaytarılması barədə müraciətini nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nə geri qaytarılsın. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar