Məhkəmə qərarları › İş №3(005)-547/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-547/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-547/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X1 AR DİN-in Baş X6i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26009700 saylı, inzibati tənbeh vermə qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 AR DİN-in Baş X6i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26009700 saylı, inzibati tənbeh vermə qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsində X3 şikayətini əsaslandıraraq etibarnamə əsasında idarə etdiyi **-AN-*** dövlət qeydiyyat nişanlı “X5-Prado” markalı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixində M 1, E 119, AH 8, Bakı-Quba-Rusiya yolu, 26 km adlanan ərazidə hərəkətdə olduğu vaxtda foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitə tərəfindən çəkilmiş foto və videolar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi (bundan sonra - BDYPİ) həmin tarixdə yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törətdiyim qənaətinə gələrək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsini rəhbər tutub xx.xx.2025-ci il tarixində barəmdə protokol tərtib etdiyini,elə həmin gün BDYPİ tərəfindən barəsində EQ seriyalı 26009700 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edildiyini, BDYPİ qərar qəbul edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) müvafiq normalarının tələblərini pozduğunu və bununla da barəsində qanunsuz və əsassız qərar qəbul edildiyini qeyd edərək, AR DİN-in Baş X6i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26009700 saylı, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi məhkəmədən xahiş olunmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və barəsində inzibati protokol tərtib edilmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan AR DİN-in Baş X6i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26009700 saylı, inzibati tənbeh vermə qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 10 manat cərimə edilmişdir. Qərarın məzmunundan görünür ki, sürücü X3 xx.xx.2024-cü il tarixdə saat 14:07:40-da Bakı- Quba-Rusiya yolunun 26-cı km ünvanında “X5-Prado” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 AR DİN-in Baş X6i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26009700 saylı, inzibati tənbeh vermə qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar