Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-549/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X11 iştirakı ilə, "xxxx" MMC-nin direktoru X4 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 27.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 27.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun 27.01.2022- ci il tarixli inzabati xəta haqqında qərarına əsasən "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İXM-nın 192.4-cü maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə edilmişdir. Hesab edir ki, həmin qərar əməldə inzibati xəta tərkibi olmadığı üçün ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İXM-nın 192.4-ü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadık inzibati qaydada cərimələnirlər. Qanun tələbindən də güründüyü kimi inzibati məsuliyyətinin yaranma səbəbi əmək haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilərsə, bu hal inzibati xəta hesab olunur və inzibati mısuliyyətə səbəb olur. "xxxx" MMC-nin 16.12.2021-ci il tarixli və 16.09.2021-ci il tarixli əmrlərinə əsasən müvafirq olaraq işçilər - X14 və X6 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrlərdə qanunda nəzərdə tutulan məlumatlarla bərabər işçilərə son haqq-hesabın ödənilməsi də göstərilmişdir. Lakin Şirkət maliyyə çətinliyi ucbatından işçilərə əvvəlki dövrlər üçün nə əmək, nə də son-haqq hesabı ödəyə bilməmişdir. Yəni işdən çıxarılan işçilərə əmək haqqı və son-haqq hesabın ödənilməməsinin əsasında qanun pozuntusu deyil, maliyyə vəsaitinin olmaması durmuşdur. Buna baxmayaraq həmin hal AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər Şöbəsinin rəisi Həmid Ədhəmov tərəfindən qanun pozuntusu (hüquq pozuntusu) kimi qəbul edilmiş və nəticədə Şirkətin direktoru cərimələnmişdir. Qeyd olunmalıdır ki, inzibati cəza təyin edən səlahiyyıtli şəxs qərar qəbul etməmişdən əvvəl ilk növbədə törədilmiş əməlin qanun və ya hüquq pozuntusu olub-olmadığını müəyyən etməlidir. Şirkət işçilərə əmək haqqını hesablamış, işdən çıxma əmrlərində son haqq-hesabın ödənilməsini göstərmişdir. Lakin maliyyə vəsaitinin olmaması həmin əmrin icrasına mane olmuşdur. Yəni işçilərə əmək haqqının və son haqq hesabın ödənilməməsi əmrin icra edilməsinin qeyri-mümkünlüyü (maliyyə vəsaitinin olmaması) ilə bağlı olmuşdur ki, bu da qanun və ya hüquq pozuntusu hesab edilmir. Maliyyə vəsaitinin olmaması məlum olduğu ki, inzibati hüquqpozma hesab edilmir və bu səbəbdən də şirkətin direktorundan asılı olmayan səbəblərdən işçilərə əmək haqqı və son haqq-hesab ödənilməməsi onun inzibati məsuliyyətinə səbəb ola bilməz. Şirkətin direktoru kimi üzərinə qanunla düşən və üzərinə qoyulan vəzifəni icra etmişdir. Əmək qanunvericiliyi işəgötürənin üzərinə əmək haqqının ödənilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi tərtib edilməsi vəzifəsini icra etməməsi və bu sənədin tərtib edilməməsi inzibati məsuliyyətə səbəb olur. Maliyyə vəsaitinin olmaması və yaxud əmrin icra edilməməsi inzibati məsuliyyətə deyil, yalnız mülki məsuliyyətə səbəb ola bilər ki, bu da ayrıca mülki mühakimə qaydaşında baxılmalı olan məsələdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X17 izahatında göstərdi ki, X14 və X7 müraciət edərək "xxxx" MMC-nin işdən çıxdıqlarını, son haqq-hesab- istifadə edilməmiş əmək məzunyyətinin pulunu almadıqlarını bildirmişlər. Aparılan araşdırma zamanı şikayətlərin əsaslı olduğu müəyyən edilmiş və "xxxx" MMC-nin vəzifəli şəxsi barədə İXM-in 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati qanunveriliyin tələbləri pozulmamış və göstərilən protokol əsasında qəbul edilmiş 27.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunidir. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MMC-nin 064-K nömrəli, 16 sentyabr 2021-ci il tarixli əmrindən görünür ki, Cəmiyyətin İstehsalat Departamentinin, İstixana qrupunun operatoru X12 16.09.2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişilə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. R.İmanov ilə son haqq-hesab aparılarkən ona işlədiyi müddətdə istifadə edilməmiş 33.83 (otuz üç tam yüzdə səksən üç) günlük əmək məzuniyyətinə görə pul əvəzi ödənilməlidir. "xxxx" MMC-nin 081-K nömrəli, 16 dekabr 2021-ci il tarixli əmrindən görünür ki, Cəmiyyətin İstehsalat Departamentinin, İstixana qrupunun pomidor yetişdiricisi X5 16.12.2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişilə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. A.M.Kərimova ilə son haqq-hesab aparılarkən ona işlədiyi müddətdə istifadə edilməmiş 42.22 (qırx iki tam yüzdə iyirmi iki) günlük əmək məzuniyyətinə görə pul əvəzi ödənilməlidir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair 16.09.2021-ci il tarixli məlumatdan görünür ki, "xxxx" MMC ilə vətəndaş X14 arasında əmək müqaviləsinə xitam verilməsi barədə 16.09.2021-ci il tarixli əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alınmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair 16.12.2021-ci il tarixli məlumatdan görünür ki, "xxxx" MMC ilə vətəndaş X6 arasında əmək müqaviləsinə xitam verilməsi barədə 16.12.2021-ci il tarixli əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin tərtib etdiyi 18.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC X14 və X2 əmək məzuniyyət haqdarının hesablanmasında qanun pozuntusuna yol verərək Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əməl etməmişdir. Nəticədə "xxxx" MMC İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 27.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" MMC X14 və X2 əmək məzuniyyət haqdarının hesablanmasında qanun pozuntusuna yol vermişdir. "xxxx" İXM-in 192.4-cü maddəsi ilə 1000 manat məbləğində cərimə edilmişdir; "xxxx"-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanladığı 001/22 nömrəli 10 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, X8 İmanov 02.08.2018-ci il tarixili əmək müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək fəaliyyətinə başlamışdır. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X1 dövlət rüsumları çıxdıqdan sonra 648.61 manat məbləğində son haqq-hesab hesablanmış, lakin Cəmiyyətin maddi vəziyyəti pisləşməsi ilə bağlı qeyd olunan məbləğ müvafiq bank hesabına köçürülməmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir İXM-in: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; Qeyd edilən normalardan göründüyü kimi, İXM-in 192.4-cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün işəgötürən tərəfindən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməlidir. Hazırki iş üzrə "xxxx" barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda şirkət tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulması qeyd edilmişdir. Müəyyən edilmişdir ki, "xxxx" MMC-nin sabiq işçiləri X14 və X7 işdən çıxdıqdan sonra son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə) pul əvəzini ala bilməmişlər. Məhkəmə, bütün qeyd edilənlərə əsasən belə bir nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən X14 və X3 işdən çıxdıqdan sonra son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin verilməməsi, yəni MMC tərəfindən qanun pozuntusuna yol verilməsi öz təsdiqini tapır, inzibati orqan iş üzrə toplanmış sübutlara qiymət verərək "xxxx"-MMC-nin direktoru tərəfindən İXMin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və onu haqlı olaraq inzibati məsuliyyətə cəlb edərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqda törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır (İXM-in 12.1-ci maddəsi). İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXM-də nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 27.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qərarı qanunidir, "xxxx"-nin direktoru X4 tərəfindən verilmiş şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla inzibati xəta törətmiş şəxsə maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İXM-in 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İXM-in: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X4 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 27.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ndan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-549/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-549/2022
16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver