Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-549/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X4 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X10 yol-patrul xidmətinin baş inspektoru X3 iştirakları ilə, X6 barəsində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, X6 xx.xx.2024-cü il tarixində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ondan spirtli içki qəbul edib-etməməsi soruşulmuş, o isə 0% pive içdiyini bildirmişdir. Bundan sonra onu polis əməkdaşı alkotestrla yoxlamış, lakin nəticəni ona göstərməmiş və barəsində protokol tərtib etmiş, avtomobilini dayanacağa yerləşdirmişdir. Polis əməkdaşı mənə test olundum, pivə içmişəm yazdırdı. Daha sonra oradan sərxoşluq hallarının yoxlanılması üçün Səhiyyə Nazirliyinin müəssisəsinə getdim, analiz verdim və sərxoş olmadığım müəyyən olundu. Odur ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində tərtib olunan qərardan şikayət vermiş şəxs X6 şikayətə uyğun izahat verərək bildirmişdir ki, barəsində tərtib olunmuş qərar qanunsuz olduğundan ləğv edilməli və barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Nərimanov rayon Polis İdarəsinin Dövlət X10 yolpatrul xidmətinin baş inspektoru X5 bildirmişdir ki, xx.xx.2024-cü il tarixində saxlanılarkən X6 pive içdiyini bildirmiş, və alkotestrla müayinə zamanı 430 promil spirtli içki qəbul etmiş və tərtib edilmiş protokolda da şəxs pivə içdiyini qeyd etmişdir. Bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən tərtib olunmuş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X6 tərəfindən Azərbaycan Respublikası İXM-in 329.3, 333.1 və 327.-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş X6 tərəfindən öz təşəbbüsü ilə Sərxoşluq vəziyyətininin yoxlatdırması ilə bağlı məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, X6 ayıq vəziyyətdədir. Nərimanov rayon Polis İdarəsinin Dövlət X10nin əməkdaşı tərəfindən məhkəmədə təqdim edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokolda X6 “test olundum pivə içmişəm” qeyd etmiş, öz imzası ilə təsdiq etmişdir. Həmçinin əlavə edilmiş qəbzdən görünür ki, X6 430 promil spirlti içki qəbul etmişdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, bununla bağlı öz təşəbbüsü ilə müayinədən keçdiyi sərxoşluq vəziyyətinin müəyyən edilməsi ilə bağlı rəyi məhkəməyə təqdim etsə də məhkəmə həmin protokolun həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Belə ki, inzibait protokolu tərtib etmiş şəxsin məkhəməyə təqdim etdiyi sənədlərdən görünür ki, hadisə olan zaman X6 alkotesrla müayinə edilmiş 430 promil içki içdiyi müəyyən olumuş, şəxs barəsində tərtib edilmiş protokolda X6 içki içdiyini qeyd edərək öz əl imzası ilə təsdiqləmişdir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən X4 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-549/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-549/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver